Məhkəmə qərarları › İş №e-2(019)-669/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-669/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-669/2022 16.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 ona borclu olduqları 700 (yeddi yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 700 (yeddi yüz) manat pul tələbinə dair iddia tələbini Cavabdeh1 dair hissədə azaldaraq yalnız Cavabdeh2 700 (yeddi yüz) manat və və 30 manat dövlət rüsumu kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, 15 may 2021-ci il tarixdə Balakən şəhər sakini Cavabdeh2 700 manat borc pul vermişdir. Cavabdeh borcu 1 ay müddətinə geri qaytaracağını bildirmişdir. Borc pulu Cavabdeh2 oğlu Cavabdeh1 ondan götürərək aparmışdır. Cavabdeh2 borc pulu götürərkən oğlu X5 idarəsində işlədiyini və oradan əmək haqqı aldığını bildirməklə, onun əmək haqqı kartını ona vermişdir ki, əgər pulu qaytara bilməzsə, həmin kartdan 700 manat pulu çəkərək götürsün. Bir ay keçdikdən sonra dəfələrlə Cavabdeh2 borc pulun qaytarılmasını tələb etmişdir. Həqiqət pulu qaytarmadığından Cavabdeh1 ona verdiyi kartdan istifadə edərək, pul götürmək istəmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, kartda pul yoxdur. Qeyd etmək istəyir ki, Cavabdeh2 qızı Rəşidə Yetimovanın müəlliməsi olan X1 ilə yaxın rəfiqə olmuşdur və Elzanın xahişi ilə o, Cavabdeh2 700 manat borc pul vermişdir. 1 ildən artıqdir ki, Cavabdeh2 ona olan borcunu qaytarmır. Bununla bağlı Cavabdeh2 şikayətçi olmaqla Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun müraciəti əsasında Cavabdeh2 Balakən Rayon Polis Şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. Cavabdeh2 izahatında ona borclu olduğunu etiraf etmişdir. Lakin pulu qaytarmadığından Balakən Rayon Polis Şöbəsi tərəfindən ona verilmiş cavab məktubunda tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Cavabdeh2 700 manat borc pul verdiyinə həyat yodaşı X2 və qızının müəlliməsi Elza Nastakalova şahiddir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, İddiaçı həyat yoldaşıdır. Elza Nastakalova ondan əri İddiaçı Cavabdeh2 700 manat borc pul verməsini xahiş etmişdir. Cavabdeh2 onunla və əri Rəşidlə telefonla danışmış və həmin borc alacağı 700 manatı bir aya qaytaracağına söz vermişdir. İddiaçı da 1 aya qaytarmaq şərtilə Cavabdeh2 700 manat borc pul verməyə razılaşmışdır. Sonra Həqiqətin oğlu gəlib İddiaçı 700 manat pulu götürüb Həqiqətə aparıb vermişdir. Lakin aradan 1 ildən artıq müddət keçməsinə baxmayaraq, Cavabdeh2 əri İddiaçı borc aldığı 700 manat pulu İddiaçı qaytarmamışdır. İddiaçı bununla bağlı Balakən Rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsində verdiyi izahatında Cavabdeh2 Rəşiddən 700 manat borc aldığını və həmin pulu qaytarmadığını etiraf etmişdir. Polis şöbəsindən əri İddiaçı şikayəti mülki xarakterli olduğundan pul tələbi ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, rəfiqəsi Cavabdeh2 ona zəng vuraraq, oğlu üçün pula ehtiyacı olduğunu bildirmişdir. O da qohumları Sevda Yetimovadan əri İddiaçı Cavabdeh2 700 manat borc pul verməsini xahiş etmiş, Həqiqətin oğlunun həmin pulu gəlib götürəcəyini bildirmişdir. İddiaçıla Cavabdeh2 telefonla danışmış və aralarında olan razılıq əsasında İddiaçı Cavabdeh2 1 aya qaytarmaq şərtilə 700 manat borc pul vermişdir. Lakin Cavabdeh2 həmin aldığı 700 manat borc pulu İddiaçı indiyə kimi qaytarmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanov tərəfindən Balakən şəhəri Xətai küçəsi ev 13-də qeydiyyatda olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-119834-3222 nömrəli məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə ünvanlanmış ərizə araşdırılmışdır. Müraciətdə göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 15 may 2021-ci il tarixdə 1 aya, yəni 15 iyun 2021ci il tarixədək qaytarmaq şərtilə 700 manat borc pul vermiş, Cavabdeh2 1 ay müddətində həmin pulu qaytaracağına söz verməklə bu barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh2 İddiaçı verməli olduğu 700 manat pulu ona qaytarmamışdır. Bununla da Cavabdeh2 İddiaçı hesabına qanuni əsas və ya müqavilə əsası olmadan 700 manat məbləğində əsassız varlanmış və həmin 700 manat məbləğində iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı Cavabdeh2 dəfələrlə ona olan 700 manat borcun qaytarılmasını tələb etsə də, Cavabdeh2 qzı tərəfindən həmin 700 manat İddiaçı ödənilməmişdir. Ona görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh2 İddiaçı 700 manat borc pulu ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı hesabına əsassız varlanmış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 700 manat pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 borclu olduğu 700 (yeddi yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 730 manat pul alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; Cavabdeh2 borclu olduğu 700 (yeddi yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 730 (yeddi yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar