Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-585/2023 15.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu,İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia (kiçik iddia) ərizəsini nəzərdən keçirərək müəyyənetdim İddiaçı Cavabdeh qarşı iddia (kiçik iddia) ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin e-2(019)-184/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən olunmuş hər ay hər uşağa görə 160 (yüz altmış) manat sabit pul (ümümi 320) məbləğində aliment dəyişdirilərək Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul (ümümi 440) məbləğində aliment tutularaq azyaşlı uşaqlarının saxlanılması,habelə mənafeyi üçün İddiaçı verilməsi, əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh özünün saxlanılması üçün tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia (kiçik iddia) ərizəsinə baxaraq hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı iddia (kiçik iddia) ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin e-2(019)-184/2023 saylı xx.xx.2023 tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü azyaşlı X2 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən olunmuş hər ay hər uşağa görə 160 (yüz altmış) manat sabit pul (ümümi 320) məbləğində aliment dəyişdirilərək Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul (ümümi 440) məbləğində aliment tutularaq azyaşlı uşaqlarının saxlanılması, habelə mənafeyi üçün İddiaçı verilməsi,əmək qabiliyyətli olsa da azyaşlı uşaqlarına baxdığı üçün işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunu nəzərə almaqla hər ay sabit pul məbləğində 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh özünün saxlanılması üçün tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3-cü maddəsinə əsasən: 284-3.1. Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia (kiçik iddia) ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməmişdir və ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə işin qeyd edilən hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia (kiçik iddia) ərizəsi geri qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin ,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia (kiçik iddia) ərizəsi qaytarılsın. İddiaçı izah edilir ki,qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-585/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-585/2023
15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver