Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-694/2022 15.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 1 660.67 (min altı yüz altmış manat 67 qəpik) manat, faiz borcu üzrə 138.58 (yüz otuz səkkiz manat, 58 qəpik) manat olmaqla, cəmi 1799.25 (min yeddi yüz doxsan doqquz manat, 25 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 37,99 (otuz yeddi manat 99 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-35 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 326/14 saylı “Vakala” borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 2 947,00 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Borc Müqaviləsinə əsasən Bank borc alana məişət avadanlığının alınması məqsədi ilə müqavilə üzrə 2947 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (5.4 bəndi). “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Kredit müqavilələrinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1 660.67 (min altı yüz altmış manat 67 qəpik) manat, faiz borcu üzrə 138.58 (yüz otuz səkkiz manat, 58 qəpik) manat olmaqla, cəmi borcu 1799.25 (min yeddi yüz doxsan doqquz manat, 25 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məlumat ücün bildirilir ki, İddiaçı QSC xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşı mülki iş üzrə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan mülki iş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında göstərilən məsələlər öz həllini tapanadək Balakən Rayon Məhkəməsinin 2(019)- 712/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa bildirmək istəyirik ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edilir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədikləri üçün mülki işə iddiaçının iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək, hazırki iddia tələbi üzrə iddia müddətinin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyi üçün iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 326/14 saylı “Vakala” borc Müqaviləsindən, xx.xx.2014-cü il tarixli məxaric sənədindən, həmin müqaviləyə 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 2 947,00 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaiti verilmiş, müqavilə üzrə pul vəsaitinin son ödəniş müddəti 11 iyul 2016-cı il tarix göstərilmişdir. Həmin müqavilənin 2.1ci bəndinə əsasən bu müqavilənin predmeti müqavilənin 2.2-ci bəndində göstərilən avadanlıqların borc alan tərəfindən alınması və lizinq əsasları ilə hesablanan bank gəlirlərinin manat ilə ifadə edilən pul öhdəliyidir.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc alan «Kirby» firmasının istehsalı olan «Sentria» modelli ********** seriya №-li avadanlığı (avtomatik yuyucu) borc aldığı pul vəsaiti ilə dərhal almağı öhdəsinə götürür. Yenə də həmin müqavilənin 2.3 və 2.4-cü bəndlərinə əsasən borc verən borc alana bu müqavilənin tərikb hissəsi olan əlavə 1-də göstərilən məbləği borc verməyi öhdəsinə götürür; borc alan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirini borc verənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 2.5-ci bəndinə əsasən alınan avadanlıqlar borcverən tərəfindən borcalana maliyyə icarəsinə verilir. İş materiallarında olan tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqavilədən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan S-FK-İB-35 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC -yə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 676 №-li bildirişdən görünür ki, «X4 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildiriş göndərilmiş, həmin bildirişdə onun "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə bağladığı xx.xx.2014-cü il tarixli müqavilə əsasında 24 ay müddətinə 2947,00 manat məbləğində kredit aldığını, bu müqavilə üzrə tələb hüququnun "xxxx" ASC-dən İddiaçı QSC-yə keçdiyini, İddiaçı QSC ilə «X4 Edilməsi Agentliyi» MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsinin «X4 Edilməsi Agentliyi» MMC-nin həyata keçirdiyini və yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqlarının həmin MMC tərəfindən idarə ediləcəyini bildirərək, müqavilə üzrə 1799.25 manat borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-712/2019 saylı xx.xx.2019-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-712/2019 saylı xx.xx.2019-ci il tarixli qərardadından görünür ki, İddiaçı QSC-onun adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(019)-712/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanmış, Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(019)-712/2019 nömrəli qərardadından İddiaçı QSC-onun adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC tərəfindən verilmiş şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-712/2019 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı QSC-onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Nümayəndə2 Balakən Rayon Məhkəməsinin 2(019)-712 /2019 nömrəli 06 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2796/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı QSC- onun adından çıxış edən törəmə müəssisəsi olan "X4 edilməsi Agentliyi” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(019)- 712/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli arayışda Cavabdeh xx.xx.2022-ci il tarixə "xxxx" QSC-yə olan borcu 1799.25 manat (1660.67 manat əsas borc və 138.58 manat faiz borcu) göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2014cü il tarixli müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının ona qarşı borc tələbinə dair iddiasına iddia müddəti tətbiq etməklə həmin iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələb üzrə iddia müddəti keçdiyi və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının ona qarşı olan hazırki iddia üzrə iddia müddəti keçdiyindən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırki iş üzrə iddia tələbinin əsası kimi 11 iyul 2014-cü il tarixli Vakala borc müqaviləsinə istinad edilmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, Vakala elə bir agent razılaşmasıdır ki, ona əsasən vəkalət verən öz vəsaitlərini investiya etmək üçün vəkalət alana tapşırıq verir, vəkalət alan (bank) tərəflərin razılığı ilə şəriət qaydalarına uyğun olarq hər hansı biznes-layihəyə vəsaitləri investisiya etməklə gəlir əldə etmək üçün bütün səyləri göstərməyi barədə öhdəlik götürür. Vəkalət verən vəkalət alanın etibarlı idarəçiliyi və sərəncamı altında saxlanması üçün öz vəsaitlərini pul formasında vəkalət alana verir. Vakalada işlər ancaq vəkalət alan tərəfindən investisiya agent depoziti haqqında müqavilədə göstərilən öhdəliklər daxilində həyata keçirilir. İnvestisiya layihəsindən əldə edilən gəlir vəkalət alan tərəfindən vəkalət verənə şərtləşdirilmiş alınacaq məbləğ həcmində göndərilir. Bu məbləğ cəmi gəlirin həcmindən artıq olduqda vəkalət verən nəzərdə tutulan gəlirin ödənişindən sonra yerdə qalan məbləğdən mükafat almaq hüququna malikdir. Bu zaman vəkalət verən hər bir halda müqavilənin həyata keçirilməsinin başlanğıc vaxtından əvvəl agent mükafatı kimi şərtləşdirilmiş komissiya məbləğini alır. Vəkalət verənin dələduzluqda, səhlənkarlıqda və öz öhdəliklərini qəsdən yerinə yetirməməkdə təqsirin müəyyən olunması hallarından başqa maliyyə itkilərinə görə məsuliyyəti tam şəkildə vəkalət alan daşıyır. Bank Standart və Amin formasında Vakala agent depozitini həyata keçirir. Bunların arasında əmanətlərin növü, təcililiyi, gəlir norması, hissəvi vəsaitlərinin götürülməsi və sair şərtlərlə əlaqədər olaraq fərqlər vardır. Belə ki, X6 razılaşmasına görə vəkalət verən bankı layihələrin və investisiyaların seçimində məhdudlaşdırmır. Vakala Amin müqaviləsi isə müəyyən olunmuş gəlirlər üzrə yüksək likvidli əqdlərin bağlanması ilə şərtləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alqı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.3-cü maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 791.1-ci maddəsinə əsasən ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran: 791.1.1. öz məhsulları və xidmətləri, işlərin aparılması qaydaları və qiymətləri barəsində ticarət agentinə lazımi informasiya verməlidir; 791.1.2. ticarət agentini ticarət nümayəndəsi haqqında müqavilənin yerinə yetirilməsi üçün zəruri informasiya ilə təmin etməli, o cümlədən bunu ehtimal etməyin mümkün olduğu hallarda ticarət agentini dərhal xəbərdar etməlidir ki, ticarət əqdlərinin həcmi ticarət nümayəndəsinin adi halda ümid bəsləyə biləcəyi həcmdən xeyli az olacaqdır; 791.1.3. ticarət nümayəndəsinin vasitəçilik qaydasında təklif etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi və ya icra olunmaması barədə ticarət agentinə ağlabatan müddət ərzində bildiriş verməlidir; 791.1.4. ticarət agentinə muzd ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 792.1-ci maddəsinə əsasən ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 794.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsnə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə X7 Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2004-cü il tarixli qərarında göstərilir ki, həmin MM-nin 80-ci maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İş materiallarından görünür ki, 11 iyul 2014-cü il tarixli 326/14 saylı Vakala borc müqaviləsi 24 ay müddətinə bağlanmışdır ki, həmin müqavilənin də başa çatma müddəti 11 iyul 2016-ci il tarixdir. Müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə edilmiş, müqavilə müddətinin başa çatdığı 11 iyul 2016-cı il tarixdən sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya heç bir ödəniş edilməmişdlir. Qanun normasının tələbi əsasında iddia müddətinin axımı da müqavilə müddətinin bitdiyi 11 iyul 2016-ci il tarixdən başlanmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh qarşı 2019-cu ildə eyni tələb-1660.67 manat əsas borc və 138.58 manat faiz borcu, cəmi 1799.25 manat borc tələbi üzrə iddia qaldırılmış, Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı ilə hazırki tələb Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının təsiri dairəsinə düşdüyündən, həmin Fərmanla belə mübahisələrin xüsusi həlli qaydası müəyyən edildiyindən və bu Fərmanla müəyən edilmiş məhkəmədən kənar həlli qaydasına riayət edilmədiyindən İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh qarşı 2019-cu ildə eyni tələb-1660.67 manat əsas borc və 138.58 manat faiz borcu, cəmi 1799.25 manat borc tələbi üzrə iddia ərizəsi baxılmamış saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı ilə müəyyən edilmiş məhkəmədən kənar qaydaya riayət edilməmiş, həmin Fərman məhkəmədən kənar qaydada bü mübahisə barəsində tətbiq edilməmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin axımı ümumi qaydada davam etmiş və mübahisə üzrə qanunla müəyyən olunmuş 3 illik iddia müddəti keçmişdir. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti ilə bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Məhkəmə hesab edir ki, 11 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququnun axımı həmin 11 iyul 2016-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə həmin hərəkətin edilməsi vaxtından başlanır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-11 iyul 2016-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, iddiaçı peşəkar kredit müəssisəsi kimi özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək kredit müəssisəsinin vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və bu sahədə peşəkar kreditvermə funksiyasını yerinə yetirən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhz qeyd olunan tarixdən hazırki iddianın qaldırıldığı vaxtadək ötən bu müddət ərzində özünün hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsində iddia müddətinin axımının dayandırıldığı hallar müəyyən edilmişdir ki, həmin hallar da yuxarıda sadalanmışdır. Lakin iş materiallarından görünür ki, hazırki işdə iddia müddətinin axımının dayandırılmasına səbəb olmuş qanunda göstərilən halların heç biri baş verməmişdir. İddiaçı hazırki iş üzrə öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlyaraq 3 il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində əsas və faiz borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməmiş, həmin 3 illik iddia müddəti keçdikdən sonra xx.xx.2022-ci il tarixdə bu tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh da ona qarşı iddia müddəti keçdiyindən iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə bu xüsusda hesab edir ki, hazırki işdə iddia müddəti keçdiyindən iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı Cavabdeh “Vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 1660.67 (min altı yüz altmış manat 67 qəpik) manat, faiz borcu üzrə 138.58 (yüz otuz səkkiz manat, 58 qəpik) manat olmaqla, cəmi 1799.25 (min yeddi yüz doxsan doqquz manat, 25 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 37,99 (otuz yeddi manat 99 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 37,99 manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı Cavabdeh “Vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 1660.67 (min altı yüz altmış manat 67 qəpik) manat, faiz borcu üzrə 138.58 (yüz otuz səkkiz manat, 58 qəpik) manat olmaqla, cəmi 1799.25 (min yeddi yüz doxsan doqquz manat, 25 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 37,99 (otuz yeddi manat 99 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 37,99 manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-694/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-694/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver