Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-667/2023 26.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı QSC ilə cavabdeh Həsənov Şərif Sabir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər- zamin Cavabdeh2 və vərəsələr-Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit razılaşması üzrə 1623.74 manat məbləğində kredit borcu, 53.67 manat məbləğində faiz borcu və 1476.19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3153 (üç min yüz əlli üç) manat 60 (altmış) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51.54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Həsənov Şərif Sabir oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019L**********46 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şərif Sabir oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1623.74 (min altı yüz iyirmi üç) manat məbləğində kredit götürmüşdür. Həsənov Şərif Sabir oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Həsənov Şərif Sabir oğlu götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 1623.74 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Həsənov Şərif Sabir oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1198 gün üçün hesablanmış faiz borcu 53.67 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2023-ci il tarixə 1198 gün üçün hesablanmış cərimə 1476.19 manat təşkil edir. İş materiallarına əlavə edilmiş MAPS arayışından borclu Həsənov Şərif Sabir oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli **********76 saylı məktubuna əsasən, Həsənov Şərif Sabir oğlunun adına Balakən rayonu, Hənifə kəndində yerləşən 0.0223 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Balakən rayonu, Hənifə kəndində 0.10 ha yaşayış məntəqələrinin torpaqları Həsənov Şərif Sabir oğlunun mülkiyyətindədir. Bununla bağlı, Balakən rayon İcra Hakimiyyətinə sorğu verilmiş, Balakən rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-36/2.02-400/2023 saylı məktubuna əsasən məlum olmuşdur ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mərhum Həsənov Şərif Sabir oğlunun vərəsələridir. Belə ki, adları qeyd edilən şəxslər sözügedən torpaq sahələrindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən - Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Həsənov Şərif Sabir oğlunun faktiki vərəsələri hesab edilir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şərif Sabir oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənov Şərif Sabir oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Göründüyü kimi, Həsənov Şərif Sabir oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə məlumat göndərərək xx.xx.2023-cü il tarixə saat 14:20-ə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4,Cavabdeh3, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 019L**********46 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, Həsənov Şərif Sabir oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019L**********46 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixdə bağlanmış 019R********** saylı kredit razılaşmasından görünür ki, cavabdeh Həsənov Şərif Sabir oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0.0833 % olmaqla 60 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1623.74 (bir min altı yüz iyirmi üç manat 74 qəpik ) manat məbləğində kredit götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş 09 yanvar 2015-ci il tarixli 019S**********04 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Müqavilənin 1.1 bəndinə əsasən borclunun uzunmüddətli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 mart 2023cü il tarixdə verilmiş 243 nömrəli arayışdan görünür ki,mərhum Həsənov Şərif Sabir oğlu vəfat etdiyi , 30 noyabr 2020-ci il tarixədək Balakən rayonu Hənifə kəndinin ünvanında daimi qeydiyyatda olmuşdur və onun aşağıdakı –arvadı-Cavabdeh3, oğlu-Cavabdeh1gəlini Cavabdeh4,nəvələri-X2 və X3-vərəsələri olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü tarixli maliyyə arayışında göstərilmişdir ki, Həsənov Şərif Sabir oğlunun 019R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə 1623.74 manat, faiz üzrə 53.67 manat, cərimə üzrə 1476.19 manat olmaqla cəmi 3153.60 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Həsənov Şərif Sabir oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019L**********46 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şərif Sabir oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1623.74 (min altı yüz iyirmi üç) manat məbləğində kredit götürmüşdür. Həsənov Şərif Sabir oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Həsənov Şərif Sabir oğlu götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 1623.74 manat məbləğində kredit borcu qalmışdır. Onun xx.xx.2023-cü il tarixə 1198 gün üçün hesablanmış faiz borcu 53.67 manat təşkil edir. Şərif Həsənova xx.xx.2023-ci il tarixə 1198 gün üçün 1476.19 manat cərimə hesablanmışdır. Uzun müddətli kredit müqaviləsi üzrə Həsənov Şərif Sabir oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həsənov Şərif Sabir oğlu 30 noyabr 2020-ci il tarixdə ölmüş, Balakən rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-36/2.02-400/2023 saylı məktubu ilə müəyyən olunur ki, mərhum Həsənov Şərif Sabir oğlunun vərəsələri arvadı-Cavabdeh3, qızı- Cavabdeh4 və oğlu-Cavabdeh1dur. Belə ki, adları qeyd edilən şəxslər sözügedən torpaq sahələrindən istifadə etdiklərindən, onlar mirası faktiki qəbul etmişlər.İddiaçı QSC cavabdehlərdən borcu ödəməsini tələb etmiş,əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin cavabdehlər yenə də kredit borcunu ödəməmişdir. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, əsas və faiz borcuna aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, 1623.74 manat əsas kredit borcu, 53.67 manat faiz borcu olduğu halda, 1476.19 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 150 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə cavabdeh Həsənov Şərif Sabir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər -zamin Cavabdeh2, vərəsələr- Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1(mirasdan aldıqları pay həcmində), 1623.74 manat məbləğində kredit borcu, 53.67 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 1827,41 manat kredit borcu və ödənilmiş 51.54 manat məbləğində dövlət rüsumunun 29,89 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə cavabdeh Həsənov Şərif Sabir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər-zamin Cavabdeh2, vərəsələr- Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 (mirasdan aldıqları pay həcmində), 1623.74 manat məbləğində kredit borcu, 53.67 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 1827,41 manat kredit borcu və ödənilmiş 51.54 manat məbləğində dövlət rüsumunun 29,89 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-667/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-667/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver