Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-774/2023 12.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013- cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı vardır: xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11. Balakən Rayon Məhkəməsinin 2(019)- 678/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və 11 01.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimisaxlanması üçün cəmi 260 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Balakən rayon məhkəməsinin 2(019)-818/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə aralarnda olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 onun yanında qalması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iiə alimentin məbləği artırılmış və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 320 manat aliment tutulub ona verilməsi qət edilmişdir. O, 320 manat məbləğində alimerntlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı 06 01.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və 11.01,2019-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. O, alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sesiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət edir. O, mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı ilə xx.xx.2013-cü ildə rəsmi nikahla evlənmişdir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 adında iki uşaqları vardır. Balakən Rayon Məhkəməsinin 2(019)-678/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və 11 01.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 260 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-818/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx.xx.2014cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 İddiaçı yanında qalması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iiə alimentin məbləği artırılmış və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. O, heç bir yerdə işləmir, maddi imkanı zəifdir. Hətta 320 manat alimenti ödəməkdə çətinlik çəkir. Həmçinin Balakən Rayon Məhkəməsində aliment təyin olunduqdan sonra onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Buna görə də alimentin miqdarının artırılması iddiasını əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 dekabr 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 391766 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X12 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 102 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Bahalova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyun 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329339 nömrəli və 31 yanvar 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 243182 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 07 may 2014-cü il tarixdə X13 və xx.xx.2019-cu il tarixdə X11 anadan olmuş, ataları Cavabdeh, anaları isə X12 göstərilmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X4 X2 Filialının 6 sentyabr 2023-cü il tarixli arayışında göstərilir ki, Cavabdeh həqiqətən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli 1621 nömrəli arayışında göstərilir ki, Cavabdeh adına respublika ərazisi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-118/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(019)-678/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X8 və xx.xx.2019-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat,cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X9 verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 07 may 2014-cü ildə X13 və 11 yanvar 2019-cu ildə X11 adında iki uşaqları doğulmuşdur. Tərəflər bir-birindən ayrı yaşayırlar. Uşaqlar iddiaçı Əliyeva (Bahalova) Elza Fərman qızının yanında və himayəsindədirlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-678/2021 saylı qətnaməsilə ərizənin verildiyi 01 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 07 may 2014-cü ildə doğulmuş X8 və 11 yanvar 2019-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X9 verilməsi verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-818/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, iddiaçı Əliyeva (Bahalova) Elza Fərman qızı ilə Cavabdeh arasında 13 iyun 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 07 may 2014-cü ildə doğulmuş X13 və 11 yanvar 2019-cu ildə doğulmuş X7 anaları Əliyeva (Bahalova) Elza Fərman qızının yanında saxlanılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 30 iyun 2021-ci il tarixli 2(019)-678/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X8 və xx.xx.2019-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat,cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X9 verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları-X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Balakən Rayon Məhkəməsinin 2(019)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşaq üçün 160 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, ayda cəmi 440 manat miqdarında müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanun normasının mənasına görə tərəflərinin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olur. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanun normasının mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment öbdəyən şəxs gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində məhkəməyə həmçinin tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməsi və ya alimenti ödəyən şəxsi onun ödəməkdən azad etməsi səlahiyyətləri verilmişdir. Tərəflərin başqa diqqətəlayiq maraqlarına aliment alan şəxsin aliment verən şəxsə qarşı cinayət törətməsi və yaxud ailədə nalayiq hərəkətlərə yol verməsi; ailə üzvləri ilə amansız davranması, spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə etmsəsi və bu səpkidə sair hallar aid edilə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göstərilən qanun normasına görə cavabdehdən alınan vaxtaşırı ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra dəyişdikdə vaxtaşırı ödəmələrin miqdarının və müddətlərinin dəyişdirilməsinə dair yeni iddia verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-118/2022 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə Cavabdeh ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, gəliri artmamış, həmçinin onun diqqətəlayiq hər hansı maraqları meydana çıxmamışdır. İş materiallarına əsasən Cavabdeh işləməsi, adında daşınar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların olması müəyyən edilməmiş, həmçinin onun banklarda əmanətlərinin olması, pensiya və ya hər hansı digər sosial müavinət alması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və sair qazanca malik olması müəyyən edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-118/2022 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunarkən tərəflərin, ailə və maddi vəziyyəti, diqqətəlayiq maraqları, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına həmin yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(019)-118/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamədə alimentin tutulmasına əsas olmuş faktoloji və hüquqi halları mübahisələndirməməklə, qəbul etmişdir. Aliment təyin olunduqdan sonra isə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) səbəb ola biləcək ailə və maddi vəziyyətində hər hansı halın baş verməsi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, hazırki işdə alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı üçün bu alimentin miqdarının dəyişdirilməsi (artırılması) şübhəsiz kimi, işləməyən və yaşayış minimumu həddində müvafiq qazanca (gəlirə) malik olması müəyyən olunmayan Cavabdeh maddi vəziyyətinə əsaslı şəkildə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Həm də o hal nəzərə alınmalıdır ki, qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur və bu xüsusda məhkəmə qətnaməsilə uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin (iddiaçının) üzərinə düşməsi nəzərə alınmış və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş minimum yaşayış məbləğinin çox hissəsi (hər uşaq üçün 160 manat) məbləğində aliment ödənişi cavabdehin üzərinə qoyulmuşdur. Belə olan halda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləği miqdarında aliment ödənişinin tam olaraq cavabdehin üzərinə qoyulması təbii kimi, cavabdeh üçün ağır maddi məhrumiyətlər yaratimaqla tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozardı və bu da hüququn universal prinsipi olan haqq-ədalət prinsipinə zidd olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədalət prinsipini bərabər mənafelərə bərabər münasibət kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, alimentin artırılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-118/2022 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması və gəlirləri artmaqla maddi vəziyyətinin yaxşılaşması və ya başqa formada maddi vəziyyətində dəyişiklik olması, həmçinin başqa diqqətəlayiq maraqlarının meydana çıxması və bu halların təyin olunmuş alimentin miqdarının artırılması üçün faktoloji və hüquqi əsas yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-774/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-774/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver