Məhkəmə qərarları › İş №e-2(019)-714/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-714/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-714/2023 10.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1872.90 AZN əsas məbləğ üzrə, 468.42 AZN faiz, 27.82 AZN cərimə olmaqla, cəmi 2369.14 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 44.10 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1872.90 AZN əsas məbləğ üzrə, 468.42 AZN faiz, 27.82 AZN cərimə olmaqla, cəmi 2369.14 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 44.10 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qadada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi nümayəndə tərəfindən verilməsinə baxmayaraq ərizədə nümayəndənin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Həmçinin ərizədə iddiaçının tələbinin əsaslandığı hallar, tələbin əsaslığını təsdiq edən sənədlər qeyd edilməmiş, kredit müqaviləsinin tarixi belə göstərilməmişdir. Eyni zamanda tələbin əsaslığını təsdiq edən sənədlər, həmçinin cavabdehin hazırda rəsmi qeydə alındığı ünvanı təsdiq edən sənəd (MAPS arayışı) ərizəyə əlavə edilməmişdir.Bundan başqa ərizədə iddia ərizəsinin iddiaçı "xxxx" Kommersiya Bankı ASC-in nümayəndəsi tərəfindən verilməsi deyil,PİKÜMİD-nin Regional Məhkəmə Hüquq Şöbəsinin hüquqşünası tərəfindən verildiyi qeyd edilmişdir. Qeyd edilənlərdən də görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İşin qeyd edilən hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi qaytarılmalıdır. Ödənmiş 44.10 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə qaytarılmalıdır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə izah edilməlidir ki, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi qaytarılsın. Ödənmiş 44.10 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə qaytarılsın. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə izah edilir ki, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar