Məhkəmə qərarları › İş №e-2(019)-648/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-648/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-648/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO0013656-2021 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 716,61 AZN (yeddi yüz on altı manat, altmış bir qəpik) məbləğində əsas borcu 423,57 AZN (dörd yüz iyirmi üç manat, əlli yeddi qəpik) faiz borcu, cəmi 1140,18 AZN (bir min yüz qırx manat, on səkkiz qəpik) məbləğində pulun və ödənilməmiş 32 (otuz iki) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli BO0013656- 2021 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 42% (qırx iki) olmaqla 2525 AZN (İki min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 4 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2021-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 2525 AZN (İki min beş yüz iyirmi beş) manat məbləğində əsas borcdan 1808.39 AZN (bir min səkkiz yüz səkkiz manat,otuz doqquz qəpik) məbləğində, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 969,85 AZN (doqquz yüz altmış doqquz manat,səksən beş qəpik) ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 239,76 AZN (iki yüz otuz doqquz manat,yetmiş altı qəpik) ödəniş etmişdir. Beləliklə, halhazırda borclunun ödənilməmiş 716,61 AZN (yeddi yüz on altı manat,altmış bir qəpik) məbləğində əsas borcu 423,57 AZN (dörd yüz iyirmi üç manat, əlli yeddi qəpik) faiz borcu, cəmi 1140,18 AZN (bir min yüz qırx manat, on səkkiz qəpik) məbləğində borcu qalmışdır.Təşkilatla borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO0013656-2021 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə proseslərinin çox olmasını, təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmədiyini göstərərək məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və bu barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşdə olan, xx.xx.2021-ci il tarixli BO00021 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli BO00021 nömrəli kredit müqaviləsi ilə 24 ay müddətinə illik 42 faiz ödəmək şərtilə 2525 AZN məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 25 may 2024-cü il tarixli BŞ-1447/2024 nömrəli arayışda göstərilmişdir ki, müştəri Cavabdeh təşkilata ödənilməmiş 716.61 AZN (yeddi yüz on altı manat, altmış bir qəpik) məbləğində əsas borcu, 423.57 AZN (dörd yüz iyirmi üç manat,əlli yeddi qəpik) faiz borcu, cəmi 1140,18 AZN ( bir min yüz qırx manat, on səkkiz qəpik) məbləğində borcu qalmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, borclu Cavabdeh ilə iddiaçı "xxxx" ASC aralarında bağlanmış xx.xx.2021-ci il tarixli BO0013656-2021 nömrəli Kredit müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 42% (qırx iki faiz) olmaqla 2525 AZN (İki min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış,cavabdeh kredit müqaviləsinin bağlandığı müddətdən,yəni xx.xx.2021-ci il tarixindən iddia ərizəsi verilənə kimi götürdüyü 2525 AZN (İki min beş yüz iyirmi beş) manat məbləğində əsas borcdan 1808.39 AZN və faiz borcundan 969,85 AZN və hesablanmış cərimə borcundan 239,76 AZN (iki yüz otuz doqquz manat,yetmiş altı qəpik) ödəniş etmişdir.Cavabdeh ödənilməmiş 716,61 AZN (yeddi yüz on altı manat,altmış bir qəpik) məbləğində əsas borcu 423,57 AZN (dörd yüz iyirmi üç manat, əlli yeddi qəpik) faiz borcu, cəmi 1140,18 AZN (bir min yüz qırx manat, on səkkiz qəpik) məbləğində borcu qalmışdır.Cavabdeh borcu ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 716.61 AZN əsas, 423.57 AZN faiz borcu olmaqla,cəmi 1140.18 AZN məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 32 manat məbləğində vəsait alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 716.61 AZN əsas, 423.57 AZN faiz borcu olmaqla, cəmi 1140.18 AZN məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 32 manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar