Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-850/2024 16.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh- xx.xx.1986-cı ildə anadan olmuş Cavabdeh borc aldığı 2600 (iki min altı yüz) manat və dövlət rüsumu kimi ödədiyi 47 manat pulun, cəmi 2647 (iki min altı yüz qırx yeddi) manat məbləğİndə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idda ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı ildə anadan olmuş Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2023-cü ilin dekabr ayında yanına gələrək ondan 2600 (iki min altı yüz) manat borca pul istəmişdir. Cavabdeh ondan borca pul alarkən öz xətti ilə qəbz yazaraq borca aldığı 2600 (iki min altı yüz) manat pulu 4 ay müddətinə qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o borcunu qaytarmamışdır.O, hər dəfə Şahindən pulu istəyərkən müxtəlif bəhanələr gətirərək onu aldatmışdır.Onun bu bəhanələrindən bezərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və borca aldığı pulu qaytarmağa kifayət qədər imkanı vardır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə bildirişi sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərilmiş,lakin o, yaşadığı Balakən rayonu Qullar kəndində olmadığından poçt göndərişi geri qaytarılmışdır. Məhkəmə bildirişi ona təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti Qullar kənd İcra nümayəndəliyinə göndərilmişdir. Nümayəndəliyin 05 dekabr 2024-cü il tarixli 102 nömrəli cavab məktubunda göstərilmişdir ki,Cavabdeh məhkəmə bildirişi təqdim edilmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qəbzdə göstərilmişdir ki, X1 xx.xx.1986-cı ildə Zaqatala rayonunda anadan olmuşam,hal-hazırda həmin ünvanda qeydiyyatdayam.İddiaçı 2600 manat götürdüm, 4 aya qaytarmağa söz verirəm. İmza Ağcayev. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 2023-cü ilin dekabr ayında İddiaçı 2600 (iki min altı yüz) manat borc pul almış, aldığı 2600 manat borc pulu 4 aya qaytaracağına söz vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödəməli olduğu 2600 manatı hazıra kimi ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi qəbzdə Cavabdeh soyadının “Ağcayev”, doğum yerinin və qeydiyyatının “Zaqatala rayonu” olduğu qeyd edilsə də,adı və ata adının “Şahin Oktay oğlu”, doğum tarixinin onun doğum tarixinə uyğun olaraq “xx xxxxxxxx 1986-cı il” qeyd edilməsini, yaşadığı Balakən rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəsi tərəfindən məhkəmə bildirişi ona şəxsən təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsini, İddiaçı tərəfindən ondan 2600 manat pulu borc alan şəxsin Zaqatala rayonunda yaşayan X3 tərəfindən deyil, Balakən rayonu Qullar kənd sakini Cavabdeh olması müəyyən edilərək ona qarşı iddia qaldırılmasını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, sözügedən qəbz Cavabdeh tərəfindən yazılmışdır və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh 2600 (iki min altı yüz) manat borc pul alınıb İddiaçı xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 47 manat dövlət rüsumu xərci cavabdeh X2 alınıb İddiaçı xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat borc pul və 47 manat ödənilmiş dövlət rüsumu xərci- cəmi 2647 (iki min altı yüz qırx yeddi) manat alınıb İddiaçı xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat borc pul və 47 manat ödənilmiş dövlət rüsumu xərci-cəmi 2647 (iki min altı yüz qırx yeddi) manat alınıb İddiaçı xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-850/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-850/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver