Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-925/2022 01.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-446/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, himayəsində olan 20 sentyabr 2011ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə qeyri-rəsmi nikahla evlənmişdir. Birgə nikahlarından 20 sentyabr 2011-ci ildə X3 adında bir uşaqları olmuşdur. Cavabdeh ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. Sonralar aralarında ailə münaqişələri başlamışdır. O, Cavabdeh ayrılaraq atasının evinə getmişdir. O, aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-446/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 20 sentyabr 2011-ci ildə tarixdə anadan olmuş X1 üçün 100 (bir yüz) manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-446/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentlə uşağın pal-paltarlarının,sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Yaşayış xərcləri və digər xərclər də kifayət qədər artmışdır. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdeh 430 manat pensiya alır. Hər ay bir uşaq üçün 170 manat alimenti ödəmək iqtidarındadır. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq bildirməmişdir. MŞŞ\Ş1-00996 nömrəli arayış verilmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xaiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X8 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MŞŞ/Ş1-00996 nömrəli X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X6 iştirak etmiş və 50 manat ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791493 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(019)- 446/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, 22 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki,aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Qarayeva X4 Hacımurad Şamiloviç ilə 2010-cu ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 06 aprel 2011-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində 64 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 sentyabr 2011-ci il tarixdə X3 adında bir uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 27 mart 2018-ci-ci il tarixli 2(019)- 446/2018 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 22 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh 20 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(019)-446/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 20 sentyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 43,16 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Balakən Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(019)-446/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 20 sentyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 43,16 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-925/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-925/2022
01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver