Məhkəmə qərarları › İş №e-2(019)-683/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-683/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-683/2023 11.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı “Bank VTB(Azərbaycan)" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış - 28 fevral 2022ci il tarixli 341624-CNS-32936 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1.711,40 (bir min yeddi yüz on bir, qırx) manat məbləğində əsas borc, 104,05 (bir yüz dörd, beş) manat məbləğində faiz borcu, 8,80 (səkkiz, səksən) manat məbləğində cərimə, ümumilikdə isə 1.824,25 (bir min səkkiz yüz iyirmi dörd, iyirmi beş) manat pul məbləğinin, 13 aprel 2022-ci il tarixli 341624-CNS-34052 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 730,70 (yeddi yüz otuz, yetmiş) manat məbləğində əsas borc, 81,23 (səksən bir, iyirmi üç) manat məbləğində faiz borcu, 49,20 (qırx doqquz, iyirmi) manat məbləğində cərimə, ümumilikdə 861,13 (səkkiz yüz altmış bir, on üç) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 46,85 (qırx altı, səksən beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 28 fevral 2022-ci il tarixli 341624-CNS-32936 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 26 (iyirmi altı) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2.153 (iki min bir yüz əlli üç) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Daha sonra, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 13 aprel 2022-ci il tarixli 341624-CNS-34052 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə Banka müraciət etmiş və ona istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 887 (səkkiz yüz səksən yeddi) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ərizələrində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğlərdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin 28 fevral 2022-ci il tarixli 341624- CNS-32936 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.711,40 (bir min yeddi yüz on bir, 40) manat məbləğində əsas borc, 104,05 (bir yüz dörd, 05) manat məbləğində faiz borcu, 8,80 (səkkiz, 80) manat məbləğində cərimə, ümumilikdə isə 1.824,25 (bir min səkkiz yüz iyirmi dörd, 25) manat məbləğində borcu və 13 aprel 2022-ci il tarixli 341624- CNS34052 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 730,70 (yeddi yüz otuz, 70) manat məbləğində əsas borc, 81,23 (səksən bir, 23) manat məbləğində faiz borcu, 49,20 (qırx doqquz, 20) manat məbləğində cərimə, ümumilikdə 861,13 (səkkiz yüz altmış bir, 13) manat məbləğində borcu qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 20 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 21 iyun 2023-cü il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti başçısının Meşəşambul kənd İƏD üzrə nümayəndəliyinə təqdim edilmiş, lakin Cavabdeh Balakən rayon Meşəşambul kəndində yaşamadığından bildirişin ona verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, cavabdeh X1 prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 2.153 manat kredit verilmişdir. Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən kredit alan verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik faizi ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan arayışda göstərilmişdir ki, Cavabdeh 341624-CNS-34052 saylı , xx.xx.2022-ci il tarixli “nəğd pul krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə 730.70 manat əsas borc, 81.23 manat faiz borcu, 49.20 manat cərimə borcu olmaqla cəmi 861.13 manat təşkil edir. İşdə olan arayışda göstərilmişdir ki, Cavabdeh 341624-CNS-32936 saylı , xx.xx.2022-ci il tarixli “nəğd pul krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə 1711.40 manat əsas borc,104.05 manat faiz borcu, 8.80 manat cərimə borcu olmaqla cəmi 1824 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 28 fevral 2022-ci il tarixli 341624-CNS-32936 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 26 (iyirmi altı) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2.153 (iki min bir yüz əlli üç) manat məbləğində kredit verilməsini xahiş etmiş, bank təklifi qəbul etmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 13 aprel 2022-ci il tarixli 341624-CNS-34052 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə Banka müraciət etmiş və ona istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 887 (səkkiz yüz səksən yeddi) manat məbləğində kredit verilməsini xahiş etmiş, Bank təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ərizələrində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğlərdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin 28 fevral 2022ci il tarixli 341624-CNS-32936 saylıkredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.711,40 (bir min yeddi yüz on bir, 40) manat məbləğində əsas borc, 104,05 (bir yüz dörd, 05) manat məbləğində faiz borcu yaranmış, ona 8,80 (səkkiz, 80) manat məbləğində cərimə hesablanmışdır.13 aprel 2022-ci il tarixli 341624-CNS34052 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 730,70 (yeddi yüz otuz, 70) manat məbləğində əsas borc, 81,23 (səksən bir, 23) manat məbləğində faiz borcu yaranmış,ona 49,20 (qırx doqquz, 20) manat məbləğində cərimə hesablanmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca və faiz borcuna aid hissədə tam ödənməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə iddiaçının əmlak mənafelərini, həmçinin bütün əsaslı mənafeləri hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2022-ci il tarixli 341624-CNS-34052 nömrəli Nəğd pul krediti müqaviləsi üzrə 01 manat, xx.xx.2022-ci il tarixli 341624-CNS-32936 nömrəli Nəğd pul krediti müqaviləsi üzrə 04 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 341624-CNS-32936 nömrəli Nəğd pul krediti müqaviləsi üzrə 1.711.40 manat əsas, 104.05 manat faiz, 01 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 341624-CNS-34052 nömrəli Nəğd pul krediti müqaviləsi üzrə 730.70 manat əsas, 81.23 manat faiz borcu,04 manat cərimə borcu olmaqla, cəmi 2632,38 manat kredit borcu və ödənilmiş 46.85 manat dövlət rüsumu xərcinin 45,91 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 341624-CNS-32936 nömrəli Nəğd pul krediti müqaviləsi üzrə 1.711.40 manat əsas, 104.05 manat faiz, 01 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 341624-CNS-34052 nömrəli Nəğd pul krediti müqaviləsi üzrə 730.70 manat əsas, 81.23 manat faiz borcu,04 manat cərimə borcu olmaqla, cəmi 2632,38 manat kredit borcu və ödənilmiş 46.85 manat dövlət rüsumu xərcinin 45,91 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar