Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-758/2024 28.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, 287372 nömrəli Kredit Müqaviləsinə (kredit müqaviləsi - 1) görə əsas məbləğ üzrə borc: 1555.10 (bir min beş yüz əlli beş manat 10 qəpik), faiz borcu: 98.12 AZN (doxsan səkkiz manat 12 qəpik), cərimə borcu: 46.63 AZN (qırx altı manat 63 qəpik), cəmi borc: 1699.85 AZN (bir min altı yüz doxsan doqquz manat 85 qəpik) məbləğində kredit borcunun; xx.xx.2022-ci il tarixli, 284587 nömrəli Kredit Müqaviləsinə (kredit müqaviləsi - 2) görə əsas məbləğ üzrə borc: 3428.83 (üç min dörd yüz iyirmi səkkiz manat 83 qəpik), faiz borcu: 254.83 AZN (iki yüz əlli dörd manat 83 qəpik), cərimə borcu: 93.72 AZN (doxsan üç manat 72 qəpik), cəmi borc: 3777.38 AZN (üç min yeddi yüz yetmiş yeddi manat 38 qəpik ) məbləğində kredit borcunun; dövlət büdcəsinə köçürülmüş 74.77 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC və Cavabdeh arasında müxtəllif dövrlərdə iki kredit müqaviləsi bağlanmışdır. O, cümlədən xx.xx.2022-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 287372 nömrəli Kredit Müqaviləsi (kredit müqaviləsi-1)bağlanmışdır.Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2300 (iki min üç yüz) manat məbləğində pul ayrılmışdır və o, 36 (otuz altı) ay müddətində illik 12 % (on iki) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 284587 nömrəli Kredit Müqaviləsi (kredit müqaviləsi - 2) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 6000 (altı min) manat məbləğində pul ayrılmışdır və o, 36 (otuz altı) ay müddətində illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsi – 1 əsasən "xxxx" QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 1555.10 (bir min beş yüz əlli beş manat 10 qəpik); faiz borcu: 98.12 AZN (doxsan səkkiz manat 12 qəpik); cərimə borcu: 46.63 AZN (qırx altı manat 63 qəpik); cəmi borc: 1699.85 AZN (bir min altı yüz doxsan doqquz manat 85 qəpik ) məbləğində,cavabdehin kredit müqaviləsi-2 əsasən "xxxx" QSCyə olan borcu: əsas məbləğ üzrə borc: 3428.83 (üç min dörd yüz iyirmi səkkiz manat 83 qəpik); faiz borcu: 254.83 AZN (iki yüz əlli dörd manat 83 qəpik); cərimə borcu: 93.72 AZN (doxsan üç manat 72 qəpik);cəmi borc: 3777.38 AZN (üç min yeddi yüz yetmiş yeddi manat 38 qəpik ) məbləğində təşkil edir. İddiaçı “X2 Azərbaycan” QSC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı “X2 Azərbaycan” QSC məhkəməyə ərizə göndərərək iş yükünün çox olması ilə əlaqədar bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmasının mümkün olmayacağını, iddianı müdafiə etdiyini göstərərək, 28 avqust 2024-cü il tarixə saat 14:10-a təyin edilmiş məhkəmə iclasının Bakın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və bankın iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə iddiaçı “X2 Azərbaycan Bank” QSC-dən illik 12 faiz dərəcəsi ilə 36 ay müddətinə ödəmək şərti ilə 2300 manat, xx.xx.2022-ci il tarixdə isə illik 15 faiz dərəcəsi ilə 36 ay müddətə ödəmək şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür.O,maddi imkanı olmadığına görə banka olan kredit borcunu tam ödəyə bilməmişdir. Gələcəkdə borcunu az-az ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan 14 noyabr 2022-ci il tarixli 287372 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 2300 manat kredit verilmişdir. İşdə olan 28 iyul 2022-ci il tarixli 284587 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. İşdə olan 11 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh (borcalana) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən ona xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 2300 manat kredit verilmişdir.Cavabdeh “X2 Azərbaycan” QSC-nə hazırda borcu aşağıdakılardan ibarətdir: Əsas məbləğ üzrə: 1555.10 (bir min beş yüz əlli beş manat 10 qəpik); faiz borcu: 98.12 AZN (doxsan səkkiz manat 12 qəpik); cərimə borcu: 46.63 AZN (qırx altı manat 63 qəpik); cəmi borcu: 1699.85 AZN (bir min altı yüz doxsan doqquz manat 85 qəpik ). İşdə olan 11 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh (borcalana) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən ona 6,000.00 (altı min) manat məbləğində kredit verilmişdir. Cavabdeh “X2 Azərbaycan” QSC-nə hazırda borcu aşağıdakılardan ibarətdir: Əsas məbləğ üzrə:3,428.83 AZN (üç min dörd yüz iyirmi səkkiz manat səksən üç qəpik); faiz borcu: 254.83 AZN (iki yüz əlli dörd manat səksən üç qəpik); cərimə borcu:93.72 (doxsan üç manat yetmiş iki qəpik); cəmi borcu:3,777.38 (üç min yeddi yüz yetmiş yeddi manat otuz səkkiz qəpik). Məhkəmə, cavabdehin izahatını dinləyib və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında 14 noyabr 2022-ci il tarixli 287372 nömrəli kredit müqaviləsi əsasən sonuncuya 36 ay müddətinə illik 12 % ödəmək şərti ilə istehlak yönümlü 2300 manat,xx.xx.2022-ci il tarixli 284587 nömrəli kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə 15 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit ayrılmışdır. Borcalan Cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir.Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə olan borcu-xx.xx.2022-ci il tarixli, 287372 nömrəli Kredit Müqaviləsi üzrə 1555.10 (bir min beş yüz əlli beş manat 10 qəpik) manat əsas, 98.12 AZN (doxsan səkkiz manat 12 qəpik) manat faiz borcu yaranmış, ona 46.63 AZN (qırx altı manat 63 qəpik) manat cərimə hesablanmışdır.Həmçinin xx.xx.2022-ci il tarixli, 284587 nömrəli Kredit Müqaviləsi üzrə 3428.83 (üç min dörd yüz iyirmi səkkiz manat 83 qəpik) manat əsas, 254.83 AZN (iki yüz əlli dörd manat 83 qəpik) manat faiz borcu yaranmış, ona 93.72 AZN (doxsan üç manat 72 qəpik) manat cərimə hesablanmışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və borcu ödəməmişdir.Odur ki,iddiaçı “X2 Azərbaycan” QSC hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, cərimə borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2022-ci il tarixli, 287372 nömrəli Kredit Müqaviləsi üzrə 05 manat, xx.xx.2022-ci il tarixli,284587 nömrəli Kredit Müqaviləsi üzrə 10 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən tələbi təmin ediləcəyindən dövlət rüsumu olaraq ödənmiş 74.77 manatın 73,27 manatı Cavabdeh tutulub iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 287372 nömrəli Kredit Müqaviləsi üzrə 1555.10 (bir min beş yüz əlli beş manat 10 qəpik) manat əsas borc, 98.12 AZN (doxsan səkkiz manat 12 qəpik) manat faiz borcu, 05 AZN (beş) manat cərimə borcu olmaqla- cəmi 1658.22 AZN (bir min altı yüz əlli səkkiz manat iyirmi iki qəpik)manat borc,xx.xx.2022-ci il tarixli, 284587 nömrəli Kredit Müqaviləsi üzrə -3428.83 (üç min dörd yüz iyirmi səkkiz manat 83 qəpik) manat əsas borc, 254.83 AZN (iki yüz əlli dörd manat 83 qəpik) manat faiz borcu,10(on) manat cərimə borcu olmaqla cəmi 3693,66 AZN (üç min altı yüz doxsan üç manat altmış altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu xərcinə görə 74.77 manatın 73,27 manatı tutulub iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 287372 nömrəli Kredit Müqaviləsi üzrə 1555.10 (bir min beş yüz əlli beş manat 10 qəpik) manat əsas borc, 98.12 AZN (doxsan səkkiz manat 12 qəpik) manat faiz borcu, 05 AZN (beş) manat cərimə borcu olmaqla- cəmi 1658.22 AZN (bir min altı yüz əlli səkkiz manat iyirmi iki qəpik) manat borc,xx.xx.2022-ci il tarixli, 284587 nömrəli Kredit Müqaviləsi üzrə -3428.83 (üç min dörd yüz iyirmi səkkiz manat 83 qəpik) manat əsas borc, 254.83 AZN (iki yüz əlli dörd manat 83 qəpik) manat faiz borcu,10(on) manat cərimə borcu olmaqla cəmi 3693,66 AZN (üç min altı yüz doxsan üç manat altmış altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu xərcinə görə 74.77 manatın 73,27 manatı tutulub iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-758/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-758/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver