Məhkəmə qərarları › İş №e-2(019)-67/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-67/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-67/2025 04.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun mümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərclər tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli torpaq sahəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli torpaq sahəsinə yol boyu istiqamətində uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasarın və onun bünövrəsinin, 75 metr setka tor və tikanlı məftil ilə bağladığı qonşu sərhədlərə çəkilmiş xərclərin,44 ədəd fındıq ağacının, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağaclarının dəyərinin, torpaq sahəsinin 0.15 ha hissəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi üçün çəkilən xərcin, torpaq sahəsində onun tərəfindən tikilmiş kanalizasiya quyusu və onun üzərində tikilmiş sanitar qovşağın tikilməsi üçün sərf olunan xərclərin dəyərinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması dövründə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli torpaq sahəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli torpaq sahəsinə yol boyu istiqamətində uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasarın və onun bünövrəsinin, 75 metr setka tor və tikanlı məftil ilə bağladığı qonşu sərhədlərə çəkilmiş xərclərin, 44 ədəd fındıq ağacının, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağaclarının dəyərinin, Torpaq sahəsinin 0.15 ha hissəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi üçün çəkilən xərcin, torpaq sahəsində onun tərəfindən tikilmiş kanalizasiya quyusu və onun üzərində tikilmiş sanitar qovşağın tikilməsi üçün sərf olunan xərclərin dəyəri olaraq hesablanmış 10851 manat məbləğin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 100 manat dövlət rüsumunun,150 manat qiymətləndirmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2, X5 və X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılması, tərəflərin payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X7 çıxarılmasına dair qərar qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinə dair hüquqları DƏDRX-də qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd edir ki, torpaq sahəsi hal-hazırda cavabdehlərin mülkiyyətində olmaqla onların istifadəsindədir. Həmin torpaq sahəsi 1998-ci ildən onun istifadəsində olmuş, torpaq vergiləri onun tərəfindən ödənilmişdir. Cavabdehlərə məhkəmə qərarı ilə ayrılmış torpaq sahəsində yol boyu istiqamətində uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasar çəkmişdir, torpaq sahəsinin qonşu sərhədləri 75 metr setka tor ilə bağlamış, 44 ədəd fındıq ağacı, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağacı əkmişdir. Torpaq sahəsinin 0.15 ha hissəsinə Rusiya sort yonca toxumu əkmişdir. 0.15 ha torpaq sahəsinə torpaq sahəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi üçün tərəfindən 800 manata yaxın xərc çəkilmişdir. Eyni zamanda bildirir ki, cavabdehlərdə qalan torpaq sahəsində onun tərəfindən tikilmiş sanitar qovşaq (kanalizasiya quyusu) vardır. Yuxarıda qeyd etdikləri cavabdehlərin istifadəsində qaldığı üçün torpaq sahəsində əkdiyi ağacların, tikilmiş tikilinin, qonşu sərhədlərinin bağlanması üçün istifadə olunan tikanlı və setka məftilin və kubik hasarın dəyəri ona ödənilməlidir. Yuxarıda qeyd etdiyi ağacların və tikililərin dəyəri ilə bağlı rəyi iddiasına əlavə edə bilmir. Torpaq sahəsinə daxil olduğu təqdirdə cavabdehlərin təzyiqi ilə üzləşir. Şər və böhtan ataraq üzərinə hücum edirlər. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, dəyərini tələb etdiyi daş hasar 2004-cü ildə inşa olunmuş, ağaclar isə ondan əvvəl əkilmişdir. Həmin vaxt ata-anası sağ olmuşlar, torpaq sahəsi də onların və cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Torpaq sahəsi valideynlərinin və cavabdehlərin mülkiyyətində olsa da, ağacları o, əkmiş, hasarı da o, çəkdirmişdir. Atası Abdulla xx.xx.2005-ci ildə, anası Məryəm isə xx.xx.2007-cı ildə ölmüşdür. Onun özünün evi və torpaq sahəsi olsa da valideynlərinin ölümündən sonra həmin təsərrüfatı o, idarə etmişdir. iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəməyə göndərdiyi iddia ərizəsinə qarşı etirazda göstərmişdir ki, rəhmətlik babası, nənəsi, onun özünə və anasına məxsus həyətyanı və pay torpağını o ərə getdikdən sonra İddiaçı ailəsi ilə birlikdə zəbt etmişdir. Əmisi Ramazan vərəsəlik açmadan ona və babasına məxsus evə qanunsuz daxil olmaqla 10 ildən çox onun və anası Cavabdeh2 məxsus olan hissəsini də zəbt edərək əmlakını mənimsəmişdirlər. O və anası 2018-ci ildə Məhkəməyə müraciət edərək onların ona məxsus olan hissədən çıxarılaraq və naturada torpağı ayıraraq “Torpağa mülkiyyət sənədi” almaq məcburiyyətində qalmışlar. Eyni predmet barədə İddiaçı da dəfələrlə məhkəmələrə müraciətlər etmişdir. Lakin hər dəfə onların əsassız iddiaları rədd edilmiş, onların iddiaları isə təmin edilmişdir. Yəni eyni predmet barədə iddiaçı və cavabdehlər eyni olmuş və məhkəmələr onların iddialarını təmin etmiş, İcra və Probasiya şöbəsində icraat başa çatdırılaraq işə xitam verilmiş və Dövlət Reyestr xidməti tərəfindən “Çıxarış”lar verilmişdir. Balakən Rayon Məhkəməsində (hakim Hümbət Səlimov) və Şəki Apellyasiya Məhkəməsində 4 dəfə iş materialları Məhkəmə Ekspertiası Mərkəzinə göndərilmiş, bölgü sxemləri əsasında “Çıxarış” hazırlanmış, üç ildən artıqdır ki, onlara təqdim olunmuşdur. Rəhmətlik nənə və babasına məxsus təsərrüfatda yalnız o qeydiyyatda olduğuna görə onlara aid yaşayış evi və həyətyanı sahədən də vərəsəlik üzrə qanuni payları da verilmiş olduğu halda “Vərəsəlik şəhadətnaməsi» almadan , qanunsuz əmlakı zəbt edən Ramazan utanmadan,heç vaxt özünə məxsus olmayan əmlaka, əkmədiyi ağaclara görə ondan “Çəkilmiş xərclər” adı altında əsassız tələb edir. Yuxarıda göstərildiyi kimi , bu gün “Çıxarışlar”la qanuni mülkiyyətlərində olan torpaq həmişə onun və anası Pitimatın torpağı olmuş və onlar daim orada yaşamışlar. Orda mövcud olan yaşayış evi, çoxillik-40 il əvvəl əkilmiş ağacların iddiaçıya heç bir aidiyyatı yoxdur. Özünün etiraf etdiyi kimi uzun illər heç bir əsas, mülkiyyət və vərəsəlik şəhadətnaməsi olmadan torpaqları zəbt edib, əslində cinayət əməli törətmişdir. On illərlə ona məxsus torpağı zəbt edib onları torpağa buraxmayaraq fındıq və ot məhsulunu mənimsədiyinə görə Ramazan ona və anasına təzminat və ya məhsulun dəyərini ödəməlidlir. İddia ərizəsində göstərdikləri tam əsassız iddialardır. Belə ki, 0,15 ha sahəyə səpin xərci; toxum 10 manat. Texnika xərci 20 manat, cəmi 30 manat təşkil edir ki, 5 ildir həmin yoncanı özü çalıb istifadə etmiş, yoncanın ömrü isə 3- 4 il təşkil edir. Öz evi kənddə başqa yerdə mövcuddur. Eşitdiyinə görə öz evini və həyətyanı torpaq sahəsini satıb mənimsəyib, daimi ona və babasına məxsus evə yerləşmək istəyir. Həyətin hasarlanması və digər tikililər onların köməkliyi ilə babası tərəfindən tikilmişdir. Ramazana heç bir aidiyyəti yoxdur. Ona görə də yuxarıda göstərdiklərini nəzərə alıb iddia ərizəsində göstərilən tələblərin tam əsassız olmasını, iddiaçının nənə-babasına məxsus torpağa heç bir mülkiyyət və iddia hüququ olmadığı , aralarında olan problemin dəfələrlə yerli, Apellyasiya və Ali Məhkəmədə baxılaraq lehinə qətnamələr çıxarıldığını, işin icraaatı başa çatıb işə xitam verildiyini nəzərə alıb məhkəmədən işə xitam verilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-433/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 16000 manat pul tələbinə dair ilk iddiasının təmin olunmaması; ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə İddiaçı aid edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı 28000 maddi və 1500 manat mənəvi zərər tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 aid edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.2416 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh1 adına və ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahama qızının adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.24695 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh1 adına və ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahama qızının adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi: Balakən rayonu Meşəşambul kəndi ünvanında qeydiyyatda olan oğlu- İddiaçıdur (AZE********, xx.xx.2014 - Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak –Balakən rayon DTXK tərəfindən xx.xx.1999 tarixdə X3 verilmiş seriya nömrəsi JN:133, KOD: 40109018 olan Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndi ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş-X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AZE********, xx.xx.2014-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak-Balakən rayon DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə X6 verilmiş seriya nömrəsi JN: 133, KOD: 40109018 olan Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndi ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X9 Mərkəzi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli YDYM №İ-0118/2024 nömrəli qiymətləndlirmə barədə Hesabatda göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektlərinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektlərinin yekun bazar və və görülmüş işlərin xərci müəyyən edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir ki: Hasarın tikintisi 1918 AZN; Setka hasarın və tikanlı məftilin çəkilməsi 650 AZN; S/Q və kanalizasiya quyusu 553 AZN; Ağacların dəyəri 7640 AZN; sahədən ibarət torpaq sahəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi 90 AZN; İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X9 Mərkəzi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli YDYM №İ-0118/2024 nömrəli qiymətləndirmə barədə maliyyə arayışında göstərilmişdir ki, sifarişçi İddiaçı tərəfindən Balakən rayonu, Meşəşambul kəndində yerləşən məxsus torpaq sahələri üzərində müxtəlif növ ağacların, kənd təsərrüfatı ilə bağlı görülmüş işlərin və müəyyən tikililərin ərsəyə gəlməsi üçün çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə “X9 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqının dəyəri ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli 10/304 nömrəli ekspert rəyində göstərilir ki; Qərardadın birinci sualı üzrə: Mübahisə predmeti olan hasar tikilisinin və metal materialdan torun ( setka quraşdırılması üçün götürülməli işlərin həcmi ekspert rəyinə əlavə edilmiş smetada qeyd olunmuşdur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Qərardadın ikinci və üçüncü sualları üzrə : Qərardadda ekspert qarşısında qoyulmuş ikinci və üçüncü sualların cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin süallar üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncü sualı üzrə: Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan sanitar qovşaq və kanalizasiya quyusu naturada təqdim edilmədiyindən qərardadın 4-cü sualı üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər qohumdurlar, Cavabdeh1 iddiaçının qardaşı qızı, Cavabdeh2 isə iddiaçının qardaşı arvadı olmuşdur. Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X5, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN 133 KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(019)-761/2018 saylı qətnaməsi ilə Balakən rayonunun Meşəşambul kəndində yerləşən X5, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinə ¼ hissə-0,3275 hektar payları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 X5, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X7 çıxarılması qət edilmişdir. İş üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.Bundan sonra İddiaçı 2020-ci ildə Cavabdeh2 və Cavabdeh1 qarşı 16000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-433/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 16000 manat pul tələbinə dair iddiası təmin olunmamışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-38/2019 nömrəli icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəmənin icra sənədi icra olunmuş və DƏDRX tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı 2021-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bundan sonra o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddənin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə iclasında işin faktiki hallarının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının dəyərini tələb etdiyi, uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasar, 75 metr setka tor və tikanlı məftil 44 ədəd fındıq ağacı , 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağacları, kanalizasiya quyusu və onun üzərində tikilmiş sanitar qovşaq Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə iddiaçının valideynləri X8 və X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Meşəşambul kəndi ərazisindəki 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşirlər. Cavabdeh1 2010-cu ilə kimi həmin təsərrüfatda yaşamışdır. İddiaçının özünün dediyinə əsasən dəyərinin tələb olunduğu əmlaklar onun valideynlərinin sağlığında əkilmiş və inşa olunmuşdur. İddiaçı həmin ağacları özünün əkdiyini, tikililəri özünün tikdirdiyini iddia etsə də bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə iş materialları ilə təsdiq olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müxtəlif əsassız iddia tələbləri, o, cümlədən 16000 manat pul tələbinə dair iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, iddiaları əsassız olduğundan təmin edilməmiş, 12 iyul 2024-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da diqqətə çatdırır ki, sözügedən əmlakların Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə aid edilmiş torpaq sahələrində qalması 2021-ci ildən iddiaçıya məlum olmuş, o, 3 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərclər tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən , 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməli, 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərclər tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar