Məhkəmə qərarları › İş №e-2(019)-900/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-900/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-900/2024 23.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə -019R********** saylı kredit razılaşması üzrə 1186.94 manat məbləğində kredit borcu, 98,58 manat məbləğində faiz borcu və 77.39 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1362 (bir min üç yüz altmış iki) manat 91 (doxsan bir) qəpik məbləğində borcun və ödənilmiş 33.63 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Məhərrəmova Tamara Nəsib qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L**********0 saylı kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 70000 (yetmiş min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Məhərrəmova Tamara Nəsib qızı İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə ,aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Ölüm haqqında şəhadətnamə ilə Məhərrəmova Tamara Nəsib qızının öldüyü məlum olmuşdur. X1 Nəsib qızının vərəsəsi Cavabdeh və Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məhərrəmova Tamara Nəsib qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Məhərrəmova Tamara Nəsib qızı götürdüyü kredit borcundan 2313.06 manat ödəmiş, onun 1186.94 manat məbləğində kredit borcu qalmışdır.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Məhərrəmova Tamara Nəsib qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 326 gün üçün hesablanmış faiz borcu 98.58 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidlir. xx.xx.2024-cü il tarixə 326 gün üçün hesablanmış cərimə 77.39 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq kredit və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri,habelə qanunla və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutların ərizələrinə əlavə olduğunu göstərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 019L0**********0 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, Məhərrəmova Tamara Nəsib qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L0**********0 nömrəli uzun müddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 70000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 019R**********3 nömrəli kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Məhərrəmova Tamara Nəsib qızına 24 ay müddətinə , aylıq faiz dərəcəsi 2.0833% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat kredit vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 019R**********3S saylı sazişdən görünür ki, həmin saziş Məhərrəmova Tamara Nəsib qızı öldüyünə görə onun vərəsəsi Cavabdeh ilə bank arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli OUT- 2024/04/23-100 nömrəli maliyyə arayışından göstərilmişdir ki,Məhərrəmova Tamara Nəsib qızının 019R********** saylı 02.042021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2024-ci il tarixə 1186.94 manat əsas, 98.58 manat faiz, 77.39 manat cərimə borcu olmaqla, cəmi 1362.91 manat təşkil edir. Məhkəmə, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Məhərrəmova Tamara Nəsib qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L**********0 saylı kredit müqaviləsinə əsasən 120 ( yüz iyirmi) ay müddətinə 70000 (yetmiş min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Məhərrəmova Tamara Nəsib qızı İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə ,aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Məhərrəmova Tamara Nəsib qızı ölmüşdür. X1 Nəsib qızının vərəsəsi Cavabdeh və Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh kredit borcundan 2313.06 manat ödəmiş, onun 1186.94 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı QSC pretenziya qaydasına riayət edərək Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin borclu yenə də kredit borcunu ödəməmişdir. Ona görə də İddiaçı QSC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə iddiaçının əmlak mənafelərini, həmçinin bütün əsaslı mənafeləri hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 7 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu xərcinin tutulması da iddianın təmin edilən məbləğinə mütənasib olaraq cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1186.94 manat məbləğində kredit borcu, 98.58 manat məbləğində faiz borcu və 7 manat məbləğində cərimə olmaqla, cəmi 1292,52 manat borc və ödənilmiş 33.63 manat məbləğində dövlət rüsumunun 31.95 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1186.94 manat məbləğində kredit borcu, 98.58 manat məbləğində faiz borcu və 7 manat məbləğində cərimə olmaqla, cəmi 1292,52 manat məbləğində borc və 31.95 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar