Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-624/2023 13.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh, 2363,98 (iki min üç yüz altmış üç manat doxsan səkkiz qəpik) manat pulun, ödənilmiş 100 manat vəkil xidmət haqqının və ödənilmiş 43,64 manat dövlət rüsumunun alınıb İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-524/2016 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin Zaqatala filialı ilə birgə borcalanlar İddiaçı2, Cavabdeh və X6 arasında bağlanmış 30 may 2014-cü il tarixli “Həmrəy Kredit” Qrupunun Kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1420,69 manat əsas və 943,23 manat faiz borcu olmaqla, cəmi 2363,98 manat, X3 Banka olan 1540,50 əsas borc, 1061,13 manat faiz borcu olmaqla, cəmi 2601,63 məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun birgə borclular İddiaçı2, Cavabdeh və X1 birgə qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. O, digərləri ilə birlikdə bankdan kredit götürsə də öz üzərinə düşən pulu banka ödəmişdir. Lakin cavabdeh pulu ödəmədiyinə və əmək haqqı olmadığına görə onun götürdüyü pul həmin işin icrası ilə əlaqədar İddiaçı2 pensiyasından tutulur. Həmin pulun İddiaçı2 pensiyasından tutulduğuna dair bank sənədini və digər sənədləri ərizəyə əlavə edir. O, dəfələrlə cavabdehdən kredit götürdüyü pulu ödəməsini və yaxud da pensiyasından tutulan pulu qaytarmasını tələb etsə də, cavabdeh bəhanələr gətirərək pulu ödəməmiş, daha sonra da ödəməyəcəyini bildirmişdir. Beləliklə, Cavabdeh cəmi 2363,98 manat borcu yaranmışdır. Cavabdeh pulu banka ödəmədiyinə görə və icra məmuru onun banka məhkəmə qətnaməsinə əsasən borclu qaldığı pulu pensiyasına yönəldərək tutduğuna görə məhkəməyə müraciət edərək həmin pulu cavadehdən tələb etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, həqiqətən İddiaçı2 pensiyasından onun "xxxx" ASC-nin Zaqatala filialından aldığı kreditə görə 1360 manat pul tutulmuşdur. O, iddia tələbinin 1360 manat hissəsində təmin edilməsinə etiraz etmir. Qeyd edilənləri nəzərə alıb idldianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 06 iyun 2016-cı il tarixli 2(019)-524/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin Zaqatala filialı ilə birgə borclular İddiaçı2, Cavabdeh və X6 arasında bağlanmış 30 may 2014-cü il tarixli “Həmrəy Kredit” Qrupunun Kredit müqaviləsi üzrə Cavabdeh Bankı olan 1420.69 manat əsas, 943.23 manat faiz borcu olmaqla, cəmi 2363.98 manat, X3 Banka olan 1540.50 manat əsas borc, 1061.13 manat faiz borcu olmaqla, cəmi 2601.63 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun birgə borclular İddiaçı2, Cavabdeh və X2 birgə qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli 71206/2016-46- 1/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASCnin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli 71206/2016- 46-1/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 oktyabr 2022-ci il tarixli 71206/2016- 46-1/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli 71206/2016-46- 1/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASCnin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 9 noyabr 2022-ci il tarixli 7106/2016-46- 5/1 nömrəli İnkasso Sərəncamından görünür ki,İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASCnin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 dekabr 2022-ci il tarixli 71206/2016- 46-5/1 nömrəli İnkasso Sərəncamından görünür ki,İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli 71206/2016-46- 5/1 nömrəli İnkasso Sərəncamından görünür ki,İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASCnin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 fevral 2023-cü il tarixli 7106/2016- 46-5/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 110 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 mart 2023-cü il tarixli 71206/2016- 46-5/1 nömrəli İnkasso Sərəncamından görünür ki,İddiaçı2 tərəfindən 110 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 7 aprel 2023-cü il tarixli 71206/2016- 46-5/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 110 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 may 2023-cü il tarixli 71206/2016- 46-5/1 nömrəli İnkasso Sərəncamından görünür ki,İddiaçı2 tərəfindən 110 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 may 2023-cü il tarixli 71206/2016- 46-5/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 110 manat "xxxx"ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 aprel 2023-cü il tarixli 71206/2016- 46-1/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli 71206/2016-46- 1/1 nömrəli İnkasso Sərəncamından görünür ki, İddiaçı2 tərəfindən 90 manat "xxxx" ASCnin xeyrinə ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsininin 06 iyun 2016-cı il tarixli 2(019)-524/2016 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin Zaqatala filialı ilə birgə borclular İddiaçı2, Cavabdeh və X7 arasında bağlanmış 30 may 2014-cü il tarixli “Həmrəy Kredit” Qrupunun Kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1420.69 manat əsas, 943.23 manat faiz borcu olmaqla cəmi 2363.98 manat, X4 Banka olan 1540.50 manat əsas borc, 1061.13 manat faiz borcu olmaqla, cəmi 2601.63 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun birgə borclular İddiaçı2, Cavabdeh və X2 birgə qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi Balakən rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlanılmış, icra sənədi üzrə borcluların əmlaklarının araşdırılması məqsədi ilə müvafiq təşkilatlara sorğular edilmişdir. Borclulara məxsus tələbin yönəldilə biləcək heç bir əmlakı aşkar edilməmiş, Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı2 pensiya aldığı müəyyən edilmiş və tələb onun pensiyasına yönəldilmişdir. Bundan sonra hər ay İddiaçı2 pensiyasından pul tutulmaqla, cəmi 1360 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənmişdir. İddiaçı cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etmiş,lakin cavabdeh pulu qaytarmamışdır.Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1 və 500.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə Balakən Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(019)-524/2016 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin Zaqatala filialı ilə birgə borclular İddiaçı2, Cavabdeh və X7 arasında bağlanmış 30 may 2014-cü il tarixli “Həmrəy Kredit” Qrupunun Kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1420.69 manat əsas, 943.23 manat faiz borcu olmaqla cəmi 2363.98 manat, X4 Banka olan 1540.50 manat əsas borc, 1061.13 manat faiz borcu olmaqla, cəmi 2601.63 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun birgə borclular İddiaçı2, Cavabdeh və X2 birgə qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilməsini, Cavabdeh borcuna görə İddiaçı2 pensiyasından 1360 (bir min üç yüz altmış) manat tutulmasını, Cavabdeh həmin borcu qaytarmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, borca aid iddia tələbi1360 (bir min üç yüz altmış) manata aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən əsaslı hesab olunduğundan nümayəndəyə ödənmiş 100 manatın 58 manatı və ödənilmiş 43.64 manat dövlət rüsumunun 25,31 manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1360 (bir min üç yüz altmış) manat borc, nümayəndəyə ödənmiş 100 manatın 58 manatı və ödənilmiş 43.64 manat dövlət rüsumunun 25,31 manatı, cəmi 1443,31 manat alınıb İddiaçı2 verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin . Cavabdeh 1360 (bir min üç yüz altmış) manat borc, nümayəndəyə ödənmiş 100 manatın 58 manatı və ödənilmiş 43.64 manat dövlət rüsumunun 25,31 manatı,cəmi 1443,31 manat alınıb İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-624/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-624/2023
13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver