Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-844/2024 09.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 28 dekabr 2023-cü il tarixli, KSNPU-03034 saylı kredit müqaviləsi üzrə əsas borca görə 15888,71 (on beş min səkkiz yüz səksən səkkiz manat 71 qəpik) manat, faiz borcuna görə 932,1 (doqquz yüz otuz iki manat 10 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 16820,81 (on altı min səkkiz yüz iyirmi manat 81 qəpik) manat məbləğində pulun və 141 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki,İddiaçı ASC-nin “Kaspian” filialı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli, KSNPU-03034 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 17000 (on yeddi min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 28 dekabr 2023-cü il tarixli,KSNPU-03034 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli, KSNPU-03034 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dən gec olmayaraq hər ay 606,1 (altı yüz altı manat 10 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 28 dekabr 2023-cü il tarixli, KSNPU-03034 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 15888,71 (on beş min səkkiz yüz səksən səkkiz manat 71 qəpik) manat, faiz borcuna görə 932,1 (doqquz yüz otuz iki manat 10 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 16820,81 (on altı min səkkiz yüz iyirmi manat 81 qəpik) manat təşkil edir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, hərbiçidir, ”N” saylı hərbi hissədə xidmət edir. İddiaçı "xxxx" ASC ilə aralarında 28 dekabr 2023-cü il tarixdə bağlanmış müqaviəyə əsasən illik 17 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşdür. O, iş qurmaq üçün həmin məbləği götürmüş və bir nəfər şəxslə şərik işləmişdir. Şəriki olan şəxs qaçıb getmiş, hər şey məhv olmuşdur. O, əvvəllər 1571 manat əmək haqqı almış, müharibədən sonra onun əmək haqqısı 976 manat olmuşdur. Bu səbəbdən o, kredit ödənişlərini ödəyə bilməmişdir. O,başqa banka da kredit ödəyir. Həmin banka olan borcunu ödədikdən sonra "xxxx" ASC-yə olan borcunu hissə - hissə ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 28 dekabr 2023-cü il tarixli KSNPU- 03034 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 36 ay müddətinə illik 17 % ödəmək şərti ilə, 17000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən əgər borcalan bu müqavilənin 2.2-ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də Borc verən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri ,o cümlədən keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri Borc alan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. İşdə olan 02 avqust 2024-cü il tarixli RB-02/PK-3308 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh 28 dekabr 2023-cü il tarixli , KSNRU-03034 saylı kredit müqaviləsi üzrə 02 avqust 2024-cü il tarixə 15888,71 manat əsas, 932,1 manat faiz borcu olmaqla, cəmi 16820,81 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 36 ay müddətinə illik 17% ödəmək şərti ilə, 17000 manat məbləğində kredit verilmişdir. 28 dekabr 2023-cü il tarixli, KSNPU- 03034 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə İddiaçı ASC-ə 02 avqust 2024-cü il tarixə 15888,71 manat əsas kredit borcu, 932.1 manat faiz borcu olmaqla, cəmi 16820.81 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh borcu ödəmədiyindən İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 15888,71 manat əsas kredit borcu, 932.1 manat faiz borcu olmaqla, cəmi 16820,81 manat məbləğində kredit borcu və 141 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15888,71 manat əsas kredit borcu, 932.1 manat faiz borcu olmaqla, cəmi 16820,81 manat məbləğində kredit borcu və 141 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-844/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-844/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver