Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-63/2025 30.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 9552.74 AZN, faiz borcuna görə 935.00 AZN, cərimə borcuna görə 507.01 AZN, cəmi 10994.75 (on min doqquz yüz doxsan dörd manat, yetmiş beş qəpik) AZN məbləğində borcun və 122.98 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMM QBKT iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 (on beş min ) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 789 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 0413**********-1268155 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4, 0413**********-1116595 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və 0413**********-1268150 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdurlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024 -cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 9552.74 AZN, faiz borcuna görə 935.00 AZN, cərimə borcuna görə 507.01 AZN, cəmi 10994.75 (on min doqquz yüz doxsan dörd manat, yetmiş beş qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz. İddiaçı MMM QBKT məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə prosesində nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə onların iştirakı olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etimişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə oğlu Rəsulun xahişi ilə İddiaçı MM QBKT-dən illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 (on beş min ) AZN məbləğində kredit götürərək oğluna vermişdir. O, ötən illərdə məhsul əldə edə bilmədiyindən krediti ödəyə bilməmişdir. Bu il 15 ha sahədə qarğıdalı məhsulu əkmişdir. Topladığı məhsulu sataraq kredit borcunu ödəyəcəkdir. O, zamin şəxslərin heç birini tanımır. Həmin şəxsləri oğlu Rəsul banka gətirmiş və imza etdirmişdir. Oğlu Rəsul zamin qismində İddiaçı MM QBKT-nə gətirdiyi Cavabdeh3 ilə evlənməli idi, lakin sonradan onlar ayrılmışlar və evlənməmişlər. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, 2-ci qrup əlildir. Aylıq gəliri aldığı 330 manat pensiyadan ibarətdir. Hər ay 155 manat "xxxx" ASC-yə kredit ödəyir. O, Cavabdeh2 zamini olmuşdur. Kreditin ödənmədiyini də bilir. Lakin onun kredit ödəmək imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, zaminlik müqaviləsi bağlandığı zaman onun üzərində artıq kifayət qədər kredit öhdəliyi olmuş və bu barədə İddiaçı MM QBKT-in əməkdaşları məlumatlandırılmışdır. Buna baxmayaraq onun maliyyə vəziyyəti və ödəmə qabiliyyətinə ətraflı və rəsmi qiymət verilməmişdir, qanunsuz şəkildə zamin kimi qəbul edilmişdir. Bankın ona qarşı olan iddia tələbinin ona aid olan hissədən rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2022 il tarixli, 0413********** saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0113********** nömrəli müqaviləyə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması üçün illik 23.00 % dərəcəsi ilə 24 ay müddətinə 15000 (on beş min manat) AZN məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 0413**********- 1268155 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə 0413**********- 1268155 nömrəli müqavilə üzrə Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmış, cavabdeh borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 0413**********- 1116595 və 0413**********-1268150 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, cavabdeh borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 0413**********- 1268150 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, cavabdeh borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə illik 23.00 % dərəcəsi ilə 24 ay müddətinə 15000 AZN məbləğində kredit verilmiş, 10043,26 manat ödənilmiş, həmin məbləğin 5447,26 manatı əsas borca, 2999 manatı faiz borcuna,1597 manatı cəriməyə hesablanmış, 9552.74AZN əsas , 935.00 AZN faiz,507.01 manat cərimə borcu olmaqla, cəmi 10994.75 AZN borcu vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh3 məhkəməyə ünvanlandığı ərizədə göstərilmişdir ki, Cavabdeh2 onu aldadaraq bankdan kredit götürməsi üçün zamin durmasına səbəb olmuşdur. Ona görə də onunla bağlanan zaminlik müqaviləsinin etibarsız hesab edilməsini, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 aprel 2025-ci il tarixdə verilmiş 9/9193 nömrəli ekspert rəyindən görünür ki; Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 BOKT-a ödənilmiş pul vəsaitlərinə dair problemli müştəri məlumatında və xx.xx.2022-ci il tarixli, 0413********** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 8.524,13 manat məbləğində və xx.xx.2024-cü il tarixədək (qərardadın tarixi) banka olan əsas və faiz borcu 9.322,05 manat məbləğində müəyyən edilir;O,cümlədən xx.xx.2024-cü il tarixə: əsas borc üzrə --------------------------7.954,91 manat faiz borcü üzrə ---------------------------569,22 manat xx.xx.2024-cü il tarixə: əsas borc üzrə ----------------------------7.954,91 manat faiz borcu üzrə---------------------------- 1.367,14 manat İddiaçı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0413********** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişinin gecikdirilməsinə görə "xxxx" MMM tərəfindən cərimənin hesablanmasının müəyyən etmək mümkün olmadı. Məhkəmə, məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0413********** saylı kredit müqaviləsinə əsasən sonuncuya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 (on beş min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 789 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansına verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh4 xx.xx.2022-ci il tarixli 0413********** - ******* nömrəli, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli 0413********** - ******* nömrəli və Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli 0413********** - ******* nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən Zaminlər, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşdürlər. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. O, xx.xx.2024-cü il tarixə 10043,26 manat ödəniş etmiş, qalan borcu ödəməmişdir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ********** saylı kredit müqaviləsinin bağlanması, sonuncuya illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 (on beş min ) AZN məbləğində kredit verilməsi, İddiaçı MMM QBKT ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələrinin bağlanması, Cavabdeh2 tərəfindən kredit borcundan 10043,26 manatın ödənməsi işin mübahisəsiz hallarıdır. İddiaçı "xxxx" MMM QBKT xx.xx.2024-cü il tarixə əsas borcun 9552.74 AZN, faiz borcunun 935.00 AZN, cərimə borcunun 507.01 manat təşkil etdiyini iddia etsə də ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 iddiaçı "xxxx" MMM QBKT-na olan əsas borcu 7.954,91 manat, faiz borcu isə 569,22 manat təşkil edir. Cərimənin hesablanması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 7.954,91 manat əsas borca və 569,22 manat faiz borcuna aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Ekspertiza zamanı cərimənin məbləği hesablanmasa da məhkəmə kredit borcunun vaxtında ödənməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMM QBKT cərimə tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi penya borcu həddən artıq yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri, Cavabdeh2 tərəfindən ödənmiş 10043,26 manat pulun 1597 manatının cəriməyə hesablanmasını nəzərə alaraq hesab edir ki, penyanın miqdarı azaldılaraq 50 manat həcmində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca görə 7.954,91 manat, faiz borcuna görə 569,22 manat, cəriməyə görə 50 manat olmaqla, cəmi 8574,13 manat məbləğ cavabdehlər Cavabdeh2 , Cavabdeh4 və Cavabdeh1 İddiaçı MMM QBKT-nın xeyrinə tutulmalıdır. İddia tələbi Cavabdeh3 aid hissədə təmin edilməməldir. Belə ki, məhkəmə iclasında aydın oldu ki, kredit əldə etmiş Cavabdeh2 oğlu Rəsulun xahişi ilə həmin krediti götürmüş, o, zamin qismində cəlb olunmuş şəxslərin heç birini tanımamışdır. Cavabdeh2 oğlu-X1 Şölə İlqar qızını onunla evlənəcəyini vəd etməklə aldadaraq ona zaminlik müqaviləsini imzalatmış, sonra isə onunla evlənməmişdir. Bu əsasa görə Cavabdeh3 onunla bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsini, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur . Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu əsaslara görə də məhkəmə İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0413**********-1268150 nömrəli zaminlik müqaviləsini etibarlı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənmiş 122,98 manat dövlət rüsumunun 95,92 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMM QBKT-nın xeyrinə ödənməlidir. Məhkəmə iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 7954,91 AZN, faiz borcuna görə 569.22 AZN, cərimə borcuna görə 50 AZN, cəmi 8574.13 manat (səkkiz min beş yüz yetmiş dörd manat 13 qəpik) məbləğində borc və 95,92 manat məbləğində dövlət rüsumu xərci tutulub İddiaçı MMM QBKT-nın xeyrinə ödənməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidir. 200 manat ekspertiza xərcinin 156 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1, 44 manatı İddiaçı MMM QBKT-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 7954,91 AZN, faiz borcuna görə 569.22 AZN, cərimə borcuna görə 50 AZN, cəmi 8574.13 manat (səkkiz min beş yüz yetmiş dörd manat 13 qəpik) məbləğində borc və 95,92 manat məbləğində dövlət rüsumu xərci tutulub İddiaçı MMM QBKT-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 200 manat ekspertiza xərcinin 156 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1, 44 manatı İddiaçı MMM QBKT-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-63/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-63/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver