Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-711/2022 28.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli 339153-1-31272 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 2.813 (iki min səkkiz yüz on üç) manat məbləğində əsas borc, 297,69 (iki yüz doxsan yeddi manat altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 127,35 (bir yüz iyirmi yeddi, otuz beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 3.238,04 (üç min iki yüz otuz səkkiz manat dörd qəpik ) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 52,38 (əlli iki manat otuz səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli 339153- 1-31272 saylı “Yenidən maliyyələşdirilən kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24,90 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.813 (iki min səkkiz yüz on üç) manat məbləğində (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 297,69 (iki yüz doxsan yeddi manat altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 127,35 (bir yüz iyirmi yeddi, otuz beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 3.238,04 (üç min iki yüz otuz səkkiz manat dörd qəpik) manat məbləğində borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı ASC nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 19 yanvar 2022-ci il tarixli, 339153-1-31272 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli, 339153-1-31272 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 24,90 faiz dərəcəsi ilə 2.813 manat kredit verilmişdir. Müqavilənin 10.3.5-ci bəndinə əsasən tariflər ilə nəzərdə tutulduğu halda Müqavilədə nəzərdə tutulan xidmətlərə görə banka xidmət haqqını və yaranmış bütün borcları ödəmək müştərinin vəzifəsidir. Müqavilənin 10.3.13-cü bəndinə əsasən müştəri öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulunu və zərərin əvəzini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəməlidir. Müqavilənin 10.3.14-cü bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməlii və onların pozulmasına yol verməməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 339153- 1-31272 saylı ,xx.xx.2022-ci il tarixli “nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə 2813 manat əsas borc, 297.69 manat faiz borcu, 127.35 manat cərimə borcu olmaqla cəmi 3238.04 manat borcu vardır. . Məhkəmə iddiaçının nümayndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 339153-1-31272 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 24,90 faiz dərəcəsi ilə 2.813 manat kredit verilmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə 2.813 manat əsas, 297.69 manat faiz borcu yaranmış, ona 127.35 manat cərimə borcu hesablanmışdır.Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca və faiz borcuna aid hissədə tam ödənməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə iddiaçının əmlak mənafelərini, həmçinin bütün əsaslı mənafeləri hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 13 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 yanvar 2022-ci il tarixli 339153-1-31272 nömrəli kredit müqaviləsinə əsasən 2.813 manat əsas, 297.69 manat faiz, 13 manat cərimə borcu olmaqla- cəmi 3123,69 manat borc və ödənilmiş dövlət rüsumu xərcinə görə 52,38 manatın 50,28 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 yanvar 2022-ci il tarixli 339153-1-31272 nömrəli kredit müqaviləsinə əsasən 2.813 manat əsas, 297.69 manat faiz, 13 manat cərimə borcu olmaqla, cəmi 3123,69 manat borc və ödənilmiş dövlət rüsumu xərcinə görə ödənmiş 52,38 manatın 50,28 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-711/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-711/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver