Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-63/2024 22.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdehin yaratdığı maneənin aradan qaldırılması, cavabdeh tərəfindən qoyulmuş taxta qapıların öz hesabına sökülərək götürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək AN 208745 torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona və ailə üzvlərinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə və evinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılmasında Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə və evə gediş-gəliş yolunun giriş hissəsinə qoyduğu taxta qapıların Cavabdeh tərəfindən öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmə baxışı mərhələsində məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını,iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsini müdafiə edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini, işə mahiyyəti üzrə baxılmasını istəmədiyini, hüquqlarının müdafiəsi üçün müvəqqəti təminat tədbirinin ləğv edilməli olmasını göstərərək ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-16(019)-28/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vasitəsi ilə verdiyi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı həyətyanı sahəsinə və evinə gedən yolda qoyduğu taxta qapıların qıfıllanması Cavabdeh qadağan olunmuşdur. Məhkəmə tərəfləri dinləyib,işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək AN 208745 torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona və ailə üzvlərinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə və evinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılmasında Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə və evə gediş-gəliş yolunun giriş hissəsinə qoyduğu taxta qapıların Cavabdeh tərəfindən öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmə baxışı mərhələsində məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını,iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizə verməsini, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 162.1-162.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İddia ərizəsi baxılmamış saxlandığından məhkəmə hesab edir ki,ərizəçi İddiaçı həyətyanı sahəsinə və evinə gedən yolda qoyduğu taxta qapıların qıfıllanmasının Cavabdeh qadağan olunmasına dair tətbiq olunmuş müvəqqəti təminat tədbiri də ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlandıqda qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddia ərizəsi baxılmamış saxlandığından 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdehin yaratdığı maneənin aradan qaldırılması,cavabdeh tərəfindən qoyulmuş taxta qapıların öz hesabına sökülərək götürülməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ərizəçi İddiaçı həyətyanı sahəsinə və evinə gedən yolda qoyduğu taxta qapıların qıfıllanmasının Cavabdeh qadağan olunmasına dair tətbiq olunmuş müvəqqəti təminat tədbiri ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-63/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-63/2024
22.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver