Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-92/2023 01.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 , onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan Balakən rayon Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların dəyəri olaraq hesablanmış 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının qərarlarına əsasən Cavabdeh3 və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Kortala kəndinin ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri verilmişdir. Cavabdehlər torpaq sahələrini satmaq qərarına gəldiklərindən aralarında 08 noyabr 2002-ci il tarixdə notarial formada alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh və onun ailə üzvlərinə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və ona bitişik olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlərdən 10.000.000 (bir milyon manat) AZM-ə almışlar. Cavabdeh3 iddiaçıya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Balakən rayonu, Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-1090/2021 saylı qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilmişdir. İddiaçı Cavabdeh3 məhkəmə iclaslarında iddiasını müdafiə edərək bildirmişdir ki, xeyli müddətdir ki, ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı istifadə etmək üçün vermişdir. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacı vardır. Cavabdeh3 torpaq sahəsini iddiaçıya satması məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Torpaq sahəsi 2002-ci il tarixdən iddiaçının istifadəsində olmuş, həmin torpaq sahəsində iddiaçı tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmişdir. Cavabdehlərə məxsus torpaq sahəsi özlərinin istifadəsinə verilmişdir.Halhazırda da cavabdehlərin istifadəsindədir.Torpaq sahəsi və onun üzərində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və sərəncamında olduğu üçün torpaq sahəsinə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırki işdə iddiaçıların qanunsuz hərəkətləri ilə cavabdehə zərərin vurulması aydın olur. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin olunan bilməz. Hazırda cavabdehlərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadəsində olduğu 20 il ərzində onun tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmiş və qulluq göstərilmişdir.Torpaq sahəsində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və mülkiyyətində qaldığı üçün torpaq sahəsinə çəkilmiş xərclər ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Torpaq sahəsində əkilmiş ağacların qiymətləri ilə bağlı mütəxəssis rəyinin alınması məqsədi ilə Balakən rayon X7 müraciət olunmuşdur. Balakən rayon X11 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən 16-18 illik 1 ədəd fındıq tomasının bazar dəyəri 100-130 manat, 7-8 illik 1 toma fındıq kolunun qiyməti isə 70-80 manat arasında dəyişilir. Digər ağacların qiyməti barədə mütəxəssis rəyində qeyd olunmuşdur. Mütəxəssis rəyində qeyd olunan ağacların qiymətini hesabladıqda ağacların dəyəri 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat qiymətləndirilir. 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1,Cavabdeh5,Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı iddia tələbi işin həqiqi və faktiki hallarına uyğun deyildir və buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı nəticəsində Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Balakən Rayon Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1,74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir.Həmin torpaq sahələri üç ayrı planşet nömrələrində hazırlanmışdır. JN 161 planşet nömrəsində olan 0. 11 ha torpaq sahəsi başqa ərazidə, 16İC və 161N planşet nömrələrində olan 1.63 ha torpaq sahəsi isə iddiaçının yaşadığı evin arxasında yerləşən ərazidən verilmişdir, Cavabdeh3 cavabdeh İddiaçı anası X6 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/ha torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X4 10000000 (on milyon) manata satmışdır. Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini sahibsiz qalmaması üçün müvəqqəti olaraq İddiaçı istifadəsinə vermişdir. Sonradan Cavabdeh3 özünün və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini İddiaçı geri tələb etmiş, bu barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-1090/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh3 və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, hazırki vaxtadək İddiaçı torpaq sahəsini qanunsuz istifadə etməkdə davam edir.Əksinə o öz hərəkətlərini sığortalamaq və cavabdehləri torpaq sahəsindən əl çəkmələri üçün heç bir əsası olmayan yaxşılaşdırma xərcləri ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddianın əsassız olmasını təsdiq edən sübutlardan biri də Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair verilmiş JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıdır. JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsinin çoxillik əkmələr, yəni fındıq bağının olması qeyd edilmişdir. Cavabdehlərin bildirdiklərinə görə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində 6412.19 kv/m torpaq sahəsində olan fındıq bağı sovet dönəmində kolxoz vaxtında özlərinin əl əməyi hesabına əkilmişdir, iddiaçı isə guya orada 85 ədəd fındıq kollarının 2002-2003-cü illər ərzində əkildiyini sübut etməyə çalışan əsassız bir mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Elə bu əsasa görə Balakən DAİM-in Bitkiçilik sektorunun müdirinin verdiyi rəyi əsassız hesab olunmalıdır. Ümumiyyətlə rəydə göstərilən məlumatlar elmi cəhətdən əsaslandırılmamış, hansı metod və üsullardan, mənbələrdən istifadə etməklə ağacın yaşının, qiymətinin müəyyənləşdirilməsinin əsası müəyyən edilməmişdir. Eyni zamanda rəyi verənin aqronom ixtisasının olub-olmaması barədə də məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə bu cür əsası olmayan mütəxəssis rəyinə istinad etməməli və həmin sənədi sübut kimi qəbul etməməlidir. Tərəflər arasında 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müqavilənin bağlanmadığı şəksizdir. Cavabdehlər əsassız yararlanmayıb.İş materiallarına əlavə edilmiş JN 161 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən də görünür ki, Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Yəni torpaq sahəsini cavabdehlər özbaşına zəbt etməmişlər. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyiblər. Mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırki mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.İddiaçı cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir.Bu mənada hesab edirlər ki,iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin ona 1.63 ha torpaq sahəsində əkilmiş ağacların dəyəri olan 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğdə zərər vurmasını, bu zərərlə cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını hazırki vəziyyətdə sübut edə bilməmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-161 KOD 40106018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Balakən rayonu Kortala kəndi ərazisindən Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(0190-1090/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, Cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, cavabdeh İddiaçı Əhməd oğlunun iddiaçı Cavabdeh3 qarşı “iddiaçı Cavabdeh3 iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, X5 və Cavabdeh4 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdinin-müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən DAİM-in Bitkiçilik sektorunun müdiri tərəfindən Kortala kənd sakini İddiaçı istifadəsindəki, Cavabdeh3 ailəsinin birgə mülkiyyətində olan 1.562 ha torpaq sahəsi ilə bağlı verilmiş rəydə göstərilmişdir ki, Balakən rayonun Kortala kəndi ərazisində yerləşən JN seriyalı 161 nömrəli, kod 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə Cavabdeh3 ailəsinin birgə mülkiyyətinə aid 0,98 ha və 0,64 ha müxtəlif konturlarda olan yanaşı yerləşən cəmi 1.62 ha sahələrində xx.xx.2022-ci il tarixində vizual baxış keçirilmişdir. Baxış zamanı JN-161 saylı Dövlət aktına əsasən 1,62 ha ərazinin 0,64 ha hissəsində çoxillik əkinlərinin, fındıq bitkisinin əkildiyi sahə və 0,98 ha hissəsinin isə açıq sahə olduğu məlum olmuşdur. X1 verdiyi məlumata əsasən 2002-2003-cü illər ərzində onun tərəfindən həmin ərazidə fındıq kolları əkilmişdir. Baxış zamanı 85 tomanın 16-18 illik və 62 tomanın isə 7-8 illik olması müəyyən olunmuşdur.2002 və 2003-cü illər ərzində həmin ərazidə əkilmiş fındıq kollarından 85 tomanın 16-18 illik olduğu nəzərə alınarsa fındıq tomalarının bazar qiyməti təxminən 100-130 manat, 62 tomanın 7-8 illik olduğu nəzərə alınarsa fındıq kollarının bazar qiyməti isə təxminən 70-80 manat müəyyən etmək olar. Göstərilən müddətdə fındıq bağına düzgün aqrotexniki qaydada qulluq edildiyi - yəni, vaxtlı-vaxtında budandığı və gübrənin verildiyi görünür. Bundan əlavə İ. Gondolov tərəfindən 1,62 ha sahəyə fındıq tomalarından başqa aşağıda göstərilən meyvə və meşə ağacları əkildiyi müəyyən edilmişdir: 1.Armud ağacı - 35 sm diametrində 1 ədəd, 1 ədəd ağacın qiyməti 25-30 manat, 2.Alma ağacı - 15 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti 20-25 manat, 3.Şaftalı ağacı - 20 və 22 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti 20-25 manat, 4.Korolyok ağacı - 30 və 14 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti 30-40 manat. 5.Əzgil ağacı-18 sm diametrində 1 ədəd. 1ədəd ağacın qiyməti -30-40 manat 6.Alça ağacı-27,42,23,30 və 28 sm diametrində 7 ədəd, 1 ədəd ağacın qiyməti 30-40 manat, 7.Şabalıd ağacı-60-38,65,85,44,52 və 34 sm diametrində 7 ədəd, 1 ədəd ağacın qiyməti 100-150 manat, 8.Qoz ağacı-60, 60, 63, 65, 47, 32, 44, 36, 37, 44, 49, 34, 30, 48, 32, 29, 84, 30, 25, 14,14, 20, 13,17,18, 15,35,39 və 38 sm diametrində 29 ədəd, 1 ədəd ağacın qiyməti 60- 130 manat, 9.Tut ağacı-37 və 48 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti-20-30 manat, 10.Akasiya ağacı-10,14,8,9,8,9,9,7,7,15,10,15,12,14,15,18,19,10,16,10,15,19 və 8 sm diametrində 23 ədəd, 1 ədəd ağacın qiyməti 25-30 manat 11.Çinar ağacı-37,37,36,39,37,35,37,32,33,29,37,30,30,25,33,27 və 39 sm diametrində 17 ədəd, 1 ədəd ağacın qiyməti 15-35 manat, 12.Qızılağac ağacı-19,43,49,50,54 və 60 sm diametrində 6 ədəd, 1 ədəd ağacın qiyməti təxminən 40-45 manat müəyyən etmək olar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 7/1447; 9/9464 nömrəli ekspert rəyindən görünür ki, iş materialında olan (cild i.v. 37) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən rayon Dövlət X11nin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunduğu kimi 2002 və 2003-cü illər ərzində Cavabdeh3 ailəsinin birgə mülkiyyətinə aid 1.62 ha ərazidə əkilmiş fındıq kollarından 85 tomanın 16-18 illik, 62 tomanın 7-8 illik olduğu müəyyən edilmişdir. Fındıq tomalarından başqa aşağıda göstərilən meyvə və meşə ağacları əkildiyi müəyyən edilmişdir: 1.Armud ağacı-35 sm diametrində 1 ədəd 2.Alma ağacı-15 sm diametrində 2 ədəd 3.Şaftalı ağacı -20 və 22 sm diametrində 2 ədəd 4.Korolyok ağacı-30 və 14 sm diametrində 2 ədəd 5.Əzgil ağacı-18 sm diametrində 1 ədəd 6.Alça ağacı -27,42,23,30 və28 sm diametrində 5 ədəd 7.Şabalıd ağacı-60,38,65,85,44,52 və34 sm diametrində 7 ədəd 8.Qoz ağacı -60, 60, 63, 65, 47, 32, 44, 36, 37, 44, 49, 34, 30, 48, 32, 29, 84, 30, 25, 14, 14, 20, 13, 17, 18, 15, 35, 39 və 38 sm diametrində 29 ədəd 9.Tut ağacı - 37 və 48 sm diametrində 2 ədəd 10.Akasiya ağacı-10,14,8,9,8,9,9,7,7,15,10,15,12,14,15,18,19,10,16,10,15,19, və 8 sm diametrində 23 ədəd 11.Çinar ağacı-37,37,36,39,37,35,37,32,33,29,37,30,30,25,33,27 və 39 sm diametrində 17 ədəd 12.Qızılağac ağacı-19,43,49,50,54 və 60 sm diametrində 6 ədəd İş materiallarında olan məlumatlardan və rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə , Balakən rayon Kortala kəndi ərazisində yerləşən bağ sahəsində mövcud olan ümumilikdə 244 ədəd ağacların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23425,00 manat müəyyən edilir. Həmin ağacların ayrıayrılıqda adları ,diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, onun nümayəndəsi və vəkilinin, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Cavabdeh3 İddiaçı anası X6 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X4 10000000 (on milyon) AZM-ə satmışdır. Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılan evin yanında yerləşən 1.63 ha hissəsini də İddiaçı istifadəsinə vermişdir.İddiaçı həmin torpaq sahəsində 2002 və 2003-cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirmişdir. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-1090/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, Cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, İddiaçı Cavabdeh3 qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını,1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı istifadəsinə vermələrini, 20 ilə yaxın müddətdə həmin torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olmasını,İddiaçı həmin torpaq sahəsində 2002 və 2003 -cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirməsini,ekspert rəyinə əsasən yaxşılaşdırma işlərinin dəyərinin 23425,00 manat müəyyən edilməsini, torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 mülkiyyətində olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Balakən rayonu Kortala kəndi ərazisində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülmüş yaxşılaşdırma işlərinə görə 22925 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 alınıb İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən , 159 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tutulub İddiaçı xeyrinə, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3,Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia təmin edilsin . Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 yaxşılaşdırma xərcinə görə 22925 manat məbləğində pul və 159 manat dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə verilsin. 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1,Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-92/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-92/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver