Məhkəmə qərarları › İş №e-2(019)-643/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-643/2025

03.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-643/2025 03.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakan rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə JN-140A, Kod 40108028 olan torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfındən maneə yaradılmasının qarşısının alınması va mütəxəssislərin həmin sahədə ölçü və müayinə aparmasına şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildə Balakən rayonu, Mahamalar kəndi ərazisində Musabəyov kolxozunda sürücü işlədiyinə görə ona 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verildiyi vaxtdan orada ev inşa etməyə başlamış, 1990-cı ildə evin inşası başa çatmışdır. 1992-ci ildən etibarən Rusiya - Federasiyasına gedərək orada işləməyə başlamış, demək olar ki, hər ildə iki dəfə Azərbaycan Respublikasına gəlib-getmişdir. 1994-cü ildə Rusiyada rus milliyyətinə aid qadınla rəsmi nikaha daxil olmuşdur. 1995-ci ildə Rusiyada həbs olunmuş, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2000-ci ildə azadlığa çıxdıqdan sonra Balakən rayonuna qayıtmış, həmin vaxt Balakən rayonu, Mahamalar kənd sakini Cavabdeh onun yaşadığı ünvana tez-tez gəlməyə başlamış, guya iddiaçının anasının onları evləndirmək istədiyini iddiaçıya bildirmiş, onunla əlaqə yaratmağa müvəffəq olmuşdur. Onunla qısa müddət ərzində münasibətləri olmuşdur. 2001-ci ildə onların övladı X1 doğulmuşdur. İddiaçı daha sonra Rusiya Federasiyasına qayıtmış, sonradan məlumat almışdır ki, Cavabdeh onun Rusiyada olmağından istifadə edərək ona məxsus evə köçüb orada yaşamağa başlamışdır. Həmin vaxtdan etibarən onu oradan çıxarmaq üçün dəfələrlə cəhd etmiş, həmçinin Balakən rayon polis şöbəsinə müraciət etmişdir. Lakin bunların naticəsi olmamışdır. Cavabdeh iddiaçının mülkiyyətinə aid olan yuxarıda qeyd edilən torpaq sahəsi və üzərindəki evə daxil olmağına imkan vermir. Qeyd olunan torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qararı əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı torpağın Mülkiyyətə Verilməsina dair JN-140A, Kod 40108028 olan şəhadətnamə vardır. Torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçıya məxsus olan 0.1491 ha kənd tasərrüfatı təyinatlı torpaq sahəsinin sərhəddində yerləşir. JN-140A, Kod 40108028 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməni hüquqların Dövlət Qeydiyyatına alınaraq çıxarışla rasmiləşdirilməsi üçün “Daşınmaz Amlakın Dövlat Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü va müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən imkan verilməmişdir. “Daşınmaz Əmlakın Dövlat Kadastrı va Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindan iddiaçıya 04 aprel 2025-ci il tarixində göndərilmiş cavab məktubunda Balakan rayonu, Salban kəndi ərazisinda yerləşən 0.0629 ha sahəsi va həmin torpaq sahəsinda yerləşən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi va fərdi yaşayış evi üzərinda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdan çıxarışla rasmiləşdirilməsi barədə ərizəsinə baxıldığı, ərizənin icrası ilə bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşlarının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində inventarlaşdırma işlərinin aparılmasının mümkün olmadığı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanıldığı, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin hüquqların dövlət qeydiyyatından imtina edilməsi va ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edildiyi, Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 11.1-ci maddəsinə əsasan hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edan sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı olduğu, yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasan qeyd olunan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina olunduğu, qeyd olunan fərdi yaşayış evi üzərinda mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan daşınmaz əmlakın dövlət reyestrinda qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacağı qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN - 140A KOD 40108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı İddiaçı mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, İddiaçı ərizəsinin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının mülkiyyətinə verilmiş həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən əmlak üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılması mümkün olmadığına görə dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Buna görə iddiaçı mütəxəssislərin ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə yaradılmasının qarşısının alınması va mütəxəssislərin həmin sahədə ölçü və müayinə aparmasına şəraitin yaradılması tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Balakan rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən JN-140A, Kod 40108028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfındən maneə yaradılmasının qarşısı alınmalı va mütəxəssislərin həmin sahədə ölçü və müayinə aparmasına şərait yaradılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Balakan rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən JN-140A, Kod 40108028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə yaradılmasının qarşısı alınsın və mütəxəssislərin həmin sahədə ölçü və müayinə aparmasına şərait yaradılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar