Məhkəmə qərarları › İş №e-2(019)-821/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-821/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-821/2024 18.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Muradova (Rəhimova) Türkan Məhəmməd qızının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, İddiaçı himayəsində olan 14 sentyabr 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Muradova (Rəhimova) Türkan Məhəmməd qızının xeyrinə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2016-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 15 sayla rəsmiləşdirməklə evlənmişlər.Cavabdehlə yaşadıqları dövrdə xx.xx.2017-ci ildə X6 adında bir övladları olmuşdur.Tərəflər evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. Sonralar aralarında ailə münaqişələri yaranmışdır. İddiaçı Muradova (Rəhimova) Türkan Məhəmməd qızı nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-928/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, 14 oktyabr 2020ci il tarixdən başlayaraq 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Muradova (Rəhimova) Türkan Məhəmməd qızı 2022-ci ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-625/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 193 manat təyin edilmişdir. Həmin qətnamədən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin 2(019)-625/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, alimentin miqdarı 160 manat müəyyən edilmişdir. 160 manat alimentlə uşağın palpaltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Yaşayış xərcləri və digər xərclər də kifayət qədər artmışdır. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh, 3-cü qrup əlilliyə görə pensiya alır. Eyni zamanda cavabdehin ailə təsərrüfatı vardır. Özü hal-hazırda Qazaxıstan Respublikasında işləməklə kifayət qədər qazanc əldə edir. Cavabdeh ikinci dəfə evlənməmiş, himayəsində uşaq yoxdur. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesinə cavabdeh gəlməmiş, heç bir razılıq bildirməmişdir. Bu barədə arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 994409 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə X5 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-928/202 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, X5 ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixdə Balakən rayon İcra Hakimiyyəti Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 15 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaq- 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X4 anası X1 yanında saxlanması,14 oktyabr 2020-ci il tarixdən başlayaraq 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(019)-625/2024 nömrəli qətnaməsinin surətindən görünür ki,iddianın qismən təmin edilməsi,07 iyun 2022ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 43.16 manat dövlət rüsumu xərcinin alınıb dövlət büdcəsinə ödənməsi,qətnamənin alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(107)-1112/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi,Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin məbləğinin 160 (bir yüz altmış) manat müəyyən edilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-03180 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini və 10 manat kargüzarlıq və poçt xərcini ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı X5 Cavabdeh ilə nikahlarını xx.xx.2016-cı il tarixdə Balakən rayon Qazma kənd inzibati ərazi dairəsində 15 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2017-ci ildə X6 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(019)-928/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşaq- 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X4 anası X1 yanında saxlanması,14 oktyabr 2020-ci il tarixdən başlayaraq 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, 07 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç ) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(107)-1112/2022 nömrəli qətnaməsi ilə cavabdeh Rəhimov orzuman Mehmandar oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh iddiaçı X1 xeyrinə 14.09. 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin məbləği 160 (bir yüz altmış) manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 2 ildən artıq müddət ərzində xx.xx.2017ci il tarixdə anadan olmuş X4 böyüməsini, onun maddi tələbatının artmasını,2022-ci ildə yaşayış minimumu uşaqlar üçün 193 manat olduğu halda, bu məbləğin hazırda 235 manat olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(107)- 1112/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2027-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manatın 46,20 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 13,80 manatı iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 41.60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(107)-1112/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2027-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 60 manat ilkin mediasiya xərcinin 46,20 manatı Cavabdeh alınıb İddiaçı verilsin,qalan 13.80 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 41.60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar