Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-784/2025 07.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi İddiaçı nümayəndəsi “EKOL” Vəkil Bürosunun vəkili Nümayəndə Cavabdeh nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31000 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 183 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, cəmi 31483 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh onun keçmiş qaynatasıdır. Cavabdeh qohumluq münsibətindən istifadə edərək ondan müxtəlif vaxtlarda borca pul götürmüşdür. Cavabdehə ümumilikdə 30000 manat borca pul vermişdir. Həmin pulların bir qismini terminal vasitəsi ilə, digər böyük qismini isə əlbəəl vermişdir. Qeyd olunan məbləğin cavabdehə göndərilməsi ilə bağlı ödəniş qəbzləri ərizəyə əlavə olunur. Cavabdehə bir neçə dəfə götürdüyü pulların geri qaytarılması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh maddi sıxıntıları olduğundan bir müddət gözləməyini xahiş etmişdir. Cavabdehin ondan başqa digər şəxslərə də borcu olduğundan bir müddət gözləmişdir. Lakin cavabdeh bugünə qədər almış olduğu pulları geri qaytarmamışdır. Cavabdeh öz üzərinə düşən öhdəliyə və vədinə əməl etmədiyi üçün məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək e-2(019)-784/2025 mülki iş üzrə İddiaçı iddia ərizəsinin rədd edilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, e-2(019)-784/2025 mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edərək ondan cəmi 30180 manat alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olaraq iddia ərizəsinə etiraz edib aşağıda göstərəcəyi hallara görə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə onu qeyd etmişdir ki, İddiaçı onun doğma qızı X1 həyat yoldaşıdır. Belə ki, onlar arasında olan nikah akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 286 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Aras adında oğlan uşaqı dünyaya gəlib. Onlar arasında olan münasibətlər ilk vaxtlar yaxşı olsa da son zamanlar tamamilə pozulmuşdur. Bu səbəbdən qızı Aysel nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimnetin təyin edilməsi üçün iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edib. Hazırda e-2(019)-640/2025 mülki işin baxılması Balakən rayon Məhkəməsinin hakimi Hümbət Səlimovun icraatındadır. İddiaçı Heyvallah oğlunun iddia ərizəsi ilə əlaqdar olaraq isə onu qeyd etmişdir ki, onun iddia ərizəsində göstərdiyi hallar tam olaraq yalan və uydurma olmaqla yanaşı hər hansı bir əsası olmayan məlumatlardır. Belə ki, hazırda ölkə ərazisində qüvvədə olan qanunvericilk aktlarına əsasən hər hansı borc müqaviləsinin predmeti pul məbləği olduqda bu borc müqaviləsi kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən bir tərəfdən kreditor borc alana müəyyən məbləğlərdə borc pul verməyi öz öhdəliyinə götürür digər tərəf isə borc alan bu pul müqavilə şərtlərinə uyğun olaraq vaxtından qaytamağı öz öhdəliyinə götürür. Əgər borc müqaviləsi üzrə borcun məbləği 5000 manatdan artıq olarsa borc müqaviləsi mütləq yazılı qaydada bağlanmalıdır. Bununla əlaqdar qeyd etmişdir ki, o heç vaxt İddiaçı borca pul almamışdır və bununla əlaqədar o heç vaxt ona borca pul verməyib. Həmçinin onu da qeyd etmişdir ki, onunla buna dair hər hansı yazılı və ya şifahi razılığa gələrək heç vaxt borc öhdəliyi yaradan müqavilələri imzalayıb razılıq verməmişdir. Belə ki, o heç vaxt İddiaçı gələcəkdə qaytaracağı vədi ilə borca pul almamışdır və İddiaçı ona gələcəkdə qaytarmaq gözləntisi ilə pul verməyib. Əlavə olaraq onu da qeyd etmişdir ki, o bir neçə dəfə qızı Aysel Məmmədovadan cib xərci olaraq pul istəmişdir və o əvvəllər həkim kimi işlədiyi və Zaqatala rayonunda yerləşən iş yerinin yanında olan terminallar vasitəsi ilə ona pul göndərib. Bu pulları qızı Aysel ona borc kimi verməyib. Sadəcə ona köməklik olsun deyə hədiyyə kimi vermişdir. Belə ki, qızı Aysel işlədiyi Zaqatala royonu ərazisindən xx.xx.2022-cü il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 800 manat və xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə isə 2500 manat pul göndərmişdir. Cəmi 6500 manat edir. Qeyd olunan pulları qızı ona borc kimi yox hədiyyə kimi vermişdir. İddiaçı tərəfindən iddia ərizəsinə ödəniş qəbzlərinin surətlərin əlavə edilərək guya onun tərəfindən pulların borc kimi göndərildiyi görüntüsü yaradılıb. Halbuki, qeyd olunan qəbzlərdə pulların həqiqətən də onun istifadəsində və onun adına olan bank hesabına göndərilməsi sübut olunsa da pulların həqiqətən də İddiaçı tərəfindən göndərilməsi müəyyən etmək olmur. Belə ki, qəbzlərdə onun bank rekvizitləri, ad və soyadının ilk iki hərfi, göndərilmiş pulun məbləği və haradan göndərilməsi göstərilsə də pulun həqiqətən də İddiaçı tərəfindən göndərilməsi qeyd edilməyib. Bu səbəbdən qeyd olunan qəbzlərin sübut kimi hər hansı əhəmiyyətinin olmadığı qənaətindədir. İddiaçı onun qızı Ayselin həyat yoldaşı olsa da onunla həmişə soyuq və məsafəli münasibətləri olub. O, heç vaxt ondan borca pul istəməmişdir və Vüqar ona heç vaxt borca pul göndərməyib. Vüqar ona pul göndərsəydi belə, bunu borc olaraq yox hədiyyə kimi verərdi. Belə ki, İddiaçı onun qızının həyat yoldaşı olması səbəbindən onunla nəinki pul haqq hesabları olmayıb, bu barədə heç danışıqları da yoxdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş qəbzlərin tarixlərinə də nəzər yetirilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, qəbzlərə nəzərə yetirildikdə müəyyən olunur ki, xx.xx.2022-cü il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 800 manat və xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə isə 2500 manat pul göndərilib. Gördüyünüz kimi, pulların bir qismi 2022-ci ildə digər qismi isə 2024cü ildə göndərilib. Buradan isə belə bir sual doğur. Əgər İddiaçı bu pulları borc kimi göndəribsə və o, 2022-ci ildə göndərilmiş borc pulu geri qaytarmadığı halda ona İddiaçı tərəfindən yenidən 2024-cü ildə əlavə olaraq 5000 manat borca pul göndərməsinin səbəbi nədir? Yəni əgər o, 2022-ci ildə İddiaçı 1500 manat (700 və 800 manat) götürərək 2024cü ilədək bu pula ona geri qaytarmamışdırsa ona yenidən əlavə olaraq 5000 manat (2500 və 2500 manat) pulun hansı ağılla göndərir. Buradan İddiaçı yalan danışması və məhkəməyə qeyri səmimi olaraq yanıltmaq məqsədi güddüyünü görünür. Bir daha qeyd etmişdir ki, o, İddiaçı heç vaxt borca pul istəməmişdir və Vüqar ona heç vaxt borca pul göndərməyib. Əgər ona hansısa səbəbdən pul lazım olurdusa o ilk növbədə oğlu Bayrama və ya qızı Ayselə müraciət edirdi. Belə ki, qızı ali təhsilli həkim olduğu üçün yaxşı qazancı olurdu və ara-sıra ona atası kimi hədiyyə olaraq pullar göndərib. Lakin qızı Aysel Məmmədova tərəfindən hədiyyə kimi göndərilən pulları hazırda İddiaçı tərəfindən borc kimi ondan tələb edilməsi tam absurddu. Əlavə olaraq onu da qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edib ki, guya ona ayrı-ayrı vaxtlarda da əlbəəl də borca pullar verib. Halbuki nə iddia ərizəsindən, nə də ki ona əlavə edilmiş hər hansı sənəddən də bu hal sübut olunmur. Bu tam yalandır. Vüqar ona heç vaxt borca pul verməyib və o, Vüqardan borc kimi pul məbləğləri qəbul etməmişdir. Buna dair hər hansı yazılı və ya şifahi borc öhdəliyi götürməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh borca pul verməsi qəbzlər ilə öz təsdiqini tapır, qalan məbləği cavabdehin kredit borcu ilə əlaqədar verilmişdir. Cavabdehə borcun qaytarılması ilə bağlı müraciət etsə də, zənglərə cavab verməmiş, onun nömrəsini bloklamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbi ilə razı olmadığını, Cavabdeh qızı Aysel Dibirova İddiaçı qarşı nikahın pozulmasına dair iddia ərizəsi verdikdən sonra İddiaçı da guya İlhamın borcunun olması ilə bağlı məhkəmədə iddia qaldırdığını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, atası Cavabdeh heç vaxt iddiaçıdan borc pul almamış və ya iddiaçı ona borc pul verməmişdir, atasına pul lazım olan zaman o, özü köməklik göstərmişdir. Qəbzdə qeyd olunan 1000 manat köçürmə isə iddiaçının atası xəstə olduğundan onun atası həmin vaxt iddiaçının atasına köməklik məqsədilə pul vermiş, daha sonra isə iddiaçı qəbzdə qeyd olunan həmin pulu geri ödəmişdir. Qəbzlərdə göstərilən pul məbləğləri onun özü tərəfindən atasının hesabına köçürülən pul məbləğləri olmuşdur. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, M***** İ***** M***** oğlu adına olan 416974******6739 saylı kart hesabına xx.xx.2022-ci il tarixdə 800 AZN, xx.xx.2022-ci il tarixdə 700 AZN məbləğində pul, İL*** MA****** adına 4***********2867 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 2000 və 500 AZN, xx.xx.2024-cü il tarixdə 500 və 2000 AZN məbləğində pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 5522********9035 nömrəli kartdan 5239********4340 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 AZN məbləğində pul köçürülmüşdür. "xxxx" ASC-nin 25 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına aşkar olunmuş 5239********4340 nömrəli plastik kart hesabından xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş sorğu olunan əməliyyata dair çıxarış təqdim olunur. Məlumat üçün bildirmişlər ki, əməliyyat "xxxx" ASC-yə məxsus tətbiq vasitəsilə həyata keçirilmədiyindən vəsaitin mənbəyinə dair məlumatın onlar tərəfindən təqdim olunması mümkün deyildir. “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, göndərilən qəbzlər ilə bağlı araşdırma aparılmış, dublikat qəbzlərin əsli ilə eyni olduğunu şirkət tərəfindən müştəriyə təqdim olunduğunu təsdiq etmişlər. Dublikat qəbzlər sistem üzrə çıxarıldığı üçün əsli ilə formatında və görünüşündə fərqlilik ola bilər, amma məzmunu eynidir. Ətraflı aşağıda qeyd edilmişdir: 1. Mpay əks edilən dublikat qəbzlərdə (**********,**********, **********, **********) sistem üzərindən dublikat olaraq əldə edilən qəbzlərdə şirkətin ünvanı qeyd olunmur, "tarix" bölməsində isə saat və dəqiqədən əlavə, dublikat qəbzlərdə saniyə məlumatı avtomatikləşmiş qeyd edilir.
2. Emanat əks edilən dublikat qəbzlərlə bağlı isə (**********, **********) ödəniş edilən və sistem üzrə əks edilən "ödəniş vaxtı" bir neçə dəqiqə ilə fərqli əks olunduğu üçün dublikat qəbzlərdə sistemə düşən vaxt qeyd edilmişdir. Qəbzlərdə ofis ünvanı ilə bağlı olan fərq isə şirkətin ünvanında dəyişiklik olduğundan, fərqli əks edilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında EM-1745VK-35699/25 nömrəli müqavilədən görünür ki, Nümayəndə pul tələbinə dair mülki işə iddiaçının hüquqlarının məhkəmədə müdafiəsinə görə haqqın 300 AZN müəyyən olunmasına razılaşmışlar. Məhkəmə proses iştirakçılarının izahatına, iddia ərizəsinə, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Mülki Məcəllənin 37-ci fəsli yeni redaksiyada verilmişdir: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı keçmiş qayınatasıdır. İddiaçı cavabdehin qohumluq münasibətindən istifadə edərək ondan müxtəlif vaxtlarda borca 31000 manat məbləğində pul götürdüyünü iddia edərək həmin pulun tutulmasını xahiş etmişdir. Borc müqaviləsinin anlayışına əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında borc münasibətlərinin yaranması üçün ilk növbədə borcverən pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməlidir. Hazırki iş üzrə İddiaçı Cavabdeh 31000 manat borca pul verdiyini iddia etdiyi üçün həmin pul məbləğini cavabdehə verməsini sübuta yetirmək onun sübutetmə vəzifəsidir. İddiaçının təqdim etdiyi sübutlar mobil telefonla qəbzlərin çəkilmiş fotoşəkillərindən və 1000 manat köçürmə ilə bağlı çıxarışdan ibarətdir. Məhkəmə araşdırması nəticəsində qəbzlərdə qeyd olunan ümumilikdə 7500 manat pulun müxtəlif vaxtlarda cavabdehin hesabına köçürülməsi öz təsdiqini tapsa da, onların məhz iddiaçı tərəfindən göndərilməsi sübuta yetirilməmişdir. Həmçinin iddiaçının tələbi 31000 manat pul vəsaitindən ibarət olsa da, təqdim etdiyi qəbzlər 7500 manat hissəni əhatə edir, qalan 23500 manat pulun verilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. İddaçı cavabdehə borcun qaytarılması ilə bağlı müraciət etdiyini bildirsə də, bu hal da məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki iş üzrə tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi mövcud deyildir. Göründüyü kimi iddiaçı öz tələbinin kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bununla da tərəflər arasında borc verilməsi ilə bağlı razılaşma olmadığından cavabdehin pul vəsaiti qaytarmaq öhdəliyi yarana bilməz. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş haqq iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı 31000 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 183 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, cəmi 31483 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 183 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat pul İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Arifə Cəfərova