Məhkəmə qərarları › İş №e-2(019)-875/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-875/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-875/2023 16.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cinayət əməli nəticəsində vurmuş olduğu maddi ziyana görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin icraatında Cavabdeh Azərabaycan Respublikasının CM-nin 263- 1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Cavabdeh təqsirləndirilir ondan ötrü ki, o, alkoqollu içkinin təsiri nəticəsində sərxoş halda və nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan onun sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyatı hadisəsi cinayət əməlini törətmiş və nəqliyyat vasitəsilə hadisə yerindən qaçmışdır. Belə ki, Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına vurmuş olduğu zərər nəticəsində müalicəsi üçün 2100 (iki min bir yüz) manat məbləğində dərman vasitələrinin alınmasına, Gəncə xəstəxanasına gediş-gəliş üçün və həkim müayinələrindən keçmək üçün 400 (dörd yüz) manat məbləğində xərci çıxmışdır. Cavabdeh, ona ümumilikdə 2500 (iki min beş yüz) manat miqdarında maddi ziyan vurmuşdur. Hazırki iş üzrə 13 okyabr 2023-cü il, 19 oktyabr 2023-cü il və 30 oktyabr 2023-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, əlavə olaraq 13 may 2022-ci il tarixdə saat 23.20 radələrində Cavabdeh öz avtomaşını ilə X2 idarə etdiyi at arabasını vurduğunu, onun sərnişini olduğu həmin at arasından yerə yıxıldığını və nəticədə sağ körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığından ibarət az ağır xəsarət aldığını, ağrıdan huşunu itirdiyini, Pərvinin əmisi oğlu İlkin Kaltayevin onu 14 may 2022-ci il tarixdə arvadı Dilbər Bodurova və baldızı Sənubər Bağırova ilə birlikdə Gəncə şəhərinə "xxxx" özəl xəstəxanasına apardığını, orada onun təcili əməliyyat olunmasına zərurət olduğunu, X16in onun əməliyyat pulunu vermədiyini və ona heç bir yardım etmədiyini və geri qayıtdığını, onun Gəncə şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xəstəxanasında əməliyyat olunduğunu, onun əməliyyat olunması üçün 14 may 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 178635 №-li mədaxil qəbzi ilə 1853 manat tibbi xidmət xərci ödədiyini, həmçinin yenidən Gəncəyə gedərkən müalicə üçün xx.xx.2022-ci il tarixli 189490 №-li mədaxil qəbzi ilə «Mərkəzi Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 manat ödədiyini, eyni zamanda Gəncəyə həmin xəstəxanaya ikinci gedişgəliş üçün taksiyə və müayinəyə 400 manat ödədiyini, bundan başqa müalicəsi ilə bağlı lazımi dava-dərmanların alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 29324 nömrəli satış çeki ilə 85,45 manat, xx.xx.2022-ci il tarixli 29325 nömrəli satış çeki ilə 25,00 manat və xx.xx.2022-ci il tarixli 29326 nömrəli satış çeki ilə 57,16 manat məbləğində pul ödədiyini, onun yol nəqliyyat hadisəsindən sonra ürəyindən infarkt keçirdiyini, Cavabdeh ona heç bir yardım etmədiyini və ziyanı ödəmədiyini göstərərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, hal-hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində müalicə aldığını bildirərək, işə onun iştirakı olmadan baxaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət etməklə işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, İddiaçı arvadıdır. Bildiyinə görə 13 may 2022-ci il tarixdə saat 23.20 radələrində Cavabdeh öz avtomaşını ilə X2 idarə etdiyi at arabasını vurmuş, əri İddiaçı da sərnişini olduğu həmin at arasından yerə yıxılmış və nəticədə Rafiqin sağ körpücük sümüyü sınmışdır. Sonra İddiaçı Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin Rafiqin vəziyyəti yaxşı olmamış və onda kəskin ağrılar olmuşdur. Cavabdeh əmisi oğlu X15 Bodurovu, onu və bacısı Sənubər Bağırovanı birlikdə 14 may 2022-ci il tarixdə Gəncə şəhərinə "xxxx" özəl xəstəxanasına aparmış, orada İddiaçı təcili əməliyyat olunmasına zərurət olduğu bildirilmişdir. Lakin X15in əməliyyat pulunu verməmiş, Rafiyə heç bir yardım etməmiş və onda pul olmadığını bildirərək, onları orada qoyub geri qayıtmışdır. İddiaçı Gəncə şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xəstəxanasında əməliyyat olunmuş, Rafiq əməliyyat olunması üçün 14 may 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 178635 №-li mədaxil qəbzi ilə 1853 manat tibbi xidmət xərci ödəmiş, həmçinin yenidən Gəncəyə gedərkən müalicə üçün xx.xx.2022-ci il tarixli 189490 №-li mədaxil qəbzi ilə «Mərkəzi Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 manat ödəniş etmişdir. İddiaçı həmçinin müalicəsi ilə bağlı lazımi dava-dərmanların alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 29324 nömrəli satış çeki ilə 85,45 manat, xx.xx.2022-ci il tarixli 29325 nömrəli satış çeki ilə 25,00 manat və xx.xx.2022-ci il tarixli 29326 nömrəli satış çeki ilə 57,16 manat məbləğində pul ödəmişdir. İddiaçı yol nəqliyyat hadisəsindən sonra ürəyindən infarkt keçirmişdir və vəziyyəti heç də yaxşı deyildir. O, Rafiqə qulluq göstərir. Cavabdeh İddiaçı səhhəti ilə heç vaxt maraqlanmamış və Rafiqə heç bir qəpik də ziyan pulunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı arvadı X7 bacısı və İddiaçı baldızıdır. Rafiqdən aldığı məlumata görə 13 may 2022-ci il tarixdə saat 23.20 radələrində Cavabdeh öz avtomaşını ilə X2 idarə etdiyi at arabasını vurmuş, İddiaçı da sərnişini olduğu həmin at arasından yerə yıxılmış və nəticədə Rafiqin sağ körpücük sümüyü sınmış və Rafiq az ağır xəsarət almışdır. Oradakı adamlar İddiaçı Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin Rafiqin vəziyyəti yaxşı olmamış və onda kəskin ağrılar olmuşdur. Cavabdeh əmisi oğlu X15 Bodurovu, Rafiqin arvadı Dilbəri və onu birlikdə 14 may 2022-ci il tarixdə Gəncə şəhərinə "xxxx" özəl xəstəxanasına aparmış, orada İddiaçı təcili əməliyyat olunması deyilmişdir. Lakin X15in əməliyyat pulunu verməmiş, Rafiyə heç bir yardım etməmiş və onda pul olmadığını bildirərək, onları orada qoyub geri qayıtmışdır. İddiaçı Gəncə şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xəstəxanasında əməliyyat olunmuş, Rafiq əməliyyat olunması üçün 14 may 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 178635 №-li mədaxil qəbzi ilə 1853 manat tibbi xidmət xərci ödəmiş, həmçinin yenidən Gəncəyə gedərkən müalicə üçün xx.xx.2022-ci il tarixli 189490 №-li mədaxil qəbzi ilə «Mərkəzi Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 manat ödəniş etmişdir. İddiaçı həmçinin müalicəsi ilə bağlı lazımi dava-dərmanların alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 29324 nömrəli satış çeki ilə 85,45 manat, xx.xx.2022-ci il tarixli 29325 nömrəli satış çeki ilə 25,00 manat və xx.xx.2022-ci il tarixli 29326 nömrəli satış çeki ilə 57,16 manat məbləğində pul ödəmişdir. O, bütün bunların şahidi olmuşdur. İddiaçı yol nəqliyyat hadisəsindən sonra ürəyindən infarkt keçirmişdir. Bildiyinə görə Cavabdeh İddiaçı səhhəti ilə maraqlanmamış və Rafiqə heç bir ziyan pulunu ödəməmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(019)- 17/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh alkoqollu içkinin təsiri nəticəsində, sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətməsi və yol nəqliyyat hadisəsi yerindən qaçması, belə ki, onun 13 may 2022-ci il tarixdə saat 23:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, alkoqollu içki, yəni pivə qəbul edib sərxoş halda idarə etdiyi Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Talalar kəndi ərazisində asfalt örtüklü magistral yolda təxminən 40-50 km/saat sürətlə üzü Balakən rayonu Tülü kəndi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunları etmədən yolun əks hərəkət zolağına keçib onunla əks istiqamətdə hərəkət edən X3 idarə etdiyi at arabası ilə toqquşaraq, at arabasında sərnişin qismində olan İddiaçı və X4 yerə yıxması, nəticədə ehtiyatsızlıqdan X1 dirsək nahiyəsində 03 ədəd, sağ əlin üstündə 01 ədəd sıyrıqlar, sağ budun yuxarı 1/3-nin bayır səthində qançır kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər, həmçinin İddiaçı ehtiyatsızlıqdan sağ körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığı kimi zərər çəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirərək, yol nəqliyyat hadisəsi cinayət əməlini törətməsi və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisədən sonra zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçması müəyyən edilməklə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə təyin edilmiş əsas və əlavə cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmış 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə növündə əlavə cəza ilə qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tpli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 178635 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 1853 manat tibbi xidmət xərci ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 189490 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 15 manat tibbi xidmət xərci ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 29324 nömrəli satış çekindən görünür ki, 85,45 manat məbləğində dərman vasitələri alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 29325 nömrəli satış çekindən görünür ki, 25,00 manat məbləğində dərman vasitələri alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 29326 nömrəli satış çekindən görünür ki, 57,16 manat məbləğində dərman vasitələri alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Xizri oğlu tərəfindən hazrki iddianın qaldırılması üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, 13 okyabr 2023-cü il, 19 oktyabr 2023-cü il və 30 oktyabr 2023-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarına əsasən məhkəmə Cavabdeh 13 may 2023-cü il tarixdə saat 23.20 radələrində alkoqollu içkinin təsiri nəticəsində, sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxs İddiaçı sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsi yerindən qaçması hadisəsinin olması və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrilə tövsif edilən həmin hadisəyə aidiyyəti ilə bağlı Balakən Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(019)-17/2023 nömrəli hökmünü mötəbər sübut kimi qəbul edir. Qeyd olunan qanun normalarına əsasən məhkəmə həmçinin işin faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən İddiaçı izahatını, şahidlər X7 və X6 ifadələrini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 178635 №-li mədaxil qəbzini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 189490 №-li mədaxil qəbzini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 29324 nömrəli satış çekini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 29325 nömrəli satış çekini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 29326 nömrəli satış çekini mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iclasında işdə olan mötəbər sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh alkoqollu içkinin təsiri nəticəsində, sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Cavabdeh 13 may 2022-ci il tarixdə saat 23:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, alkoqollu içki, yəni pivə qəbul edib sərxoş halda idarə etdiyi Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Talalar kəndi ərazisində asfalt örtüklü magistral yolda təxminən 40-50 km/saat sürətlə üzü Balakən rayonu Tülü kəndi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunları etmədən yolun əks hərəkət zolağına keçib onunla əks istiqamətdə hərəkət edən X3 idarə etdiyi at arabası ilə toqquşaraq, at arabasında sərnişin qismində olan İddiaçı və X4 yerə yıxmış, nəticədə ehtiyatsızlıqdan X1 dirsək nahiyəsində 03 ədəd, sağ əlin üstündə 01 ədəd sıyrıqlar, sağ budun yuxarı 1/3-nin bayır səthində qançır kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər, həmçinin İddiaçı ehtiyatsızlıqdan sağ körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığı kimi zərər çəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirərək, yol nəqliyyat hadisəsi cinayət əməlini törətmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisədən sonra zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bu səbəbdən iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrilə ittiham verilmiş və Cavabdeh Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(019)-17/2023 iş nömrəli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə təyin edilmiş əsas və əlavə cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmış 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə növündə əlavə cəza ilə qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını məntəqə tpli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İddiaçı Cavabdeh təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı az ağır dərəcəli bədən xəsarəti ilə bağlı müalicəsi üçün Gəncə şəhərində yerləşən «Mərkəzi Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1853 manat və 15 manat olmaqla cəmi 1868 manat və lazımi dərmanların alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 29324 nömrəli satış çeki ilə 85,45 manat, xx.xx.2022-ci il tarixli 29325 nömrəli satış çeki ilə 25,00 manat və xx.xx.2022-ci il tarixli 29326 nömrəli satış çeki ilə 57,16 manat olmaqla cəmi 167,61 manat, ümumilikdə isə 2031,65 manat məbləğində pul ödəmiş, nəticədə cavabdehin təqsiri nəticəsində iddiaçıya həmin 2031,65 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etiməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu olan hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Hazırki işin faktoloji hallarına hüquqi qiymət verən məhkəmə ilk əvvəl nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPMnin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarından müəyyən olunur ki (Mülki Məcəllənin 1096.1, 1096.1, 1097.1 və sair), mülki-hüquq pozuntuları nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün bu zərərin vurulmasında fiziki və ya hüquqi şəxsin təqsiri müəyyən olunmalıdır. Şəxsə tələb edilən məbləğdə zərərin vurulması, bu zərərin şəxsin qanunazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulması, şəxsin qanunazidd əməli ilə bu zərərin vurulmasında səbəbli əlaqənin olması və zərəri vurmuş subyektin mövcudluğu ilə yanaşı, delikt məsuliyyətinin yaranması üçün şəxsin həmin zərərin vurulmasında təqsirli olması və bu təqsirin qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya ya məhkəmənin və ya səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən olunması da vacibdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, baş vermiş sözügedən yol nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş Cavabdeh İddiaçı 2035,61 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi nəticəsində İddiaçı sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirilmiş və onun müalicəsi ilə bağlı İddiaçı 2035,61 manat maddi ziyan vurulmuş, həmin 2035,61 manat məbləğində maddi ziyan Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulmuş, bu ziyanla Cavabdeh qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcud olmuş, həmin ziyanın vurulmasında Cavabdeh təqsiri müəyyən olunmuşdur. Yəni Cavabdeh əməlində delikt tərkibinin bütün cəhətləri mövcuddur. İş üzrə Cavabdeh həmin 2035,61 manat maddi ziyanın onun təqsiri olmadan, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və bu halların mövcdulğunu və beləliklə də ona qarşı iddianın heç bir faktoloji hallara və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda iş üzrə İddiaçı cavabdeh tərəfindən ona 2035,61 manat maddi ziyandan əlavə başqa məbləğdə maddi ziyan vurulmasını, o cümlədən müalicə ilə bağlı Gəncə şəhərinə gediş-gəliş və həkim müayinəsi üçün 400 manat xərc çəkməsini, ona həmçinin bununla bağlı 400 manat maddi ziyan vurulmasını təsdiq edən və eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən hər hansı mötəbər sübutu, həmin 400 manatı hansı nəqliyyat vasitəsi sürücüsünə və hansı həkim müayinəsinə və hansı xəstəxanaya ödəməsini təsdiq edən hər hansı ödəmə sənədini və digər müvafiq sənədi məhkəməyə təqdim edə bilməmiş, 2035,61 manat maddi ziyandan artıq tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2500 manat maddi ziyan tələbi qismən-2035,61 manat hissəsində təmin edilməli, 2035,61 manatdan artıq maddi ziyan tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cinayət əməli nəticəsində vurmuş olduğu maddi ziyana görə 2035,61 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; cinayət əməli nəticəsində vurmuş olduğu maddi ziyana görə 2035,61 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 36,64 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar