Məhkəmə qərarları › İş №e-2(019)-849/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-849/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-849/2024 15.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işin sənədlərini nəzərdən keçirərək müəyyənetdim İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK6456425B299 saylı kredit müqaviləsinə əsasən 1400.00 AZN əsas, 281.74 AZN faiz-cəmi 1681.74 AZN məbləğində borcun,xx.xx.2023-cü il tarixli BBUM3350534B299 saylı kredit kartına dair müqaviləyə əsasən 654.94 AZN əsas; 60.73 AZN faiz-cəmi 715.67 AZN borcun və ödənilmiş 43.97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə qalan borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyini,məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən ödənildiyini göstərərək ərizənin və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK6456425B299 saylı kredit müqaviləsinə əsasən 1400.00 AZN əsas, 281.74 AZN faiz-cəmi 1681.74 AZN məbləğində borcun,xx.xx.2023-cü il tarixli, BBUM3350534B299 saylı kredit kartına dair müqaviləyə əsasən 654.94 AZN əsas; 60.73 AZN faiz-cəmi 715.67 AZN borcun və ödənilmiş 43.97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə qalan borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyini,məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən ödənildiyini göstərərək ərizənin və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hesab edirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənmiş 43.97 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Ödənmiş 43.97 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar