Məhkəmə qərarları › İş №e-2(019)-81/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-81/2024

16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-81/2024 16.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, idiaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızına qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1697,57 manat pulun və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızından tutularaq, cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və X11 haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli 536 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və X11 haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli 633 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində Oba – Balakən 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızınun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixində aparılmış “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği cəmi 2661 (iki min altı yüz yüz altımış bir) manat 42 (qırx iki) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş, ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Şabanova (Qorodayeva) Nuranə Bəşir qızınun yekun olaraq qalıq borcu 1697 (bir min altı yüz doxsan yeddi) manat 57 (əlli yeddi) qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X11 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 27 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı iddianı qəbul etməyərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə X2 arasında bağlanmaqla, Cavabdeh xx.xx.2021-ci il tarixinədək 1 ay müddətinə əmək müqaviləsi ilə satıcı- kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cəmiyyət üzrə xx.xx.2021-ci il tarixli 98 nömrəli əmrdən Çıxarışdan görünür ki, X2 cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixindən etibarən Satıcı-kassair vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki. həmin müqavilə hüququqi şəxs olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə X2 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinə əlavədən görunur ki, həmin müqavilə ilə İddiaçı MMC ilə X2 arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindən Cəmiyyətin administrator vəzifəsinə keçirilir.Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 AZN təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC üzrə xx.xx.2021-ci il tarixli, 633 saylı əmrdən Çıxarışdan görünür ki, X2 Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikamsı Əmək Məcəlləsinin 68.2 “b” (Əmək müqaviləsnin müddətinin qurtarması) saddəsinə əsasən xitam verilmiş, son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli X11 haqqında müqavilədən görünür ki, X2 ilə xx.xx.2021-ci il tarixdə X11 haqqında müqavilə bağlanmış və o, həmin müqavilə ilə tanış edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 536 saylı əmrdən Çıxarışdan görünür ki, X2 Cəmiyyətin satış Departamentinin Satış şöbəsində xx.xx.2021ci il tarixindən administrator vəzifəstinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə X2 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli X11 Haqqında Müqavilədən və vəzifə təlimatından görünür ki, İddiaçı MMC ilə X2 arasında X11 haqqında müqavilə bağlanmış və o, vəzifə təlimatı ilə tanış edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 11 noyabr 2021-ci il tarixli inventarizasiya siyahısından, aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan, 13 dekabr 2022-ci il tarixli Arayışdan görünür ki, Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2021-ci il tarixində 2.661,42(iki m in alh yüz altmış bir manat,42 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1697,57 (bir min altı yüz. doxsan yeddi, 57 qəpik) AZN borc qalmışdır. Beləliklə, Nuranə Şabanova (Qorodayeva) Bəşir qızının 13 dekabr 2022-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 1697,57 (bir min altı yüz doxsan yeddi, 57 qəpik) AZN təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən Şabanova (Qorodayeva) Nuranə Bəşir qızına edilmiş xx.xx.2022-ci il tarixli, DN-5535 №-li xəbərdarlıqdan görünür ki, İddiaçı in işlədiyi dövrdə əskikgəlmə aşkar edilməklə cəmiyyətə maddi ziyan vurmasının müəyyən edilməsi, faktiki qalıq borcunun 1697,57 AZN təşkil etməsi göstərilməklə, ondan cəmiyyətə vurduğu maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı 4 saylı Medasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞB/4-2023-0011 nömrəli ilkin mediasiya sessiyasında iştirakı edilməməsi barədə arayışdan görünür ki, 26 iyul 2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında İddiaçı MMC-nin Şabanova (Qorodayeva) Nuranə Bəşir qızına qarşı iş vaxtı ərzində, iş yerində intizam xətasının nəticəsi olaraq müəssisəyə vurulmuş maddi zərərlə bağlı 1.697,57 manat borc tələbinə baxılmış, mübahisə üzrə digər tərəf kimi üçüncü şəxs qismində “Satış Departamenti”nin satış üzrə direktoru X4 müraciət edən tərəfindən cəlb edilib, Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı iştirak etməmişdir. İddiaçı MMC-tərəfindən 50 AZN mediasiya xərci,5 AZN poçt göndərişi xərci-cəmi 55 manat ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-mühasibatlıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 9/8990 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, xx.xx.2021 -ci il tarixli təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü nəzərə alındıqda “Oba- Balakən 3” filialında yaranmış çatışmazlıq 1697,57 (bir min altı yüz doxsan yeddi manat 57 qəpik) manat məbləğində müəyyən olunur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 15 dekabr 2023-cü il tarixli, 9/8990 nömrəli bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı iddiaçı təşkilatın mağazasına satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli X5 əsasən «Oba-Balakən 3» filialı mağazasında administrator vəzifəsinə keçirilmiş, onunla “X11 haqqında” Müqavilələr bağlanmışdır. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 633 saylı Əmri ilə cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı işdən azad edilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu “Oba – Balakən 3” mağazasında aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli “İnventarizasiya nəticələrinə dair Akta” əsasən cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızının Cəmiyyətə cəmi 2661,42 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir.Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızının yekun olaraq qalıq borcu 1697,57 manat təşkil etmişdir. İddiaçı MMC tərəfindən cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızına məhkəmədən kənar qaydada ona olan 1697,57 manat maddi ziyanın ödənilməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən həmin maddi ziyan məbləği iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iş üzrə 55 manat mediasiya xərci ödənilmişdir. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 193-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X11 daşıyır; mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X11 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 2-ci bəndinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X11 daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1, 2, 3, 4 və 5-ci bəndlərinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X11 daşıması barədə yazılı müqavilə bağlaya bilər; işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X11 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər; bu maddənin birinci və ikinci hissələrində göstərilən X11 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir; işçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır; X11 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır; işəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 204-cü maddəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər; vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir; işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər; ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir; əgər ziyan işçi tərəfindən X11 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdəki sübutlardan görünür ki, cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızı İddiaçı MMC ilə əmək münasibətlərində olduğu vaxt onunla bağlanmış əmək müqaviləsinin və X11 haqqında müqavilənin tələblərini pozaraq, ona etibar edilmiş malları və ya onların dəyərini qaytarmayaraq, İddiaçı MMC-yə 2661,42 manat məbləğində zərər vurmuş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edilməklə Şabanova (Qorodayeva) Nuranə Bəşir qızının yekun olaraq qalıq borcu 1697.57 manat müəyyənləşdirilmişdir ki, iddiaçı da cavabdehdən həmin 1697,57 manat məbləği tələb edir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin tələb edilən 1697,57 manat məbləğ və 55 manat mediasiya xərci cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızından tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və 27 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli yuxarıda istinad olunan hüquq normalarına əsasən müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1697,57 (bir min altı yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat pul və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğ cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızından tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməlidir. Həmçinin iddianın təmin olunması nəticəsinə gəlindiyi üçün iş üzrə 100 manat ekspertiza xərci Şabanova (Qorodayeva) Nuranə Bəşir qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1697,57 (bir min altı yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat pul və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğ cavabdeh Şabanova (Qorodayeva) Nuranə Bəşir qızından tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin; iş üzrə 100 manat ekspertiza xərci Şabanova (Qorodayeva) Nuranə Bəşir qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar