Məhkəmə qərarları › İş №e-2(019)-625/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-625/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-625/2025 03.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Bank Olmayan Kredit Təşkilatı İddiaçı Baş ofisi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il Z-0440-PK/AZN-2023 saylı kredit müqaviləsinə əsasən Təşkilata olan 945 manat 90 qəpik məbləğində əsas, 1395 manat 64 qəpik məbləğində dəbbə, cərimə faizi və ödənilmiş 43 manat 42 qəpik dövlət rüsumu olmaqla cəmi 2384 manat 96 qəpik məbləğin cavabdehdən tutulub BOKT "xxxx" MMC-yə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı “Baş ofisi”lə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z-0440-PK/AZN- 2023 saylı kredit müqaviləsinə əsasən ona faizsiz 12 ay müddətinə 1280 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, BOKT “Falcon Finance “ MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli Z-0440-PK/AZN-2023 saylı kredit müqaviləsinə görə o, tam öhtəlik üzrə məsuliyyəti öz üzərinə götürmüşdü. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6ci bəndinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan 1№-li əlavəyə uyğun həyata keçirir, lakin o, müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş cədvəlinin tələblərini davamlı şəkildə pozmuşdur. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə 945 manat 90 qəpik məbləğində əsas, 1395 manat 64 qəpik məbləğində dəbbə, cərimə faizi olmaqla, cəmi borcu 2341 manat 54 qəpik təşkil edir. Dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borc alandan müqavilə üzrə 945 manat əsas, 1395 manat 64 qəpik dəbbə, cərimə faizi tutularaq "xxxx" MMC-yə qaytarılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z-0440-PK/AZN-2023 saylı kredit müqaviləsinin 2.6-ci bəndinə uyğun olaraq “borcalan” ödəniş cədvəlinə əsasən kreditin qaytarma müddətini pozduğu hallarda gündəlik 1% ilk gündən başlayaraq gündəlik cərimə (dəbbə) borc ödənilən gündən hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. Bu müqavilənin 3.1.3-cü bəndə görə əgər borc alan öhdəliklərini pozarsa və borc verən borcun tutulması ilə bağlı məhkəməyə müraciət edərsə, qətnamə (məhkəmə əmri) çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizlər, o cümlədən vaxtı keçmiş ikiqat faizləri Borc alan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat borcunu ödəməyi öhtəsinə götürür. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, Z-0440-PK/AZN-2023 saylı kredit müqaviləsindən görünür ki, borc verən Bank Olmayan Kredit Təşkilatı "xxxx" bu müqavilənin şərtləri daxilində borc alan Cavabdeh 12 ay müddətinə qaytarmaq şərti ilə 1280 AZN məbləğə krediti verməyi, cavabdeh isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq iddiaçıya qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı bəndinə əsasən borcalan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada və bərabər hissələrlə (1 saylı Əlavəyə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və Borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün 1% (bir) qədər ilk gündən başlayaraq gündəlik cərimə (dəbbə) borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 945.90 manat əsas məbləğ üzrə qalıq borc, 1395.64 manat cərimə faiz borcu, cəmi 2341.54 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli Z-0440-PK/AZN- 2023 saylı kredit müqaviləsinə əsasən cavabdehə faizsiz 12 ay müddətinə 1280 manat məbləğində kredit verilmiş, lakin o, aldığı pul vəsaitini tam ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə əsas borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 70 manat həcmində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli Z-0440- PK/AZN-2023 nömrəli müqavilə üzrə 945.90 manat əsas borc, 70 manat cərimə borcu, ümumilikdə 1015.90 manat borc və ödənilmiş dövlət rüsumunun 18.84 manatı alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli Z-0440-PK/AZN-2023 nömrəli müqavilə üzrə 945.90 manat əsas borc, 70 manat cərimə borcu, ümumilikdə 1015.90 manat borc və ödənilmiş dövlət rüsumunun 18.84 manatı alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar