Məhkəmə qərarları › İş №e-2(019)-613/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-613/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-613/2023 06.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2611.71 (iki min altı yüz on bir manat yetmiş bir qəpik) manat, faiz borcu üzrə 289.30 (iki yüz səksən doqquz manat otuz qəpik ) manat, cəmi 2901.01 (iki min doqquz yüz bir manat bir qəpik) manat məbləğində borcun və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Balakən Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 05 may 2022-ci il tarixində LBP/22/010/000001 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 26% (iyirmi altı faiz ) hesablanmaqla 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh2 arasında 05 may 2022-ci il tarixində Zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər tərəfindən 05 may 2022-ci il tarixli LBP/22/010/000001 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, Dos/23-830 saylı 03 may 2023-cü il tarixli maliyyə arayışına əsasən,cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 2611.71 manat, faiz borcu üzrə 289.30 manat, cəmi borcu 2901.01 manat borcu vardır. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək 06 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək işə iştirakları olmadan baxılaraq iddianın təmin edilmsəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 05 may 2022-cü il tarixli LBP/22/010/000001 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 26 % ödəmək şərti ilə, 8830 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü maddəsinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 may 2022-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki,İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 bəndinə əsasən zamin Cavabdeh2 05 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda , əsas borcu, həmin borca hesablanmış faiz,cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Borc verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 may 2023-cü il tarixli Dos/23-830 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli LBP/22/010/000006 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə əsas borcu 2611.71 manat, faiz borcu 289.30 manat, cəmi borcu 2901 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 05 may 2022-ci il tarixli, LBP/22/010/000001 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 26 % dərəcəsi ilə 36 ay müddətinə qaytarılmaq şərti ilə 8830 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında 05 may 2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış,zamin Cavabdeh2 05 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu,həmin borca hesablanmış faiz, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri iddiaçıya tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.Lakin cavabdehlər tərəfindən 05 may 2022-ci il tarixli LBP/22/010/000001 nömrəli kredit müqaviləsinin şərtləri pozulmuş və öhdəliklər icra olunmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmiş və kreditor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehlərin 03 may 2023-cü il tarixə İddiaçı ASCnə əsas borcu 2611.71 manat, faiz borcu 289.30 manat olmaqla, cəmi borcu 2901.01 manat təşkil edir. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, lakin borclu yenə də kredit borcunu ödəməmişdir.Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2611.71 manat əsas borc, 289.30 manat faiz borcu olmaqla, cəmi 2901.01 manat kredit borcu və 50 manat dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2611.71 manat əsas borc, 289.30 manat faiz borcu olmaqla cəmi 2901.01 manat kredit borcu və 50 manat dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar