Məhkəmə qərarları › İş №e-2(019)-7/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-7/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-7/2025 21.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə işə Balakən rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 644.43 manat qalıq borcu və 190.82 manat cərimə borcu olmaqla, cəmi 835.25 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli,BLLK00003 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 694.43 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 644.43 manat təşkil edir.Müqavilənin 5.6-cı bəndinə əsasən,borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 908.65 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 21%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 21%-i 190.82 manat təşkil edir. Tərəflər, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 14 may 2025-ci il tarixli 87 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmuş (keçmiş ünvan 3 mərhum Mahmudova (Qədimova) Fəridə Mehralı qızı 23 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 644.43 manat qalıq borcu və 190.82 manat cərimə borcu olmaqla, cəmi 835.25 manat borcun,həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 07 dekabr 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Cavabdeh Mahmudova (Qədimova) Fəridə Mehralı qızı 23 noyabr 2020-ci il tarixdə ölmüşdür. Beləliklə iş materiallarından görünür ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Mülki Prossesual Məcəllənin: 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə hesab edir ki, Mahmudova (Qədimova) Fəridə Mehralı qızı iddia qaldırılana kimi, yəni 23 noyabr 2020-ci il tarixdə öldüyündən ona qarşı iddia qaldırıla bilməz. Odur ki, hazırkı iddiaya məhkəmə qaydasında baxıla bilməz. Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə işin hallarını, İddiaçı MMC tərəfindən ölmuş şəxs Cavabdeh qarşı iddia qaldırılmasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Ödənilmiş 30 manat İddiaçı MMC-yə qaytarılmalıdır. İddiaçı MMC-yə izah olunmalıdır ki, mərhum Cavabdeh vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat qərardad qanuni qüvvəsini aldıqdan sonra İddiaçı MMC-yə qaytarılsın. İddiaçı MMC-yə izah olunur ki, mərhum Cavabdeh vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar