Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-842/2022 20.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(019)-1398/2018 saylı qətnaməsi ilə oğlu-xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, nikahlarını xx.xx.2011-ci il tarixdə 26 sayla Balakən rayonu Yeni Şərif kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirməklə Balakən rayonu Yeni Şərif kənd sakini Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X5 adlı bir uşaqları vardır. 25 may 2018-ci il tarixdən Şamildən ayrı yaşayır. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(019)-1398/2018 saylı qətnaməsi ilə oğlu -X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qərara alınmışdır.O,heç bir yerdə işləmir, oğlu- Şeyix 7-ci yaşdadır. Şeyixin ehtiyacları müntəzəm olaraq artır. Şamil tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona uşağın baxılmasında valideynləri köməklik edir. Uşağın atası Şamil oğlunun saxlanılmasına ödədiyi 130 manat alimentdən başqa ona heç bir köməklik göstərmir. Alimenti də gecikdirmələrlə ödəyir. Şamil fərdi işlərlə məşğul olur. Qazanc məqsədi ilə Rusiyaya gedir. Orada ev ustası işləyir. Onun müəyyən qazancı var. Şamilin uşağın baxılıb saxlanması üçün yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.O,məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikasına 25 noyabr 2022-ci il tarixdə qayıdacağını ,sənəd və sübutlar təqdim edəcəyini göstərərək işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh əvvəlki məhkəmə iclasına da gəlməməsini, sübutların məhkəmə hazırlıq iclasında təqdim edilməli olmasını, işin məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmasını, alimentə aid işlərə iki ay müddətində baxılmalı olmasını, iddiaçının nümayəndəsinin təxirə salınmadan işə mahiyyəti üzrə baxılmasını tələb etməsini, cavabdehin məhkəmə icraatını qəsdən yubandırmaq istəməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir, işə onun iştirakı olmadan baxılmalıdır.Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞŞ/Şİ/00381 nömrəli protokoldan görünür ki,İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyası Volqoqradın Dzerjinsiki rayon administrasiyasının VVAQ şöbəsi tərəfindən 20 mart 2020-ci il tarixdə verilmiş İİİ-PK seriyalı 615152 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 19 fevral 2016-cı il tarixdə X5 anadan olmuş, atası Cavabdeh, anası isə X3 göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(019)- 1398/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, 24 sentyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdlir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Şeyixova (Terçiyeva) Mədinə Abdulla qızı xx.xx.2011-ci ildə nikahlarını Balakən rayon İcra Hakimiyyəti Yeni-Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 26 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X5 adında bir uşaqları olmuşdur. Tərəflər 2018-ci ilin may ayından ayrı yaşayırlar. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(019)-1398/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi ,24 sentyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(019)- 1398/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 43,16 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(019)-1398/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Şeyixova (Terçiyeva) Mədinə Abdulla qızına verilsin. Cavabdeh 43,16 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-842/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-842/2022
20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver