Məhkəmə qərarları › İş №e-2(019)-616/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-616/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-616/2022 26.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, «TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və «TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 228.46 AZN (iki yüz iyirmi səkkiz manat 46 qəp.) əsas, 1.25 AZN (bir manat 25 qəp.) faiz, 0.29 AZN (sıfır manat 29 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 230 AZN (iki yüz otuz manat) məbləğində borcun və tərəflərindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Zaqatala” filialıilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh illik faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 266.70 AZN (iki yüz altmış altı manat 70) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh oğlınun xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə borcu 228.46 AZN əsas, 1.25 AZN faiz, 0.29 AZN cərimə borcu olmaqla, cəmi borcu 230 AZN (iki yüz otuz manat) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məbkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehrə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK N2 1065/GK/12-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcaları kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2- ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasəıı borcalaıı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya veriimiş kreditin vaxtından əvvəl qaytarılmasını təbb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı güzəştli kredit müqaviləsindən, xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh faiz dərəcəsi illik 1% faiz olmaqla, 12 (on iki) ay güzəşt müddəti olmaqla 60 (altmış) ay müddətinə 266.70 AZN məbləğində kredit verilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh müvafiq bildiriş və xəbərdarlıqlarla ona olan borcun ödənilməsi təklif edilmiş və əks təqdirdə qanunvericiliyə uyğun qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı güzəştli kredit müqaviləsi üzrə cavabdehin kredit borcu öbarədə maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı Banka olan 228.46 AZN (iki yüz iyirmi səkkiz manat 46 qəp.) əsas, 1.25 AZN (bir manat 25 qəp.) faiz, 0.29 AZN (sıfır manat 29 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 230 AZN (iki yüz otuz manat) təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh illik faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 266.70 AZN (iki yüz altmış altı manat 70) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh oğlınun xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 228.46 AZN əsas, 1.25 AZN faiz, 0.29 AZN cərimə borcu olmaqla, cəmi borcu 230 AZN təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı təşkilat hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tərəflər arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı cavabdeh qarşısında götürülmüş öhdəliklərini icra etmiş, cavabdeh isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi «TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və «TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 228.46 AZN əsas, 1.25 AZN faiz, 0.29 AZN cərimə borcu olmaqla, cəmi 230 AZN (iki yüz otuz manat) məbləğində borcun və tərəflərindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «TuranBank ASC-yə ödənilməsi barədə iddia tələbi əsaslıdır və tam təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan 228.46 AZN (iki yüz iyirmi səkkiz manat 46 qəp.) əsas, 1.25 AZN (bir manat 25 qəp.) faiz, 0.29 AZN (sıfır manat 29 qəp.) cərimə borcu olmaqla, cəmi 230 AZN (iki yüz otuz manat) məbləğində borcu və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin; İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1065/GK/12-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan 228.46 AZN (iki yüz iyirmi səkkiz manat 46 qəp.) əsas, 1.25 AZN (bir manat 25 qəp.) faiz, 0.29 AZN (sıfır manat 29 qəp.) cərimə borcu olmaqla, cəmi 230 AZN (iki yüz otuz manat) məbləğində borcu və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar