Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-740/2024 20.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq, mərhum X3 vərəsəsi - Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 27 avqust 2018-ci il tarixli, BPM**********82 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 79.87 manat əsas, 2.84 manat faiz olmaqla, cəmi 82.71 (səksən iki manat 71 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə X6 arasında bağlanmış 27 avqust 2018- ci il tarixli, BPM**********82 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2100 (iki min bir yüz) manat məbləğində kredit verilmişdir. X1 26 mart 2021-ci il tarixdə vəfat etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 04 fevral 2024-ci il tarixli, 80 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş 08 may 2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş 79.87 manat əsas, 2.84 manat faiz olmaqla, cəmi 82.71 (səksən iki manat 71 qəpik) manat kredit borcu qalmışdır.Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 08 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 09 iyul 2024-cü il tarixdə Cavabdeh iddia ərizəsi, prosessual hüquq və vəzifələrinin izahı barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 30 iyul 2024-cü il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir . Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan 27 avqust 2018-ci il tarixli BPM**********82 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 60 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 2100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə xx.xx.2018-ci il tarixli BPM**********82 nömrəli kredit müqaviləsi üzrə 79.87 manat əsas borc,2,84 manat faiz borcu olmaqla -cəmi 82.71 manat borcu yaranmışdır. İş materiallarında olan Balakən Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş matieriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional X9 Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankın Zaqatala filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli 180 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Balakən rayonu, Mahamalar kəndində yaşayan arvadı Cavabdehdır (AA*******,FİN:xxxxxxx). Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2100 (iki min bir yüz) manat məbləğində kredit verilmişdir. X1 26 mart 2021-ci il tarixdə vəfat etmişdir. Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 04 fevral 2024-ci il tarixli, 180 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş 08 may 2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 79.87 (yetmiş doqquz manat 87 qəpik) manat əsas, 2.84 manat faiz borcu olmaqla-cəmi 82.71 (səksən iki manat 71 qəpik) manat kredit borcu qalmışdır.Cavabdeh,mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Cavabdeh mirasdan aldığı paya uyğun olaraq 27 avqust 2018-ci il tarixli , BPM**********82 nömrəli kredit müqaviləsi üzrə ödəilməmiş 79.87 manat manat əsas, 2.84 manat faiz borcu olmaqla-cəmi 82.71 manat (səksən iki manat 71 qəpik) borc alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (mirasdan aldığı paya uyğun)27 avqust 2018-ci il tarixli , BPM**********82 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 79.87 manat manat əsas, 2.84 manat faiz borcu olmaqla-cəmi 82.71 manat (səksən iki manat 71 qəpik) borc , 30 manat məbləğində dövlət rüsumu xərci və 0.4 (40 qəpik) xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh (mirasdan aldığı paya uyğun) 27 avqust 2018-ci il tarixli , BPM**********82 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 79.87 manat əsas, 2.84 manat faiz borcu olmaqla-cəmi 82.71 manat (səksən iki manat 71 qəpik) borc , 30 manat məbləğində dövlət rüsumu xərci və 0.4 (40 qəpik) xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-740/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-740/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver