Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-805/2024 23.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilərək 4700 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda Hənifə Bələdiyyəsində texniki işçi olaraq işləyir. 2021-ci il mart ayının ortalarında Musayev X16 rayonu Hənifə kəndində fındıq bağının olduğunu, həmin toprpaq sahəsini satmaq istədiklərini, torpağın çıxarışının onda olduğunu, torpaq sahəsinin birgə mülkiyyətdə olduğunu, birgə mülkiyyətçilərin sayının 6 nəfər olduğunu, onların 4 nəfərinin ona torpağı satmaq üçün etibarnamələr verdiyini, iki nəfərinin də etibarnamə verəcəyini, torpağı da ona notariat qaydada satacağını bildirmişdir.O,ona torpaq sahəsinə müştəri tapacağını,Şamil də ona bundan pul verəcəyi ilə bağlı razılaşmışlar. Bir müddət sonra X2 adlı şəxs ona yaxınlaşaraq həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, alqı-satqının şərtləri barədə ona məlumat vermişdir. Ramazanhacı onun təklifi ilə razılaşmışdır. X2, X7, X15 və onun iştirakı ilə Ramazanhacı ilə aralarında razılaşma baş tutmuşdur. Aralarında olan razılığa əsasən Ramazanhacı 4900 manat pulu onun və X3 yanında X9 vermişdir. O,da pulu ona vermişdir. O,da həmin pulu Cavabdeh vermişdir. 2021-ci ilin oktyabr ayınadək alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin Cavabdeh digər iki nəfər ailə üzvlərindən etibarnamə ala bilmədiyinə görə alqı-satqı müqaviləsini yekunlaşdıra bilməmişlər. Belə olan halda X15 15 oktyabr 2021-ci ildə 4900 manat pulun götürülməsi və ödənilməsi ilə bağlı ona izahat yazdırmışdır. İzahatda qeyd edilir: Kərimov X14 rayon Hənifə kəndində yaşayan yazılı bildirir ki, o, X5 Ramazanov Ramazanhacı və Cuma kişinin yanında, çay kafesində 4.900 manat pulu qaytarmaq şərti ilə xx.xx.2021-ci ildə götürmüşdür. Torpağı ona satmadığım halda pulu 15.10 ayın sonunadək qaytaracağına söz verir. Torpağın alqısatqısı ilə bağlı etibarnamələri götürmək mümkün olmadığı müəyyən olunduqdan sonra Cavabdeh müxtəlif bəhanələr edərək torpaq sahəsini Ramazanhacı Ramazanova satmayacağını, pulu ona özü qaytaracağını bildirmişdir. Pulu Cavabdeh aldığından və geri qaytarmadığından o da həmin pulu Ramazanhacı Ramazanova geri verə bilməmişdir. Bundan sonra Ramazanhacı ondan torpağın alınması üçün ona verdiyi 4900 manat pulun qaytarılması ilə bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, oradan isə Ramazanhacıya bildirilmişdir ki, müraciət mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməlidir. X2 4900 manat pulun ondan alınması ilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmış,Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(019)-147/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və izahatında göstərmişdir ki, həmin torpaq sahəsi ilə bağlı əvvəllər məhkəmədə işi olmuşdur. Məhkəmə qətnaməsi ilə torpaq sahəsi ona verilmişdir. İddiaçı tərəfindən bu işlə bağlı ona 4700 manat pul verilmişdir. Qüdrət həmin pulu ona verəndə torpaq sahəsinin Ramazanhacı tərəfindən alınmasını ona deməmişdir.Qüdrətə həmin vaxt demişdir ki, əgər Ramazanhacı torpaq sahəsini istəyirsə, ona torpağı verməyəcəkdir. Qüdrətdən 5000 manat pul almış, 300 manatı isə icarə haqqı olaraq Ramazanhacıya qaytarmaq üçün Qüdrətə geri vermişdir. 4700 manat ondadır və o, həmin pulu Ramazanhacıya qaytaracaqdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-147/2024 saylı qətnaməsi qanuni qüvvəsini almış,icraya yönəldilmişdir.Cavabdeh 4700 manat pulu ona qaytarmadığına görə Ramazanhacıya olan borcunu ödəyə bilməmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, 2021-ci ildə İddiaçı bağ sahəsinə görə ona 4700 manat pul vermişdir. Lakin onlar arasında bağ sahəsinə görə alqı-satqı müqaviləsi bağlanmamışdır. O, isə 4700 manat pulu İddiaçı qaytarmamışdır. O, pulu qaytaracaqdır. Onun özünün də tələbləri vardır. Bu barədə iddia qaldıracaqdır.Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)-147/2024 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı 4900 manat pulun və 36 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi X11, 1/6 hissəsi Cavabdeh,1/6 hissəsi X12, 1/6 hissəsi X8, 1/6 hissəsi X6, 1/6 hissəsi X13 adına daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 76 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,2021-ci il mart ayının ortalarında Musayev X16 rayonu Hənifə kəndində fındıq bağının olduğunu, həmin torpaq sahəsini satmaq istədiklərini, torpağın çıxarışının onda olduğunu, torpaq sahəsinin birgə mülkiyyətdə olduğunu, birgə mülkiyyətçilərin sayının 6 nəfər olduğunu, onların 4 nəfərinin ona torpağı satmaq üçün etibarnamələr verdiyini, iki nəfərinin də etibarnamə verəcəyini, torpağı da ona notariat qaydada satacağını bildirmişdir. O, ona torpaq sahəsinə müştəri tapacağını demiş, bir müddət sonra X2 adlı şəxs ona yaxınlaşaraq həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Torpaq sahəsinin alqısatqısı ilə bağlı onlar razılaşmışlar və Ramazanhacı 4900 manat pulu ona vermişdir. O, da həmin pulun 4700 manatını Cavabdeh vermişdir. 2021-ci ilin oktyabr ayınadək alqı-satqı müqaviləsi bağlanmalı olsa da, Cavabdeh iki nəfər mülkiyyətçidən etibarnamə ala bilmədiyinə görə alqı-satqı müqaviləsi bağlanmamışdır.Bundan sonra Ramazanhacı ondan torpağın alınması üçün ona verdiyi 4900 manat pulun qaytarılması ilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(019)-147/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş,İddiaçı 4900 manat pulun və 36 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. Cavabdeh isə aldığı 4700 manat pulu hal-hazıra kimi İddiaçı qaytarmamışdır.Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh audioyazı və videoyazı protokoluna qeyd edilməklə, yazılı izahat verməklə qanuna zidd olmadığına və hər hansı şəxsin hüquqlarını və qanuni mənafeyini pozmadığına görə iddianı etiraf etməsini də qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4700 manat alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh 4700 manat alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-805/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-805/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver