Məhkəmə qərarları › İş №e-2(019)-753/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-753/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-753/2025 25.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4961,19 AZN əsas; 314,61 AZN faiz; cəmi 5275,80 AZN pul vəsaitinin və 72,76 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 59 ay müddətinə 5136,69 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 4961,19 AZN əsas; 314,61 AZN faiz; cəmi 5275,80 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu bildirmiş, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh tərəfindən gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC-dən 5136,69 AZN məbləğində nağd pul krediti verilməsi xahiş edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK0620014C116 nömrəli kredit müqavilənin 1-ci bəndindən görünür ki, Bank Müştəriyə istehlak məqsədilə kredit verir, borcalan isə kreditdən istifadə edir, yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Kreditin məbləği 5136,69 manat, kreditin müddəti 59 ay, illik faiz dərəcəsi 16 faiz müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 5136,69 AZN məbləği aldığını orderi imzalayaraq təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdehnın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən 4961.19 AZN əsas; 314.61 AZN faiz; cəmi 5275.80 AZN borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/3611 №-li rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarışlar və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0620014C116 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən əsas borc üzrə 4960,84 manat, faiz borcu 265,06 AZN təşkil edir. Əlavə olaraq sualda soruşulan xx.xx.2025-ci il tarixindən sonra Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 250 manat ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli RGTK0620014C116 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 5136,69 AZN məbləğində kredit verilmiş, lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 4960.84 manat, faiz borcu üzrə 265,06 manat təşkil edir. İddiaçı isə əsas borc üzrə 4961,19 manat, faiz borcu üzrə 314.61 manat tələb etmişdir. Lakin məhkəmə tərəfindən maliyyə arayışına münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirildiyindən cavabdehdən əsas borc üzrə 4960.84 manat, faiz borcu üzrə 265,06 manat tutulmalıdır. Həmçinin ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixindən sonra iddiaçıya 250 manat pul ödənilmişdir, məhkəmə hesab edir ki, həmin məbləğ iddia tələbindən çıxılmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli RGTK0620014C116 nömrəli kredit müqaviləsinə əsasən 4975.9 AZN məbləğində borc və 69.76 AZN məbləğində dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə 100 manat ekspertiza xərcinin 99 manatı Cavabdeh, 1 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli RGTK0620014C116 nömrəli kredit müqaviləsinə əsasən 4975.9 AZN məbləğində borc və 69.76 AZN məbləğində dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 99 manatı Cavabdeh, 1 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar