Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-689/2025 18.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh- Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc olaraq verilmiş pulun, iddianın qaldırılması üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun, xx.xx.2025-ci il tarixli, EM-2350VK-17344/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən xidmət haqqı olaraq ödənilmiş 500(beş yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idda ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci ildən etibarən aralarında dostluq münasibəti olan Balakən rayonu, Qullar kənd sakini Cavabdeh, sonuncu həmin vaxt Rusiya Federasiyasında olduğundan onun xahişinə əsasən onun evinə aparmaqla ailə üzvlərinə və Cavabdeh oğlu Şahid 2023-cü ilin fevral ayında 200 (iki yüz) manat , aprel ayında 400(dörd yüz) manat, avqust aynda isə 1100 manat borc pul vermişdir. Ümumilikdə borc olaraq verilən pul 1700 manatdır. Həmin pulu Cavabdeh ondan istəmiş, o məhz pulu Cavabdeh borc olaraq vermişdir. Cavabdeh pulu xx.xx.2024-cü il tarixədək qaytaracağını bildirmiş, həmin vaxt isə müxtəlif bəhanələr gətirərək borc pulun qaytarılmasını ləngitmişdir. Ona görə də əlacsız qalıb xx.xx.2024-cü il tarixdə Cavabdeh ona 1700 manat məbləğində pul borcu olması barədə Balakən rayon polis şöbəsinə müraciət etmişdir. Balakən RPŞ-də izahat verərkən cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş, borcu yaxın müddətdə ödəyəcəyini bildirmiş, lakin indiyədək ödəməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1700 (bir min yeddi yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, İddiaçı 2020-ci ildən tanıyır. Onunla həmişə yaxşı münasibətdə olmuş, aralarında hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. O,Türkiyə Respublikasında olan vaxt İddiaçı xahiş etmişdir ki, ailə üzvülərinə pul lazım olduqda onlara borc versin, gəlib özü ödəyəcəkdir. Oğlu Şamilə avtomobilini təmir etdirmək üçün pul lazım olmuşdur. Təxminən bir il əvvəl hissə-hissə qaytarmaq şərti ilə İddiaçı 1100 manat pul götürmüşdür. Lakin iddiaçı əsassız olaraq borcun məbləğini 1700 manat yazmışdır. Maddi imkanı çətin olduğuna görə İddiaçı olan borcunu qaytara bilməmişdir. Yaxın müddətdə ona olan borcunu ödəyəcəkdir. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı tanıyır. İddiaçı atası Mehmanın dostudur. Atası Türkiyədə olan vaxt o, İddiaçı 100 manat avtomaşının ehtiyat hissələri üçün, 400 manat ot almaq üçün və 600 manat maşının təmiri üçün pul almışdır. O, həmin məbləğlərdən başqa Elşaddan pul almamışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh Ziyavədin oğlunun sözünə əsasən İddiaçı cavabdehin oğluna hissə-hissə olmaqla 1100 manat pulu borc vermişdir. Cavabdeh Ziyavədin oğlu borcu qaytaracağına söz versə də, sonradan borcunu qaytarmamışdır. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88 Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cavabdehin sözü ilə iddiaçının onun oğluna 400 manat, 100 manat və 600 manat, cəmi 1100 manat borc verməsi, həmin borcu ödəməyi cavabdehin öz öhdəsinə götürməsi işin mübahisəsiz hallarıdır. İşin bu hallarını cavabdeh etiraf edir. İddiaçı isə cavabdehin oğluna 1700 manat pul verdiyini iddia edərək həmin məbləğin ödənməsini tələb edir. İddiaçı 1100 manat yox,1700 manat borc verdiyini iddia etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı göstərdiyi bu tələbi sübut edə bilmir. Məhkəmə işin qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi borca aid hissədə qismən təmin edilməli, Cavabdeh 1100 manat alınıb İddiaçı xeyrinə ödənməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş dövlət rüsumunun 27,95 manatı Cavabdeh alınıb İddiaçı xeyrinə ödənməli, dövlət rüsumunun qalan 15.05 manatı iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə konkret halları və təqdim edilmiş məlumatları qiymətləndirilməklə, vəkil nümayəndəyə göstərdiyi hüquqi yardıma görə xərcin 200 manat olmasını ağlabatan məbləğ hesab edərək bu nəticəyə gəlir ki, vəkil -nümayəndəyə göstərdiyi hüquqi yardıma görə Cavabdeh 200 manat alınıb İddiaçı xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək yekun olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1100 (min bir yüz) manat borc pul, 200 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqı və 27.95 manat ödənilmiş dövlət rüsumu xərci- cəmi 1327,95 manat (bir min üç yüz iyirmi yeddi manat doxsan beş qəpik) alınıb İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat borc pul, 200 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqı və 27.95 manat ödənilmiş dövlət rüsumu xərci- cəmi 1327,95 manat (bir min üç yüz iyirmi yeddi manat doxsan beş qəpik) alınıb İddiaçı xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-689/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-689/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver