Məhkəmə qərarları › İş №e-2(019)-777/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-777/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-777/2024 26.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7550 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 755 manatın, nəticə etibarı ilə ümumilikdə 8305 (səkkiz min üç yüz beş) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 103.05 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək səhvliklə Babək rayon əvəzinə Balakən rayon yazmaqla Balakən Rayon Məhkəməsinə ünvanladıqları işin geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7550 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 755 manatın, nəticə etibarı ilə ümumilikdə 8305 (səkkiz min üç yüz beş) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 103.05 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hesab edirəm ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. İddiaçı MMC tərəfindən ödənmiş 103.05 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldım İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Ödənmiş 103.05 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar