Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-92/2025 08.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh- Cavabdeh 8500 (səkkiz min beş yüz manat) manat borcun, 105 (bir yüz beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə idda ərizəsini onunla əsaslandırmışdır ki, o,30 noyabr 2023-cü il tarixdə cavabdehə 8500 (səkkiz min beş yüz) manat məbləğində borca pul vermişdir. Cavabdeh 30 noyabr 2023-cü il tarixdə öz xətti ilə yazaraq iltizama imza atmış, iddiaçıdan 8500 (səkkiz min beş yüz) manat borc almasını təsdiq etmiş, həmin borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün şifahi və rəsmi olaraq cavabdehə müraciətlər etmiş, cavabdeh borcun ödəniləcəyinə vəd versə də borcunu qaytarmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, o, iddiaçı Nümayəndə 2023-cü ildə 8500 manat borc almamışdır. 2020-ci ildə 28 qram qızıl qoymaq şərti ilə 20%-dən 850 manat faizə borcu pul götürmüşdlür. Bir ilin faizini vaxtı-vaxtında ödəmiş, lakin geri qalan ayların faizini vaxtı-vaxtında ödəyə bilməmişdir. O, Ukraynadan qaçqındır, himayəsində iki azyaşlı övladı vardır. O pulun faizini ödəyə bilmədiyinə görə Könülə zəng etmiş və pulu ödəməyə gücü çatmadığını, faizi donduraraq onda olan qızılı satıb pulunu götürməsini demişdir. Bir müddət keçdikdən sonra Könül tanımadığı bir nəfər qadınla onun yanına gəlmiş və xahiş etmişdir ki, ondan 8500 (səkkiz min beş yüz) manat məbləğində borc almasına dair qəbz yazıb ona versin, O, da inanaraq iddiaçı Nümayəndə 8500 manat borc almasına dair qəbz yazaraq ona vermişdir. O,qəbz yazıb verdikdən sonra 250 manat da pul ödəmişdir.Nümayəndə ödənilən pulu belə tələb edir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh Nümayəndə 8500 manat pul götürmüşəm hissə-hissə ödəmək şərti ilə 30 noyabr 2023-cü ildə götürdüm. İmza Cavabdeh. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş,cavabdehin təqdim etdiyi 14 mart 2024-cü il tarixli 16934 nömrəli qəbzdən görünür ki, Nümayəndə məxsus 416973******5893 nömrəli karta 200 manat pul ödənmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, cavabdehin təqdim etdiyi 01 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə məxsus 523915******5784 nömrəli karta 50 manat pul ödənmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 30 noyabr 2023-cü ildə iddiaçı Nümayəndə 8500 (səkkiz min beş yüz) manat borc pul almış, aldığı 8500 manat borc pulu hissə-hissə qaytaracağına söz vermiş və bu barədə qəbz yazmışdır.Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, iddiaçıya ödəməli olduğu 8500 manat puldan 250 manatı ödəmiş, qalan 8250 manatı isə hazıra kimi ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə işin hallarını, Cavabdeh 30 noyabr 2023-cü ildə iddiaçı Nümayəndə 8500 (səkkiz min beş yüz) manat borc pul almasını, bu barədə yazılı sənəd yazıb iddiaçıya verçməsini, borcu hissə-hissə qaytarmağa söz verməsini, lakin aldığı borcdan yalnız 250 manat qaytarmasını, qalan 8250 manatı qaytarmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat borc pul alınıb iddiaçı Nümayəndə xeyrinə ödənməlidir. Cavabdeh İddiaçı Nümayəndə 8500 manat borc almamasını, 850 manat faizə borc götürməsini göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Odur ki, məhkəmə onun bu dəlillərini qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 104.60 manat dövlət rüsumunun 101,85 manatı Cavabdeh alınıb Nümayəndə xeyrinə ödənməli, dövlən rüsumunun qalan 2,75 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat borc pul və 101,85 manat ödənilmiş dövlət rüsumu xərcicəmi 8351,85 (səkkiz min üç yüz əlli bir manat səksən beş qəpik) manat alınıb Nümayəndə xeyrinə ödənməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat borc pul və 101,85 manat ödənilmiş dövlət rüsumu xərci- cəmi 8351,85 (səkkiz min üç yüz əlli bir manat səksən beş qəpik) manat alınıb Nümayəndə xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-92/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-92/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver