Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-710/2023 06.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, iddiaçı Uruxova (Lekayeva) Günay Səfər qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-596/2022 saylı qətnaməsi ilə qızı- xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və oğlu- xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh uşaqlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 250 ( iki yüz əlli ) manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2013-cü ilin fevral ayında qeyri rəsmi nikahla Balakən rayonu Xalatala kənd sakini Cavabdeh ilə evlənmiş, nikahlarını 07 avqust 2013-cü il tarixdə 175 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişlər. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşlar. 28 mart 2022-ci il tarixdən Şamildən ayrı yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-596/2022 saylı qətnaməsi ilə Cavabdehlə aralarında bağlanmış rəsmi nikah pozulmuş, uşaqların onun yanında saxlanılması müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən uşaqları -X5 və X1 üçün hər bir uşağa görə hər ay 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh oglundan alınaraq ona verilməsi qət edilmişdir. O,heç bir yerdə işləmir, uşaqlarının ehtiyacları müntəzəm olaraq artır.Şamil tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona uşaqlarının baxılmasında valideynləri köməklik edirlər. Uşaqların atası Şamil onların saxlanılmasında ödədiyi 260 manat alimentdən başqa ona heç bir köməklik göstərmir. Alimenti də gecikdirmələrlə ödəyir. Şamil fərdi işlərlə məşğul olur, müəyyən qazancı var. Onun uşaqların baxılıb saxlanması üçün daha yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Şamilin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 222007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 dekabr 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 177908 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(019)- 596/2022 nömrəli qətnaməsindən görünür ki,iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızının iddiasının qismən təmin edilməsi, iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızı ilə Cavabdeh arasında Balakən rayon Qeydiyyat Şöbəsində 07 avqust 2013-cü il tarixdə 175 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından 24 dekabr 2013-cü il tarixdə doğulmuş X3 və 02 iyun 2018-ci il tarixdə doğulmuş X4 anaları Lekayeva (Uruxova) Günay Səfər qızının yanında saxlanılmaları-həmin uşaqların yaşayış yerinin Lekayeva (Uruxova) Günay Səfər qızının yanında olmasının müəyyən olunması; ərizənin verildiyi 23 may 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 24 dekabr 2013-cü il tarixdə doğulmuş X3 və 02 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızına verilməsi; iddianın qalan hissədə təmin olunmaması; hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunması; Cavabdeh cəmi 100 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızına ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 430917 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin 11 ayının 03 günündə 79 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞŞ/MT001/2023-01279 nömrəli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İlkin Mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Uruxova X8 Şamil Şaban oğlu ilə 2013-cü ilin fevral ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 07 avqust 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 175 nömrə ilə rəsmiləşdirmişlər.Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X6 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(019)- 596/2022 nömrəli qətnaməsi ilə iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızı ilə Cavabdeh arasında Balakən rayon Qeydiyyat Şöbəsində 07 avqust 2013-cü il tarixdə 175 nömrə ilə qeydə alınmış nikahın pozulması,nikah pozularkən tərəflərin birgə nikahından 24 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 02 iyun 2018-ci il tarixdə doğulmuş X4 anaları Lekayeva (Uruxova) Günay Səfər qızının yanında saxlanılmaları ; 23 may 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 24 dekabr 2013-cü il tarixdə doğulmuş X3 və 02 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızına verilməsi; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(019)- 596/2022 nömrəli qətnaməsi ilə iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızı ilə Cavabdeh arasında Balakən rayon Qeydiyyat Şöbəsində 07 avqust 2013-cü il tarixdə 175 nömrə ilə qeydə alınmış nikahın pozulması,nikah pozularkən tərəflərin birgə nikahından 24 dekabr 2013-cü il tarixdə doğulmuş X3 və 02 iyun 2018-ci il tarixdə doğulmuş X4 anaları Lekayeva (Uruxova) Günay Səfər qızının yanında saxlanılmaları; 23 may 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 24 dekabr 2013-cü il tarixdə doğulmuş X3 və 02 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Lekayeva (Uruxova) Günay Səfər qızına verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının və cavabdehin maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmamışdır. İddiaçı hazırkı ərizəyə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmamasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. 50 manat mediasiya xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-710/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-710/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver