Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-608/2022 15.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X1 vərəsəsi Cavabdeh iddiaçı"xxxx" ASCnin xeyrinə 10 aprel 2019-cu il tarixli, BPM**********10 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 1796.91 manat əsas, 14.39 manat faiz olmaqla,cəmi 1811.3 manat (bir min səkkiz yüz on bir manat otuz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 38.52 (otuz səkkiz manat əlli iki qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx"ASC-nin “Zaqatala”filialı ilə X7 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, BPM**********10 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2200 manat məbləğində kredit verilmişdir. X2 22 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Balakən regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 15 fevral 2022-ci il tarixli, 197 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmiş, adına 06 avqust 2020-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Zaqatala”filialı tərəfindən təqdim edilmiş 11 may 2022-ci il tarixli maliyyə arayışa əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 1796.91 manat əsas, 14.39 manat faiz olmaqla, cəmi 1811.3 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx"ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştiraklarının mümkün olmadığını bildirərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan xx.xx.02019-ci il tarixli, BPM**********10 №-li kredit müqaviləsindən, həmin tarixli kassa məxaric orderindən və ödəniş cədvəlindən görünür ki, cavabdeh X7 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2200 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və “bank”ın xidmət şərtləri və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 13 noyabr 2019-cı il tarixli, AZ-İİ 037455 ömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 22 oktyabr 2019-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respubılkası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Beynəlxalq Bank ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli 197 nömrəl məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixli 27/2022 saylı məktuba cavab olaraq xx.xx.2019- cu il tarixdə vəfat etmiş mərhum X14jnın mirasına xx.xx.2020-ci il tarixli 2V-160 reyestr nömrəsi ilə Balakən rayonu, Katex kəndində yaşayan qızı X6 (AZE13040050J xx.xx.2013- BALAKƏN RPŞ), xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 mirasına xx.xx.2020-ci il tarixdə 2V- 292 reyestr nömrəsi ilə Balakən rayonu, Qullar kəndində yaşayan əri Cavabdeh (AZE ********, xx.xx.2015, BALAKƏN RPŞ), xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X9 mirasına xx.xx.2020-ci il tarixdə 2V-215 reyestr nömrəsi ilə Balakən rayonu, Talalar kəndində yaşayan oğlu X16 (AZE16223015, BALAKƏN RPŞ, xx.xx.2016), Balakən rayonu, Talalar kəndində yaşayan oğlu X10 (AZE 14692072, xx.xx.2014- Balakən RPŞ), Balakən rayonu, Talalar kəndində yaşayan oğlu X17 (AA 0223817, BALAKƏN RPŞ, xx.xx.2019), Balakən rayonu, Talalar kəndində yaşayan oğlu X15 (AA0223812, 25.02|.2019-Balakən RPŞ) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti Problemli kreditlərlə iş departamenti tərəfindən X1 vərəsəsi: Cavabdeh ünvanlanmış 26 yanvar 2022-ci il tarixli PKİD/30 nömrəli miras passivinin qaytarılmasına dair Xəbərdarlıqda göstərilir ki, "xxxx" ASC-nin “Zaqatala” filialı ilə mərhum Ramazan qızı arasında bağlanmış 10 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2200 manat məbləğində kredit verilmişdir. Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 07 yanvar 2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, o, mərhum X3 qalmış miras əmlakı vərəsə olaraq qəbul etmişdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1 -ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. "xxxx" ASC-nin “Zaqatala” filialı ilə mərhum X7 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncunun banka ödənilməmiş 1796.91 manat əsas, həmin məbləğə hesablanmış faiz və cərimə borcu qalmışdır. Yuxarıdakıları nəzərə alaraq, sözügedən kredit müqaviləsi üzrə yaranmış borcu 3 (üç) gün müddətində tam ödəməyi xahiş edilir. Əks təqdirdə bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən maliyyə arayışında göstərilmişdir ki, X4 xx.xx.2022-cı il tarixə "xxxx" ASC -yə borcu 1796,91 manat əsas borc, 14.39 manat faiz borcu təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx"ASC tərəfindən hazırki iddianın qaldırılması üçün 38,52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı "xxxx"ASC-nin “Zaqatala”filialı ilə X7 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli BPM**********10 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən X5 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2200 manat məbləğində kredit verilmişdir. X2 22 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Balakən regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 15 fevral 2022-ci il tarixli, 197 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmiş, adına 06 avqust 2020-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş 11 may 2022-ci il tarixli maliyyə arayışa əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 1796.91 manat əsas, 14.39 manat faiz olmaqla, cəmi 1811.3 manat kredit borcu qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Problemli kreditlərlə iş departamenti tərəfindən X1 vərəsəsi Cavabdeh ünvanlanmış 26 yanvar 2022-ci il tarixli PKİD/30 nömrəli miras passivinin qaytarılmasına dair Xəbərdarlıqda "xxxx" ASC-nin “Zaqatala” filialı ilə mərhum X7 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Saqibət Kiçiliyevaya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2200 manat məbləğində kreditin verilməsi, Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 07 yanvar 2022-ci il tarixli məktubu ilə onun mərhum X3 qalmış miras əmlakı vərəsə olaraq qəbul etməsi, "xxxx" ASC-nin “Zaqatala” filialı ilə mərhum X7 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncunun banka ödənilməmiş 1796.91 manat əsas, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun qalması göstərilmiş, sözügedən kredit müqaviləsi üzrə yaranmış borcu 3 (üç) gün müddətində tam ödəməsi xahiş olunmuş, əks təqdirdə bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx"ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Ona görə də iddiaçı "xxxx"ASC tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət olunmuş və hazırki iddianın qaldırılması üçün 38,52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472- ci, eləcə də 1146, 1255 və 1306-cımaddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddiaya hər hansı yazılı etirazını, həmçinin iddiaya hər hansı etirazın əsaslandırıldığı halların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 aprel 2019-cu il tarixli, BPM**********10 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 1796.91 manat əsas, 14.39 manat faiz olmaqla, cəmi 1811.3 manat (bir min səkkiz yüz on bir manat otuz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 38.52 (otuz səkkiz manat əlli iki qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220,222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 aprel 2019-cu il tarixli, BPM**********10 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 1796.91 manat əsas, 14.39 manat faiz olmaqla, cəmi 1811.3 manat (bir min səkkiz yüz on bir manat otuz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 38.52 (otuz səkkiz manat əlli iki qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Z.C.Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-608/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-608/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver