Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-751/2023 27.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 220 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qanun normasından görünür ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətindən asılı olmayaraq yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində göstərilən məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, icarə haqqının tələb edildiyi 600 kv.metr torpaq sahəsi (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşir və tərəflər arasında həmin torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 220 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsində torpaq sahəsinin Cavabdeh titul sahibliyinə verilməsi ilə bağlı müqavilənin icra yeri Bakı şəhəri Nəsimi rayonu göstərilsə də, icarə haqqının verilməsi ilə bağlı müqavilənin icra yeri göstərilməmişdir. Belə olan halda hazırki iddiaya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinin tələbləri tətbiq edilə bilməz (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər). Həmçinin müəyyən olunur ki, hazırki iddia ərizəsi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin (və yaxud qanuni sahibin) daşınmaz əşya olan torpaq sahəsinin icarə haqqının verilməməsi ilə bağlı hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar təşkil edir ki, həmin 600 kv.metr torpaq sahəsi də Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşir. Eyni zamanda Belə olan halda qanunun tələbinə görə hazırki iddiaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bu da hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti büdcə təşkilatı olmaqla hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad olunduğundan, dövlət rüsumu ödəməmişdir. Ona görə də hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinin tələbləri, yəni ərizə geri qaytarıldığı təqdirdə dövlət rüsumunun qaytarılması halı tətbiq oluna bilməz. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hazırki tələblə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hazırki tələblə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-751/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-751/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver