Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-694/2023 31.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-510/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, 17 mart 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ilin mart ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx.xx.2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər.Cavabdehlə birgə nikahlarından 17 mart 2014-cü il tarixdə X6 adında bir qızları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş və himayəsində olan bir uşağın saxlanması üçün 117 (bir yüz on yeddi) manat miqdarında alimentin alınıb ona verilməsi qət edilmişdir. Daha sonra o, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir.Balakən Rayon Məhkəməsinin 2(019)-696/2019 nömrəli, 29 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilmişdir. Alimentin artırılması tələbi ilə 2022-ci il tarixdə yenidən müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-510/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(019)- 696/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış 180 (bir yüz səksən) manat müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-510/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 180 manat alimentlə uşağının pal-paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Eyni zamanda bu müddətdə yaşayış xərcləri və digər xərclər də kifayət qədər artmışdır. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə edir. Eyni zamanda şəxsi bizneslə məşğul olur. O, hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment ödəmək iqtidarındadır. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmiş,mediasiya prosesində cavabdeh heç bir razılıq bildirməmişdir. MŞŞ/MT018-/2023 01291 nömrəli, xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15 aprel 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 301302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 mart 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X5 qeyd edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(019)-510/20222 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(019)- 696/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması), 17 mart 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh 50 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023 01291 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X2 iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2013-cü ilin mart ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx.xx.2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər.Birgə nikahlarından 17 mart 2014-cü il tarixdə anadan olmuş X6 adında bir uşaqları vardır. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(019)- 696/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyun 2016-cı il tarixli 2(019)-833/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 17 mart 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, həmçinin Balakən Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e- 2(019)-510/20222 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(019)- 696/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması), 17 mart 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh 50 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli e-2(019)-510/20222 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(019)-696/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması), 17 mart 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh 50 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.İddiaçı hazırkı ərizəsində özünün maddi vəziyyətinin pisləşməsinə,Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut göstərməmiş, bu barədə sənədi məhkəməyə təqdim etməmişdir.O,əvvəlki ərizəsində olduğu kimi hazırkı ərizəsində də Cavabdeh Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə etməsi, şəxsi bizneslə məşğul olmasını göstərsə də bu barədə də heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. İddia təmin edilmədiyindən 50 manat mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-694/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-694/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver