Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-627/2022 23.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişinin və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 05 mart 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış VAZ-21074 markalı 42BJ322 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 oktyabr 2020-ci il tarixdə Balakən rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 ölmüşdür. Məhkəmənin hökmü ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sərxoş halda idarə etmişdir. Zərərçəkənin ölümü ilə əlaqədar onun varisinə 5000 manat sığorta ödənişi verilmişdir. Ona görə də zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs-faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişi məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iş üzrə verdikləri iddianı müdafiə etdiklərini bildirərək, məhkəmənin bütün iclaslarını iştirakları olmadan keçirərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4cü maddələrinə əsasən işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1 (091)-188/2021 nömrəli hökmündən görünür ki, həmin hökmlə Cavabdeh 29 oktyabr 2020-ci il tarixdə saat təxminən 00:45 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonu Katex kəndinin ərazisindən keçən 138.7-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, yəni 70 km/saat sürətlə idarə etdiyi VAZ-21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçnü təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı osa da, almayıb idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin edə bilməyib, avtomobili hərəkət hissəsinin sağına çıxararaq daş divara vurması, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markaı avtomaşının salonunda oturan sərnişin X8 açıq kəlləbeyin travması, alnında əzilmiş-cırılmış yara, alın sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı, baş-beyin toxumasına, yumşaq qişası altına və yan mədəciklərə qansızmalar, döş qəfəsinin sağ yuxarı yan səthində daxilə keçən deşilmiş-cırılmış yara, İİ-İİİ qabırğaların aıq yerdəyişən sınıqları, sağ ağciyərin üst səthinin əzilmiş-cırılmış yarası, daxilə çoxlu qanitirmə, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, döş qəfəsinin sol yan səthində qançır, döş qəfəsində və hər iki aşağı ətrafında sıyrıqlar, sağ mil-bilək sümüklərinin qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X15 qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün yerdəyişən sınığı, baş beyninddə əzilmə, qansızma, sağ körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sağ körpucük sümüyü nahiyyəsində sıyrıqlı qançır, sağ budunda və sağ baldırında sıyrığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığına ağır bədən xəsarətləri yetirməsi və onun 30 oktyabr 2020-ci il tarixdə təxminən saat 06:25 radələrində Zaqatala RMX-da ölməsinə səbəb olması, habelə bir ədəd işıqlandırıcı elektrik dirəyinin yararsız hala düşməsi nəticəsində Balakən rayonu Katex Bələdiyyəsinə 300 (üç yüz) manat, həmçinin VAZ-21074 markalı 42BJ322 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X10 6500 (altı min beş yüz) manat məbləğində ziyan vurması müəyyən edilməklə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 42BJ322 dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 (beş min) AZN, bir hadisə üzrə 5000 (beş min) AZN məbləğində sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri:anası X3 və atası X6r və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş HD-1659/H saylı arayışa əsasən mərhumun adına olan 5000 (beş min) manat sığorta məbləğindən ibarətdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 29 noyabr 2021-ci il tarixli miras payının bağışlanması müqaviləsindən görünür ki, X1 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu X12 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 2V-816 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını X7 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BİşTİ-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli 005-12866-1221 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tartixdə Yevlax-Zaqatala yolunun 138,7 km-də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X8 və X13 ölümünün baş verməsi, X10 və Balakən rayonu Katex Bələdiyyəsinin əmlakına ziyan vurulması müəyyən edlilmişdir. İş materiallarında olan PQU-214363 nömrəli Sığorta ödənişi ilə bağlı aktdan və xx.xx.2022-ci il tarixli 116013 №li ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə Balakən, Yevlax-Zaqatala yolu 138,7-ci km-də toqquşma nəticəsində X8 ölümü ilə bağlı 5000 manat köçürmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfiindən X8 varisi X7 onun etibarnamə üzrə nümayəndəsi X16 vasitəsilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddianın qaldırılması üçün 70,40 manat dövlət rüsusu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1 (091)-188/2021 nömrəli hökmü ilə Cavabdeh 29 oktyabr 2020-ci il tarixdə saat təxminən 00:45 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonu Katex kəndinin ərazisindən keçən 138.7-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, yəni 70 km/saat sürətlə idarə etdiyi VAZ-21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçnü təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı osa da, almayıb idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin edə bilməyib, avtomobili hərəkət hissəsinin sağına çıxararaq daş divara vurması, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markaı avtomaşının salonunda oturan sərnişin X8 açıq kəllə-beyin travması, alnında əzilmiş-cırılmış yara, alın sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı, baş-beyin toxumasına, yumşaq qişası altına və yan mədəciklərə qansızmalar, döş qəfəsinin sağ yuxarı yan səthində daxilə keçən deşilmişcırılmış yara, İİ-İİİ qabırğaların aıq yerdəyişən sınıqları, sağ ağciyərin üst səthinin əzilmişcırılmış yarası, daxilə çoxlu qanitirmə, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, döş qəfəsinin sol yan səthində qançır, döş qəfəsində və hər iki aşağı ətrafında sıyrıqlar, sağ mil-bilək sümüklərinin qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X15 qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün yerdəyişən sınığı, baş beyninddə əzilmə, qansızma, sağ körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sağ körpucük sümüyü nahiyyəsində sıyrıqlı qançır, sağ budunda və sağ baldırında sıyrığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığına ağır bədən xəsarətləri yetirməsi və onun 30 oktyabr 2020-ci il tarixdə təxminən saat 06:25 radələrində Zaqatala RMX-da ölməsinə səbəb olması, habelə bir ədəd işıqlandırıcı elektrik dirəyinin yararsız hala düşməsi nəticəsində Balakən rayonu Katex Bələdiyyəsinə 300 (üç yüz) manat, həmçinin VAZ-21074 markalı 42BJ322 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X10 6500 (altı min beş yüz) manat məbləğində ziyan vurması müəyyən edilməklə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sərxoş halda idarə etməsi müəyyən olunmuşdur. 42BJ322 dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 (beş min) AZN, bir hadisə üzrə 5000 (beş min) AZN məbləğində sığorta olunmuşdur. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri:anası X3 və atası X4 olması, onların hər birinin miras əmlakdan 1/2 hissədə irs alması, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş HD-1659/H saylı arayışa əsasən mərhumun adına olan 5000 (beş min) manat sığorta məbləğindən ibarət olması müəyyən olunmuş, 29 noyabr 2021-ci il tarixli miras payının bağışlanması müqaviləsilə X1 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu X12 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 2V-816 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını X7 bağışlamışdır. PQU-214363 nömrəli Sığorta ödənişi ilə bağlı akt və xx.xx.2022-ci il tarixli 116013 №li ödəniş tapşırığı əsasında , xx.xx.2020-ci il tarixdə Balakən, Yevlax-Zaqatala yolu 138,7-ci km-də toqquşma nəticəsində X8 ölümü ilə bağlı 5000 manat köçürmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfiindən X8 varisi X7 onun etibarnamə üzrə nümayəndəsi X16 vasitəsilə ödənilmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddianın qaldırılması üçün 70,40 manat dövlət rüsusu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:…25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 18 aprel 2022-ci il tarixli qərarına əsasən 1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. 2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunda ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Muülki Məcəlləsinin 443.2-ci maddəmsinə əsasən zərər bu Məcəlllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişi və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin; Cavabdeh 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişi və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-627/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-627/2022
23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver