Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-652/2023 06.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 2632 manat vurulmuş ziyanın və 48 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada onlara vurulmuş ziyan olan 2632 (iki min altı yüz otuz iki) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb iddiaçılara bərabər ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 məhkəməyə ərizə təqdim edərək, tələbin dəqiqləşdirilməsi ilə əlaqədar olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özlərinə qaytarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada onlara vurulmuş ziyan olan 2632 (iki min altı yüz otuz iki) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb iddiaçılara bərabər ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 məhkəməyə ərizə təqdim edərək,iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin özlərinə qaytarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki,iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı1 tərəfindən ödənmiş 47 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 2632 manat vurulmuş ziyanın və 48 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənmiş 47 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-652/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-652/2023
06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver