Məhkəmə qərarları › İş №e-2(019)-743/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-743/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-743/2024 25.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X1 vərəsələricavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 28 oktyabr 2022-ci il tarixli, BPM**********25 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1398.1 manat əsas, 0 manat faiz olmaqla, cəmi 1398.1 (bir min üç yüz doxsan səkkiz manat 10 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 33.98 (otuz üç manat 98 qəpik) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxışı iclasında iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək X1 vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 28 oktyabr 2022-ci il tarixli, BPM**********25 №li kredit müqaviləsi üzrə ödənilməmiş 1398.1 manat əsas, 0 manat faiz olmaqla, cəmi 1398.1 (bir min üç yüz doxsan səkkiz manat 10 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 33.98 (otuz üç manat 98 qəpik) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi-Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2024-cü il tarixə,saat 12:30-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini göstərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianın baxılmamış saxlanması barədə ərizə verməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır.Ödənilmiş 33,98 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlansın. Ödənilmiş 33.98 manat dövlət rüsumu xərci dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar