Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-732/2022 26.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli 325863-1- 23773 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 10.967,61 (on min doqquz yüz altmış yeddi manat altmış bir qəpik ) manat məbləğində əsas borc, 944,22 (doqquz yüz qırx dörd manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 444,15 (dörd yüz qırx dörd manat on beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 12.355,98 (on iki min üç yüz əlli beş manat doxsan səkkiz qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 127,07 (bir yüz iyirmi yeddi, 07) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli 325863-1- 23773 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh kredit təşkilatlarında olan kreditlərin yenidən maliyyələşdirilməsi məqsədilə illik 21,90 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 11.780 (on bir min yeddi yüz səksən) manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8-ci bəndi icra olunduqda illik faiz dərəcəsi 5 faiz endirilir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 10.967,61 manat məbləğində əsas borc, 944,22 manat məbləğində faiz borcu, 444,15 manat məbləğində cərimə borcu, ümumilikdə isə 12.355,98 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iş yükünün çox olması ilə əlaqədar olaraq, Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının üzürlü səbəbdən mümkün olmayacağını, mülki iş üzrə iddiaçı tərəfindən olan bütün sübutların məhkəməyə təqdim edildiyini göstərərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Onun atası X1 məhkəmə iclasına gəlmiş, lakin Cavabdeh tərəfindən ona etibarnamə verilmədiyindən o işə buraxılmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 01 iyul 2021-ci il tarixli, 325863-1-23773saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli, 325863-1-23773 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 21,90 faiz dərəcəsi ilə 11.780 manat kredit verilmişdir. Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən kredit alan verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik faizi ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh 325863-1-23773 saylı ,xx.xx.2021-ci il tarixli “nəğd pul krediti müqaviləsi” üzrə borcu xx.xx.2022-ci il tarixə 10967.61 manat əsas borc,944.22 manat faiz borcu. 444.15 manat cərimə borcu olmaqla cəmi 12355.98 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli 325863-1-23773 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 21,90 faiz dərəcəsi ilə 11.780 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik faizi ödəməyi öhdəsinə götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə 01 iyul 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 10.967.61 manat əsas, 944.22 manat faiz borcu yaranmış, ona 444.15 manat cərimə hesablanmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca və faiz borcuna aid hissədə tam ödənməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə iddiaçının əmlak mənafelərini, həmçinin bütün əsaslı mənafeləri hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 100 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 iyul 2021-ci il tarixli 325863-1-23773 nömrəli kredit müqaviləsinə əsasən 10.967,61 manat əsas, 944.22 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 12011,83 manat kredit borcu və ödənilmiş 127.07 manat dövlət rüsumu xərcinin 123,26 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 iyul 2021-ci il tarixli 325863-1-23773 nömrəli kredit müqaviləsinə əsasən 10.967,61 manat əsas, 944.22 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 12011,83 (on iki min 11 manat səksən üç qəpik) manat kredit borcu və ödənilmiş 127.07 manat dövlət rüsumu xərcinin 123,26 (bir yüz iyirmi üç manat iyirmi altı qəpik) manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-732/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-732/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver