Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-71/2024 14.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyət cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 1.308,84 (bir min üç yüz səkkiz manat səksən dörd qəpik) AZN, kredit üzrə hesablanmış faiz məbləği 14,19 (on dörd manat on doqquz qəpik) AZN, kredit üzrə gecikmiş borc məbləği 1.291,94(bir min iki yüz doxsan bir manat doxsan dörd qəpik) AZN, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 780,27(yeddi yüz səksən manat iyirmi yeddi qəpik) AZN olmaqla, cəmi 3.395,24 (üç min üç yüz doxsan beş manat iyirmi dörd qəpik) AZN məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq birdəfəlik şəkildə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyət iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli kredit müqaviləsi üzrə gecikmiş əsas borc 2600,78 manat, gecikdirilmiş faiz borcu 1.699,62 (bir min altı yüz doxsan doqquz manat altmış iki qəpik) AZN, cəmi 4300,41 (dörd min üç yüz manat qırx bir qəpik) AZN məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 64 (altmış dörd) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq birdəfəlik şəkildə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında 09 fevral 2022ci il tarixli, 3605 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 26 (iyirmi altı) % dərəcəsi olmaqla, 3.000 (üç min) AZN məbləğdə kredit verilmişdir. 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki,Cavabdeh1 13 iyul 2022-ci ildən bəri kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir.İddiaçı BOKT MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli, 311 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli kredit müqaviləsi üzrə kredit borcu gecikmiş əsas borc üzrə 2600,78 manat, gecikdirilmiş faiz borcu üzrə 1.699,62 (bir min altı yüz doxsan doqquz manat altmış iki qəpik) AZN, cəmi 4300,41 (dörd min üç yüz manat qırx bir qəpik) AZN məbləğdə təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb (bildiriş məktubları və onların cavabdehlərə çatdırılmasına dair qəbzlər iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək digər iclasın vaxtı ilə üst-üstə düşdüyünə görə məhkəmə iclasında iştirak edə bilmirlər, iddia tələbinin müdafiə edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 3605 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3000 AZN verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin kredit müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 52 (əlli iki) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. İşdə olan 09 fevral 2022-ci il tarixli 3605 nömrəli zaminlik müqaviləsindən görünür ki,zaminlik müqaviləsi İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə zamin özünə məxsus bütün daşınar və daşınmaz əşyaları ilə BOKT ilə Borc alan arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli Kredit Müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik Müqaviləsinin 2.3-cü maddəsinə əsasən, Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımında icra etmədikdə Zamin və Borc alan BOKT qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 25 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə İddiaçı BOKT MMC-də olan 3605 nömrəli kredit müqaviləsi üzrə kredit borcu- 1308.84 AZN əsas,14,19 AZN faiz borcu, 1291,94 AZN gecikdirilmiş borc,780.27 AZN gecikdirilmiş faiz borcu olmaqla cəmi 3395.24 AZN təşkil edir. İşdə olan 19 fevral 2024-cü il tarixli, 311 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 09 fevral 2022-ci il tarixli, 3605 nömrəli kredit müqaviləsi üzrə kredit borcu gecikmiş əsas borc üzrə 2600,78 manat, gecikdirilmiş faiz borcu üzrə 1.699,62 (bir min altı yüz doxsan doqquz manat altmış iki qəpik) AZN, cəmi 4300,41 (dörd min üç yüz manat qırx bir qəpik) AZN məbləğdə təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 sentyabr 2024-cü il tarixli 9/3719 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 09 fevral 2022-ci il tarixli , 3605 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı BOKT MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir,o cümlədən: Sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə ------------------------------------------2.595.28 manat; -faiz borcu üzrə ----------------------------------------- 1.126.50 manat; Qərardadın tarixinə yəni xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə-------------------------------------------2.595.28 manat; -faiz borcu üzrə------------------------------------------ 1.252,08 manat: Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 Emsin qızı arasında bağlanmış 09 fevral 2022-ci il tarixli 3605 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat kredit verilmişdir.Cavabdeh2 09 fevral 2022-ci il tarixdə iddiaçı ilə 3605 saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə krediti ödəyəcəyinə zamin durmuşdur. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 19 fevral 2024-cü il tarixli, 311 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 09 fevral 2022-ci il tarixli,3605 nömrəli kredit müqaviləsi üzrə kredit borcu gecikmiş əsas borc üzrə 2600,78 manat, gecikdirilmiş faiz borcu üzrə 1.699,62 (bir min altı yüz doxsan doqquz manat altmış iki qəpik) AZN, cəmi 4300,41 (dörd min üç yüz manat qırx bir qəpik) AZN məbləğdə təşkil edir. Borc ödənmədiyindən İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 cəmi 3721,78 manat kredit borcu və 55.68 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərcinin 87 manatı cavabdehlər Cavabdeh1 və və Cavabdeh2, 13 manatı İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 3721,78 manat kredit borcu və 55.68 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Bank Olnayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilsin.İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərcinin 87 manatı cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 müştərək qaydada, 13 manatı İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-71/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-71/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver