Məhkəmə qərarları › İş №e-2(019)-870/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-870/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-870/2024 09.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı Xəlilova (Məmmədova) Xalidə Məmmədrəsul qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)- 27/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsinə, ilkin mediasiya xərci kimi keçirdiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ilin iyul ayının 15-də qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını isə 04 iyul 2008-ci il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyində 20 sayla rəsmiləşdirmişlər. Evləndikdən bir müddət sonra Qazaxıstan Respublikasının Almata şəhərinə getmişlər.Cavabdehlə olan nikahlarından 09 iyul 2006-cı ildə X11 və 01 aprel 2008-ci ildə tarixdə X13 adında iki uşaqları olmuşdur. Bir müddət sonra onlar Balakən rayonuna qayıtmışlar. Cavabdehlə evləndikdən sonra tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuş və münasibətləri pozulmuşdur. Bu səbəbdən cavabdehlə aralarında bağlanmış nikahın pozulması qərarına gəlmişdir. Cavabdehlə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-27/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından anadan olmuş iki uşağın baxılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 60 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh 2015-ci ilin qətnaməsinə əsasən təyin edilmiş alimenti ödəməkdən boyun qaçırır. Artıq bir övladının 18 yaşı tamam olmasına baxmayaraq uşaqların maddi və mənəvi ehtiyaclarını bu günə qədər ödəməmişdir. Hal-hazırda 16 yaşı tamam olmuş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin miqdarının artırılması ilə bağlı ilk öncə mediatora müraciət etmiş, məcburi mediasiya prosesində Cavabdeh iştirak etməmiş, hər hansı razılıq ifadə etməmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-27/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 60 manat alimentlə uşaqların palpaltarlarının, sağlamlığının,maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki, o, mağazada satıcı işləyir və 300 manat əmək haqqı alır. Cavabdeh Rusiya federasiyasında işləyir, lakin onun qazancı barədə onda məlumat yoxdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi onun həmin kənddə yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra məhkəmə bildirişi ona təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 23 sentyabr 2024-cü il tarixli, 197 saylı cavab məktubunda göstərilmişdir ki, Məmmədov X6 qeydiyyatda olsa da Rusiya Federasiyasında yaşayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Medeus rayonu Əİ Almatı şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 aprel 2008-ci ildə anadan olmuş, atası Xəlilov İlqar, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 iyul 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 203796 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin iyun ayının 15 günündə 57 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli 2(019)-27/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı X5 ilə Cavabdeh aralarında bağlanmış 04 iyul 2008-ci il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyində 20 sayla qeydə alınmış nikahın pozulması,tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən iddiaçı X1 15 (on beş) manat dövlət rüsumunun alınması, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməsi, boşanmadan sonra uşaqları-09 iyul 2006-cı ildə anadan olmuş X9 və 01 aprel 2008-ci ildə anadan olmuş X10 anası X2 yananda qalmaları, 12 noyabr 2014-cü il tarixdən başlayaraq –azyaşlı 09 iyul 2016-cı ildə anadan olmuş X8 və 01 aprel 2008-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞŞ/MT- 0018/2024-01149 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 15 iyul 2005-ci ildə qeyri-rəsmi nikahla evlənmiş,nikahlarını 14 iyul 2008-ci ildə Balakən rayon Qazma kənd icra nümayəndəliyində 20 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 09 iyul 2006-cı ildə X11 və 01 aprel 2008-ci ildə X13 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli 2(019)-27/2015 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X2 Cavabdeh ilə aralarında bağlanmış 04 iyul 2008-ci il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyində 20 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra uşaqları-09 iyul 2006-cı ildə anadan olmuş X9 və 01 aprel 2008-ci ildə anadan olmuş X10 anası X2 yanında qalmaları, 12 noyabr 2014-cü il tarixdən başlayaraq –azyaşlı 09 iyul 2016-cı ildə anadan olmuş X9 və 01 aprel 2008-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Uşaqlar hazırda da İddiaçı himayəsində yaşayırlar. X11 yetkinlik yaşına çatmışdır. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 9 ildən artıq müddət ərzində xx.xx.2008ci il tarixdə anadan olmuş X10 böyüməsini, onun maddi tələbatının artmasını, 2015-ci ildə yaşayış minimumu uşaqlar üçün 108 manat olduğu halda bu məbləğin hazırda 235 manat olmasını, eyni zamanda İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli,Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)-27/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 50 manatın 36 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 14 manat iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 41,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli 2(019)-27/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 01 aprel 2008-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manatın 36 manatı alınıb İddiaçı verilsin, mediasiya xərcinin qalan 14 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 41,60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar