Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-61/2025 11.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı ziyan tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızından 29880 (iyirmi doqquz min səkkiz yüz səksən) manat məbləğində pulun və 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı Balakən rayonu Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. Balakən rayonu Meşəşambul kəndində 1998-ci ildə torpaq islahatı aparılmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Həmin vaxtdan sonra torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Bazarov X8 rayon Meşəşambul kəndi X10 Komissiyasının sədri işləmişdir. Həmin vaxt o və ailə üzvləri iddiaçıya bildirmişlər ki, onlara məxsus olan torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçı həmin vaxt onlarla razılaşaraq və torpağın dəyərini onlara ödəyərək, Cavabdeh4 ona və onun ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə verilmiş 9024.23 kv/m torpaq sahəsini istifadə etmişdir. Həmin torpaq sahəsi ona verilərkən çöllük ərazi idi. JN 0057 Kod 40109018 olan Dövlət Aktından, həm də JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə göstərilmiş cizgi ilə bağlı torpağın xüsusiyyətlərini əks etdirən Dövlət Aktının məlumatlarından görünür ki, həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. 2000-ci ildə iddiaçı cavabdehlərin razılığı ilə həmin torpaq sahəsində fındıq ağacları əkərək oranı bağ formasına salmışdır. İddiaçı həmin torpaq sahəsini istifadə etdiyi vaxtdan orada 163 ədəd fındıq ağacları əkmişdir. Bir neçə il əvvəl isə orada əkilən fındıq ağaclarının bəziləri qurumuş, bərpa etmək mümkün olmamışdır. Hazırda 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacları vardır. Cavabdehlərin razılığı ilə istifadə etdiyi torpaq sahəsində 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacının 22-24 illik hər fındığın əkilib yetişdirilməsinə, onun boyabaşa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində 142 ədəd ağacdan hər ağaca görə 140 manat xərc çəkmişdir. Eyni zamanda həmin torpaq sahəsində iddiaçı tərəfindən 376 ədəd çinar ağacları, 20-dən çox akasiya ağacları əkilmişdir. Həmin çinar ağaclarının 200 ədəddən çoxu diametri 30 sm-dən çoxdur. Diametri 30 sm-dən çox olan çinar ağaclarının bir ədədinin qiyməti 50 manat müəyyən edilir. İstifadəmdə olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kol-kosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, torpaq sahəsinin kənarlarının hasarlanmasına əlavə xərc çəkmişdir. Beləliklə 0.90 ha torpaq sahəsinə çəkdiyi xərclər 142 ədəd fındıq ağacına görə 19880 manat, diametri 30sm-dən çox olan 200 ədəd çinar ağaclarına görə 10000 manat, cəmi 29880 (iyirmi doqquz min səkkiz yüz səksən) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda cavabdehlər çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. İddiaçı cavabdehlərə məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. İddiaçının cavabdehlərə məxsus torpaq sahəsində 2000-ci ildə fındıq, çinar və digər ağaclar əkdiyi, hazırki vaxtadək istifadə etdiyi, həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Hazırki iş üzrə İddiaçı vicdanlı sahib hesab olunur və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Belə olan halda İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələbinə əsasən torpaq sahəsi üçün çəkdiyi xərcləri geri tələb etməkdə haqlıdır. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmanın dəyərini mülkiyyətçidən tələb edə bilər Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının nümayəndəsi-vəkili Vəkil iddianı etiraf etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi hazırkı iş üzrə cavabdehlərin mülkiyyətindədir. Cavabdehlər müəyyən müddətdə ailə vəziyyətləri ilə bağlı Bakı şəhərində yaşamışlar. İddiaçı həmin müddətdə onların mülkiyyətində olan 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin 0.90 hа hissəsini iş üzrə cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu qanunsuz zəbt edərək istifadə etmiş, həmin torpaq sahəsində mülkiyyətçilərin icazəsi və razılığı olmadan ağaclar əkmişdir. Cavabdehlər Bakı şəhərindən qayıtdıqdan sonra torpaq sahəsini geri tələb etməyə başlamışlar. Lakin Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən çıxmamışdır. Bundan sonra cavabdehlər iddiaçının onlara məxsus torpaq sahəsindən çıxarılması üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin iddiaları təmin edilmiş, lakin Əliyev Аbdurəhim Аbduxаlıq oğlu işin icrasını uzadaraq, 2024-cü ilə qədər gətirib çıxartmışdır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Mütəxəssislər isə torpaq sahəsinin Balakən rayonunun Meşəşambul kəndində olmasını İddiaçı yox, cavabdehə göstərmişlər. Məhkəmənin qərarının icrasını yoxlatmaq məqsədi ilə Əliyev X4 Aktının ləğvi ilə bağlı Şəki inzibati Məhkəməsinə müraciət etmiş, iddia əsassız olduğundan Şəki İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı Cavabdeh4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh4, Cavabdeh3 Hacı qızının, Cavabdeh2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının cavabdeh İddiaçı qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbi həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)- 60/2022 nömrəli icra vərəqəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan Balakən rayonu Meşəşambul kəndində yerləşən İddiaçı istifadəsində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların sayına və dəyərinə dair X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilir ki, Balakən rayonu Hənifə kənd sakini, ali təhsilli ixtisasca aqronom, X6 mütəxəssis qismində Balakən rayonu Meşəşambul kəndində yerləşən İddiaçı istifadəsində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Balakən rayonu Meşəşambul kəndində yerləşən İddiaçı istifadəsində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsində həqiqətən 142 ədəd fındıq ağacının olduğu aşkar edildi. Həmin ağaclar ekstensiv üsulla əkilmişdir. Ağac sayı fındıq bağı salınması normalarına uyğundur. Ağaclar yerli "Ata-baba" sortundan olub, intensiv barvermə mərhələsindədir. Fındıq tomalarının inkişaf səviyyəsinə əsasən yaşının təxminən 22-25 il olmasına uyğundur. Kolların ümümi görünüşünə görə (budaq sayı, çətir, inkişaf səviyyəsi) kəndin orta məhsuldarlıq səviyyəsi, ayrı-ayrı fermerlərin əldə etdiyi məhsuldarlığı təhlil edərək belə nəticəyə gəlir ki, həmin fındıq bağında orta hesabla hər ağacdan 8-10 kq məhsul əldə etmək mümkündür. Bağın ümümi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq göstərildiyinə uyğundur. Fındıq ağaclarına aqrotexniki qulluq hər il aparılmalıdır. Bır ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərci hesablanmaqla 22-25 illik fındıq ağaclarının orta qiyməti 140-150 manat müəyyən edilir. Belə ki, 22-25 illik fındıq ağacları bazarda satılmadığına, yəni belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. Balakən rayonu Meşəşambul kəndində yerləşən İddiaçı istifadəsində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaxşılaşdırma işləri görüldüyünü sübut edən amillər vardır. Belə ki, torpağın humusla zəngin olması, sahənin budanması, kol-kosdan, alaq otlarından təmizlənməsi, ağacların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Eyni zamanda həmin torpaq sahəsində 376 ədəd çinar ağacları, 20-dən çox akasiya ağacları əkilmişdir. Həmin çinar ağaclarının 200 ədəddən çoxu diametri 30 sm-dən çoxdur. Diametri 30sm-dən çox olan çinar ağaclarının bir ədədinin qiyməti 50 manat müəyyən edilir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Meşəşambul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 122 nömrəli arayışında göstərilir ki, İddiaçı həqiqətən Balakən rayon Meşəşambul kənd sakinidir və təsərrüfatında 1.10 ha pay torpağı və 163 ədəd fındıq ağacı var. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 31 yanvar 2025-ci il tarixdə verilmiş 3-21-3-47/2-457/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki;
1. JN-0228 kod 40109018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsində X3 tərəfindən əkilməsi göstərilən 142 ədəd fındıq ağaclarının növü, yaşı, qiyməti, barvermə qabliyyəti, il ərzində orta hesabla nə qədər bar verməsi, onun qiyməti, onlara aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə məlumatların verilməsi onların səlahiyyətləri xaricindədir. 2.JN-0228 kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsində X3 tərəfindən əkilməsi göstərilən 200 ədəd çinar ağaclarının növü,yaşı, qiyməti, onlara aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə məlumatların verilməsi onların səlahiyyətləri xaricindədir. 3.JN-0228 kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Maşəşambul kənd ərazisində yerləşən 2.41 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin hazırkı bazar qiyməti 11000(on bir min manat) təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Meşəşambul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 122 nömrəli arayışında göstərilir ki, İddiaçı həqiqətən Balakən rayon Meşəşambul kənd sakinidir və təsərrüfatında 1.10 ha pay torpağı və 163 ədəd fındıq ağacı var. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli 7/1832-9/9180 nömrəli ekspert rəyindən göstərilir ki: Tədqiqata təqdim edilmiş JN-0228; kod40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsində becərilmiş-73 ədəd 24-25 illik akasiya ağacı (meyvə ağacı hesab edilmədiyindən məhsuldarlıq təyin edilmədi), -həmin sahədə bir-birindən 5-10 sm cərgədaxili məsafədə əkilmiş 336 ədəd 1-20 illik çinar ağacı (meyvə ağacı hesab edilmədiyindlən məhsuldarlıq təyin edilmədi), -05 ədəd 15-17 illik qoz ağacı il ərzində 7-8 kq, -03 ədəd 20-23 illik qoz ağacı il ərzində 20-25 kq, -135 ədəd 21-22 illik fındıq kolu il ərzində-11-12 kq -01 ədəd 23-24 illia əzgil ağacı il ərzində 10-11 kq məhsul verə bilir və bağ sahəsində əkilmiş bütün növ ağac və kollara aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd edilir ki, ekspertiza qarşısında qoyulmuş sualda qeyd edilən JN-0228 kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsində göstərilən fındıq kollarının və il ərzində orta hesabla onun məhsulunun və çinar ağaclarının qiyməti məhkəmə-əmtəşünaslıq ekspertizasının predmetinə aid olmadığından ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmadı. Qeyd edilən suallar həmin sahə üzrə ixtisasca mütəxəssis (aqronom) tərəfindən cavablandırıla bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın və X1 barədə mütəxəssis rəyində göstərilmişdir ki;- JN 0228 Kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağac və kolların dəyəri aşağıdakı kimidir: -fındıq ağacının qiyməti təxminən 120-160 manat arasında müəyyənləşdirilir. 200 ədəd çinar ağacının hər birinin qiyməti 50,0 manat təşkil edir. -JN 0228 Kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (üzərindəkilərlə çoxillik əkililərlə birlikdə) 06 may 2025-ci il tarixinə tarixinə bazar dəyəri 39 000,0 (otuz doqquz min dörd yüz) manat təşkil edir. -JN 0228 Kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində çoxillik əkmələr olmadan bazar dəyəri nə qədərdir? -JN 0228 Kod 40109018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində çoxillik əkmələr olmadan 06 may 2025-ci il tarixinə tarixinə bazar dəyəri 11 400,0 (on bir min dörd yüz) manat təşkil edir. Qiymətləndirmə işi Əmlakm Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakm faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq apanlmışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə cavabdehlər Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı verilmişdir. Cavabdehlər bir neçə il Bakı şəhərində yaşamışlar. Həmin müddətdə qeyd olunan torpaq sahəsinin 0.87 hа hissəsi iddiaçı Əliyev Аbdurəhim Аbduxаlıq oğlu tərəfindən zəbt edilərək istifadə olunmuşdur. İddiaçı Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən istifadə etdiyi müddətdə həmin torpaq sahəsində ağaclar əkmişdir. İddiaçılar Bakı şəhərindən qayıtdıqdan sonra torpaq sahələrini geri tələb etmişlər. Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Bundan sonra Bаzаrоv Kаmil Ömər оğlu , Qаrаlоvа Züleyxа Hаcı qızı , Bаzаrоv Ömər Kаmil оğlu , Bаzаrоvа Günаy Kаmil qızı və Bаzаrоvа Gülnаr Kаmil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər. Bаlаkən Rаyоn Məhkəməsinin 2(019)-985/2018 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun iddiaçılаr Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı Cavabdeh4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar Cavabdeh4, Cavabdeh3 Hacı qızının, Cavabdeh2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının cavabdeh İddiaçı qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 239.2. Fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67, 4-cü hissə. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111, 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 111, 3-cü hissə. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən mübahisəsiz olaraq müəyyən olundu ki, mübahisə predmeti olan ağacların əkildiyi, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar torpaq sahəsi 2002-ci ildən hal-hazıra kimi cavabdehlər Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətindədir, İddiaçı həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və heç vaxt olmamışdır. Qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur ki, İddiaçı sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir və bu səbəbdən də onun həmin torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Qanunvericiliyin tələbinə görə isə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilməlidir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2 və 3-cü hissələri). Belə olan halda isə İddiaçı qanunsuz zəbt edib istifadə etdiyi torpaq sahəsində əkdiyi ağacların dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz. İddiaçı nümayəndəsi –vəkili Nümayəndə İddiaçı torpaq sahəsini zəbt etmədiyini, torpaq sahəsindən mülkiyyətçilərin razılığı ilə istifadə etdiyini və ağacları da onların razılığı ilə əkdiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənmiş 180 manat dövlət rüsumu xərc İddiaçı özünə aid edilməlidir. 70 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına qarşı ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin; ödənmiş 180 manat dövlət rüsumu xərcə iddiaçı X2 özünə aid edilsin. 70 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən H.Q.Səlimov