Məhkəmə qərarları › İş №e-2(019)-76/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-76/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-76/2024 08.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4349 AZN əsas məbləğ üzrə, 754.06 AZN faiz və 22.44 AZN cərimə olmaqla cəmi 5125.50 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 71.66 AZN məbləğində vəsaitin iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 979nkNAR/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 4349 AZN məbləğində kredit verilmişdir. Hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh 4349 AZN əsas kredit borcundan heç bir ödəniş etməmişdir (4349-0=4349). Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. İddia ərizəsinə sübut kimi maliyyə arayışı, kredit müqaviləsi, ödəniş cədvəli, hesabdan çıxarış, pretenziya sənədləri və s. əlavə olunmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazım qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddəsinin tələbləri tətbiq oluna bilməz və işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbğaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 979nkNAR/22 nömrəli kredit müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən və ödəniş sənədlərindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 4349 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 979nkNAR/22 saylı kredit müqaviləsi üzrə 17 iyul 2023-cü il tarixə 4349 AZN əsas borcu, 754.06 AZN faiz borcu və 22.44 AZN cərimə borcu, cəmi 5125.50 AZN borcu vardır. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunda nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, o cümlədən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 71.66 AZN dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli 9/8227 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28 sentyabr 2022-ci il tarixli 979nkNAR/22 saylı müqailə şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı məbləğdə müəyyən olunur, o cümlədən xx.xx.2023-cü il tarixə:əsas borc üzrə-4349,00 manat, faiz borcu üzrə- 757.91 manat; xx.xx.2023-cü il tarixə:əsas borc üzrə-4349,00 manat, faiz borcu üzrə- 963,76 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə işdəki sübutları hüquqi cəhətdən dəyərləndirib, 17 iyul 2023-cü il tarixli maliyyə arayışı və məhkəmə-mühasibatlıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli 9/8227 nömrəli rəyi ilə cavabdehin iddiaçıya olan əsas məbləğ üzrə borcunu 4349 AZN məbləğində əsaslı sayır. Məhkəmə həmçinin 17 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya olan cərimə borcu məbləğini 22.44 AZN məbləğində əsaslı saymaq qəbul edir. Məhkəmə cavabdehin iddiaçıya olan faiz borcu barədə 17 iyul 2023-cü il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli 9/8227 nömrəli rəyi arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, cavabdehin faiz borcu məbləği ilə bağlı 17 iyul 2023-cü il tarixli maliyyə arayışı daha ədalətli və ağlabatan olduğundan mötəbər sayılmalıdır. Ona görə də cavabdehin iddiaçıya olan faiz borcu məbləği 17 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən 22,44 AZN məbləğində nəzərə alınmalıdır. Məhkəmə, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı işdəki sübutların bilavasit tədqiqi əsasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli 979nkNAR/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 4349 AZN məbləğində kredit verilmişdir. İşdəki sübutlardan görünür ki, cavabdeh 4349 AZN əsas kredit borcundan heç bir ödəniş etməmişdir (4349-0=4349). Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazım qaydada icra etməmişdir. Cavabdehin iddiaçıya 4349 AZN əsas məbləğ üzrə, 754.06 AZN faiz və 22.44 AZN cərimə borcu olmaqla cəmi borcu 5125.50 AZN təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditqor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 71.66 AZN dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı bank tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 4349 AZN əsas məbləğ üzrə borc, 754.06 AZN faiz borcu və 22.44 AZN cərimə olmaqla cəmi 5125.50 AZN borc tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4349 AZN əsas məbləğ üzrə, 754.06 AZN faiz və 22.44 AZN cərimə olmaqla, cəmi 5125.50 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 71.66 AZN məbləğində vəsait tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4349 AZN əsas məbləğ üzrə, 754.06 AZN faiz və 22.44 AZN cərimə olmaqla, cəmi 5125.50 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 71.66 AZN məbləğində vəsait tutulsun; iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar