Məhkəmə qərarları › İş №e-2(019)-747/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-747/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-747/2023 21.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı QSC BOKT-nın Cavabdeh2, Cavabdeh1 və X3 qarşı əsas borc və faiz borcu tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı QSC BOKT Cavabdeh2, Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 hüquqi varisləri Cavabdeh2, Cavabdeh1 və X1 əsas borc üzrə 2692.41 manat, faiz borcu üzrə 388.31 manat olmaqla cəmi 3080.72 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 50.40 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdehlər kimi göstərilən Cavabdeh2, Cavabdeh1 və X2 ölmüş cavabdeh X4 vərəsələri olmasını və onun mirasını qəbul etməsini təsdiq edən heç bir sübut-həmin şəxslərin ölmüş X4 mirasını qəbul etməsi barədə notariat orqanına ərizə ilə müraciət etməsini təsdiq edən sənəd, həmin şəxslərnin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, mirasın qəbulu faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya digər sənədlər göstərilməmiş və iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, qanunvericiliyə əsasən vərəsənin miras qoyanın öhdəlikləri üzrə məsuliyyət daşıması üçün o, əvvəlcə miras qəbul etməlidir. Vərəsə miras qoyanın kreditor qarşısında hər hansı öhdəliyinə görə qəbul etdiyi miras həcmində məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bundan başqa iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında xx.xx.2015-ci il tarixli tələb hüququnun güzəşt edilməsinə dair müqavilənin surəti, xx.xx.2017-ci il tarixli 101s nömrəli sərəncamın surəti, nizamnamənin surəti, İddiaçıQSC-nin nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişikliyin surəti elektron kabinet vasitəsilə göndərilməmiş və iddia ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən iddia ərizəsində cavabdeh kimi göstərilən X2 telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilməmişdir. Həmçinin iş materiallarından görünür ki, X6 xx.xx.2016-cı ildə ölmüşdür. Lakin cavabdeh X5 "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi və İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş avtivlərin idarə edilməsinin Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan «X7 Edilməsi Agentliyi» MMC vasitəsilə həyata keçirilməsi barədə bildiriş-məlumat, tələbin yeni kreditora keçdiyinə dair sübutlar göndərilməmiş və X6 həmin Tələbin güzəşt edilməsinə dair bildirişi və tələbin yeni kreditora keçdiyinə dair sübutları almamışdır. İş materiallarına əsasən tələbi başqa şəxsə güzəşt etmiş "xxxx" ASC tərəfindən, həmçinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı» və «X7 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tələbin güzəşt edilməsi ilə bağlı tələb hüququnu təsdiqləyən sənədlər X5 təqdim edilməmiş və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatlar X5 bildirilməmişdir. «X7 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə edilmiş 31 avqust 2020-ci il tarixli 4232 saylı bildirişin, həmçinin Tələbin güzəşt edilməsi haqqında xx.xx.2021-ci il tarixli 209 nömrəli bildirişin X5 göndərilməsi və onun həmin bildirişi alması barədə iddiaçı tərəfin gəldiyi nəticə isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür və belə olan halda onun ölümündən 4-5 il sonra 31 avqust 2020-ci il tarixli 4282 saylı bildirişi və xx.xx.2021-ci il tarixli 209 nömrəli Tələbin güzəşt edilməsinə dair bildirişi alması absurddur. Eyni zamanda iddiaçı tərəfindən həmin vaxtda, ölmüş cavabdeh X4 hüquqi varislərinə də ölmüş cavabdeh X5 münasibətdə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi və İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş avtivlərin idarə edilməsinin Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum olan «X7 Edilməsi Agentliyi» MMC vasitəsilə həyata keçirilməsi barədə bildiriş-məlumat və tələbin yeni kreditora keçdiyinə dair sübutlar göndərilməmiş və hüquqi varislər həmin Tələbin güzəşt edilməsinə dair bildirişi və tələbin yeni kreditora keçdiyinə dair sübutları almamışlar. İş materiallarından həmçinin görünür ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən İddiaçı QSC BOKT 3080.72 manat iddia tələbi ilə bağlı 50.81 manat dövlət rüsumu ödəmək əvəzinə, bu məbləğdən az 50.40 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, həmçinin qanunda nəzərdə tutulmuş məbləğdən az məbləğdə dövlət rüsumu ödənilmişdir ki, bu hallar da iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC BOKT-nın Cavabdeh2, Cavabdeh1 və X3 qarşı əsas borc və faiz borcu tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı QSC BOKT-yə qaytarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 50.40 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Repsublikasının Dövlət büdcəsindən İddiaçı QSC BOKT-na qaytarılmalı və ərizəçi İddiaçı QSC QBKT-a iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı QSC BOKT-nın Cavabdeh2, Cavabdeh1 və X3 qarşı əsas borc və faiz borcu tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı QSC BOKT-a qaytarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 50.40 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı QSC BOKT-a qaytarılsın; ərizəçi İddiaçı QSC QBKT-a iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar