Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-665/2023 02.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüququnun itirilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır (Balakən rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib). Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcıİddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0.07 ha torpaq sahəsinin və ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 17000 manat məbləği 36 ay müddətinə, hər altı aydan bir 2800 manat məbləği 5 dəfəyə, sonuncu ödəniş 3000 manat olmaqla xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 3000 manat ilkin ödəniş edilmişdir. Qalan məbləğlər ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir.Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.1və 185.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, Balakən rayonu, Qazma kəndinə yerləşən 0.07 ha torpaq sahəsi və ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. Həmin ev kredit borcuna görə ipoteka qoyulmuş və kredit borcu vaxtında ödənmədiyindən İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh ailə üzvüləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN – İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır . Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0.07 ha torpaq sahəsinin və ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, qalan 17000 manat məbləği 36 ay müddətinə, hər altı aydan bir 2800 manat məbləği 5 dəfəyə, sonuncu ödəniş 3000 manat olmaqla xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.Lakin Cavabdeh xəstə olduğundan müqavilənin şərtlərini yerinə yetirə bilməmiş, ilkin ödənişdən sonra ödəniş edə bilməmişdir. Cavabdeh hissə-hissə borcu ödəmək istəsə də İddiaçı QSC buna razı olmamış, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır, rədd edilməlidir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSCti mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.07 ha torpaq sahəsini və ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 20 000 manata satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.Qalan 17000 manat məbləği 36 ay müddətinə, hər altı aydan bir 2800 manat məbləği 5 dəfəyə, sonuncu ödəniş 3000 manat olmaqla xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********13-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,Balakən rayonu Qazma kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116.90 kv.m. olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsinə tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissədə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116.90 kv/m olan fərdi yaşayış evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0.07 ha torpaq sahəsinin və ümumi sahəsi 116.90 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, qalan 17000 manat məbləği 36 ay müddətinə, hər altı aydan bir 2800 manat məbləği 5 dəfəyə, sonuncu ödəniş 3000 manat olmaqla xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.Lakin Cavabdeh müqavilənin şərtlərini yerinə yetirməmiş,ilkin ödənişdən sonra ödəniş etməmişdir.Cavabdeh müqavilənin şərtlərini pozsa da, iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti müqavilənin ləğvi ilə bağlı ifadəsini cavabdehə bildirməklə müqaviləni ləğv etsə də Cavabdeh iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116.90 kv/m olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 421.1-421.3-cü maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən görünür ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur,həmçinin digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Hazırkı işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi 36 ay müddətinə bağlanmış, müqavilənin müddəti 31 yanvar 2023-cü il tarixdə başa çatmışdır. Həmçinin iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti müqavilənin ləğvi ilə bağlı Cavabdeh öz iradə ifadəsini bildirmişdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki,hazırkı iddia ərizəsinin Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissəsinə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş izrə icraata xitam verir. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı,daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsinə tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissədə xitam verilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Cavabdeh ilə aralarında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin müddəti başa çatdığından və cavabdehə müqavilənin ləğvi ilə bağlı öz iradə ifadəsini bildirdiyindən həmin müqavilə ləğv olunmuşdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170.2, 263-264 və 268.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı,daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsinə tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissədə xitam verilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah olunur ki,Cavabdeh ilə aralarında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müddəti başa çatdığından və cavabdehə müqavilənin ləğvi ilə bağlı öz iradə ifadəsini bildirdiyindən həmin müqavilə ləğv olunmuşdur. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-665/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-665/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver